Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Çili bibərləri ağrıkəsicidir   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Əlləriniz xarakterinizi göstərir   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Xərçəngi insan yaradıb?   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   İnsulini sprey əvəz edəcək   |   Kola spermanın tərkibini korlayır   |   Çox oturmağın zərərləri   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Pul saymaq ağrını azaldır   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   2 yaşında 41 kilo oldu   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Yemiş stressin dərmanıdır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Zəmanə qadınları...   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   29 yaşında nənə oldu   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Kök kişilər daha sədaqətlidir   |   Qadınların sevimli yaş dövrü   |   Suyu az içmək beyni qocaldır   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Tüstüsüz siqaret kəşf edildi   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Başı başqa bədənə köçürüləcək   |   Saqqız çeynəməyin faydaları   |   Stress qadınların beynini zəiflədir   |   Uzunömürlülüyün sirri almadadır   |   Ramazan ayında necə qidalanmalı?   |   
Çaytikanı

ÇAYTİKANI. Çaytikanı qiymətli vitaminli bitkidir. Təbabətdə meyvələrindən istifadə edilir, meyvələri oktyabr-dekabr aylarında yığılır və onlardan yağ alınır. Çaytikanının yağı yarasağaltma qabiliyyətinə malik olduğu üçün şüa zədələnməsini, dəri xəstəliklərini, yanığı, mədə və 12 barmaq bağırsaq yarası və b. xəstəliklərin müalicəsində istifadə edilir. Qədim Monqol, Çin xalq təbabətində çaytikanının meyvələri və yarpaqları mədə xəstəliklərinin müalicəsində, yel xəstəliklərində, dəri xəstəliklərində işlədilirdi.

Qədim Yunanıstanda yarpaqlarının və budaqlarının həlimi ilə adamları və heyvanları müalicə edirdilər.

Xalq təbabətində meyvələrinin həlimi dəri xəstəliklərinin müalicəsində, yarpaqlarının həlimi podaqranı, revmatizmi müalicə etmək üçün işlədilirdi. Toxumlarının həlimi işlədici kimi istifadə edilirdi. Mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində yeməkdən qabaq gündə 2-3 dəfə bir çayqaşığı çaytikanı yağı içmək məsləhətdir. Müalicəni bir ay ərzində aparmaq lazımdır. Bu məqsədlə çaytikanı həlimindən də istifadə edilir. Meyvələrinin həlimi: 1 xörək qaşığı meyvələri bir stəkan qaynanmış su ilə çaynikdə 10 dəq. qaynadılır. Süzüb bütün dozanı yeməkdən qabaq içmək.

Yadda saxlamaq lazımdır ki, çaytikanı yağı xlosisititdə, mədə-bağırsaq pozğunluğunda və mədəaltı vəzilərin xəstəliyində məsləhət görülmür.

 

Ateroskleroz xəstəliyinin müalicəsi üçün yeməkdən 30 dəq. qabaq 1 çay qaşığı çaytikanı yağı içmək məsləhətdir. Bu qanda xolesterinin səviyyəsini aşağı salır və arterial təzyiqi normallaşdırır.

 

Saçların tökülməsinə qarşı. Saç töküləndə sistematik olaraq çaytikanı meyvəsi yemək məsləhətdir. Çaytikanı bitkisinin cavan budaqlarının həlimini içmək də faydalıdır. Başı yuduqdan sonra çaytikanı yağı ilə başı sürtmək çox yaxşıdır.

 

Qripdə çaytikanının cavan budaqlarından kəsilmiş çöpləri xırda doğramaq 2 x.qaşığı 2 stəkan su töküb bağlı qabda 15 dəq. qaynatmaq, süzmək 1 x.qaşığı bal əlavə etmək. Gün ərzində içmək.

Şüa xəstəliyində dəridəki xəstə sahələrə (yerlərə) çaytikanı yağı sürtmək. Bir ay ərzində gündə 3 dəfə 1 ç.qaşığı çaytikanı yağı içmək.

Çaytikanı yağı qurdeşənəyi dəri xəstəliyinin müalicəsində istifadə edilir. Yeməkdən qabaq gündə 2-3 dəfə ½ x.qaşığı çaytikanı yağı qəbul etmək.

 

Sonsuzluqda: Çaytikanının meyvəsinin təzə və konservləşdirilmiş şirəsini içmək. Çaytikanı yağından içmək məsləhətdir. Bunlarda E vitamini vardır.

Çaytikanının meyvələrinin və yarpaqlarının həlimi podaqra və yel xəstəliklərində kömək edir, toxumlarının həlimi isə yüngül işlədicidir.

Çaytikanının şirəsi bal ilə öskürmədə, bronxitdə və sinədə ağrı olanda gözəl dərmandır: ½ stəkan çaytikanı şirəsini 1 x.qaşığı bal ilə qatıb 5 dəq. bişirmək. Xörək qaşığı ilə gündə 3 dəfə qəbul etmək.

Mədə və 12 barmaq bağırsaq yarasında çaytikanı meyvəsinin həlimi içilir: 3 x.qaşığı meyvə 500 ml qaynar suda 10 dəqiqə qaynadılır, süzülür. Gündə 2-3 stəkan içmək.

Çaytikanının budaqları və yarpaqları bağırsaq pozğunluğunda istifadə edilə bilər: 1 x.qaşığı xırdalanmış yarpaq və budaq qarışığına 1 stəkan soyuq su töküb 5 dəqiqə qaynatmaq, 30 dəqiqə dəmləmək, süzmək və bir dəfəyə içmək.

Dərinin allergiya zədələnməsində, tropik yaralarda və dərinin şüalanmasından yaranan xəstəliklərdə çaytikanı meyvələrindən həlim hazırlanır: 20 qr. meyvənin üstünə 1 stəkan qaynanmış su töküb 10 dəq. qaynadıb dəmləmək, süzmək 100 qr. ismək və kompres qoymaq.

Böyrək xəstəliklərində: 50-70 qr. çaytikanı meyvələrinin şirəsini çıxardıb 1 stəkan qaynanmış südlə qarışdırmaq. Yeməkdən qaban gündə 3 dəfə ½ stəkan içmək.

Qara ciyər xəstə olanda: 50 qr çaytikanı meyvələrinin şirəsini çıxardıb 1 stəkan mineral suya qatıb ½ stəkan yeməkdən qabaq gündə 3 dəfə içmək. Müalicə kursu 1 həftə.

Mədə və 12 barmaq bağırsaq yarasında çaytikanı yağını 1 ç.qaşığı gündə 3 dəfə qəbul etmək məsləhətdir.

Anginada, tonzilitdə, faringitdə burunun içərisinə çaytikan yağı sürtmək faydalıdır.

Uzun müddət az miqdar çaytikanı yağı qəbul etdikdə qanda xolesterinin miqdarı azalır və aterosklerozu ləngidir.

Çaytikanı yağı yaraları da yaxşı sağaldır (çirkli, irinli yaraları yox): bunun üçün tənzifə azca çaytikanı yağı hopdurulur və gündə bir dəfə sarğı qoyulur.

Limfodüyünlərinin böyüməsində çaytikanının cavan yarpaqlarından 1 x.qaşığı, şam ağacının cavan iynə yarpaqlarından 1 x.qaşığı 3 stəkan soyuq suya töküb 20 dəq. bişirmək. Həlim 1,5 stəkan alınmalıdır. İsti-isti 0,5 stəkan gündə 3 dəfə çay kimi içmək. Müalicə kursu 3 aydır 1 ay yazda və 1-2 ay qışda.

 

Çaytikanı yağının hazırlanması üsulları:

1 üsul. Çaytikanının yetişmiş meyvələri surtkəcdən keçirilir, alınan toxumları və cecəsini qurutmaq və ayrıca saxlamaq. Sürtkəcdən sonra alınan meyvənin lətini və suyunu 800C qızdırmaq, bankaya töküb dəmir qapaqla kip bağlamaq. 2-3 aydan sonra bankadakı məhsul 2 qata bölünəcək, üstdəki qatı 28% yağdan ibarətdir, bu qatı səliqə ilə qazana tökmək. Bunun üstünə sürtkəcdən keçirəndə alınan toxumları və cecəni əlavə etmək. Alınan bu qatışığın hər 1 kq kütləsinə 0,5 litr qaynanmış qaynar günəbaxan yağı töküb duxovkaya və ya su hamamında qarışdırmaqla 12 və daha yaxşı olar ki, 24 saat pörtdətmək. Bundan sonra bütün bu qarışığı tənzif torbaya töküb asmaq ki, yağ süzülsün.

II üsul. Yetişmiş çaytikanı meyvələri şirəçəkən maşından keçirilir. Bu zaman şirəçəkən maşını elə işlətmək ki, şirə az alınsın, cecə və toxumlar çox alınsın. Cecə və toxumları quruducu şkafda 50-650 (günün altında olmaz) qurutmaq. Alınan şirəni bankaya töküb durulmaq üçün qoymaq. Bir neçə gündən sonra şirə iki qata ayrılacaq. Çaytikanı yağı yuxarı qatda toplanır. Bunu ayırmaq, sıxmaq, cecə hissəsi varsa, qurutmaq.

Bundan sonra qurudulmuş cecə və toxumları qazana tökmək və hər 1 litr günəbaxan yağına 500 qr. cecə və toxum töküb duxovkada 600 temperaturda 2 saat saxlamaq. Bundan sonra alınan məhsuldan şirəçəkəndə yağı cecədən ayırmaq, alınan çaytikanı yağını əvvəlcə şirəçəkəndən sonra alınan yağla qatmaq. Dərman hazırdır, onu təyinatına işlətmək olar.

III üsul: 2 kq çaytikanı almaq, ərtləmək, yumaq və emal qazana töküb üstünə, 1,5-2 litr günəbaxan yağı tökmək. Yağ qaynayanda odunu azaltmaq və 4-5 saat qaynatmaq. Tez-tez qarışdırmaq ki, yağ yanmasın. Qazanda meyvələr şokolad rəngində və yağ tünd qırmızı rəng alanda qazanın altını söndürmək. Yağ hazırdır. Qaynar-qaynar tənzifdən bankalara süzmək.

Baxış sayı
Ay ərzində: 23
Bütünlüklə: 4737