Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Xərçəngi insan yaradıb?   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Çox oturmağın zərərləri   |   Körpələr yatanda da öyrənir   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Linza seçərkən diqqətli olun   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   3D ürək bulandırır   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Piylənmə və artıq çəki problemi   |   Qadınlar, qəhvə için!   |   Çox gülən qadınlar tez kökəlir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Stress qadınların beynini zəiflədir   |   Portağal sümüyü bərkidir   |   Pul saymaq ağrını azaldır   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Ana öpüşü güclü immunitet yaradır   |   Ana südü xərçəngə qarşı   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Sevgi ürəyə xeyirdir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Çiyələk gümrahlığı artırır   |   İnsan dərisindən ev   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Oturaq iş qadınları qocaldır   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Əkizlər ana bətnində dostlaşırlar   |   
Tut

AĞ TUT. Ağ tutun meyvələri yaxşı qan əmələ gətirən vasitədir (onda dəmirin miqdarı çox olduğu üçün), maddələr mübadiləsinin normal hala düşməsinə kömək edir, zəif işlədicidir, tərlədici, sidikqovucu və bəlğəmgətirici təsirə malikdir.
Azərbaycanda ağ tutun bəkməzindən qaraciyər və qan azlığı xəstəliklərində geniş istifadə edilir. Yarpaqlarının çayı avitaminozda (qidada vitaminlərin azlığı nəticəsində törəyən xəstəlik) ümumi qüvvətləndirici kimi məsləhətdir. Müəyyən edilibdir ki, yarpaqlarından hazırlanan dərman şəkəri aşağı salmaq təsirinə malikdir.
Çin xalq təbabətində köklərinin qabığı hipertoniya xəstəliyində, bronxitdə və bronxil asmada istifadə edilir. Yarpaqlarından hazırlanan dərman hərarət salan, gövdəsinin qabığından hazırlanan isə yarasağaltma xassəsinə malikdir.


QARA TUTUN meyvələrində dəmirin miqdarı 6,5%-ə çatır. Ağ tut kimi istifadə edilir.
Gürcü xalq təbabətində qara tutun yetişməyən meyvələri isalda, yetişmiş meyvələrinin çayı tərlədici, sidikqovucu və zəif işlədici kimi istifadə edilir.
Şərq xalq təbabətində də tutun meyvələrindən, yarpaqlarından və köklərinin qabığından geniş istifadə edilir. Tutun yarpaqları hərarət salan, sakitləşdirici və iltihab əleyhinə vasitə kimi istifadə edilir. Gündəlik norma 100 q-dır.


Bronxiti müalicə etmək üçün tut ağacının köklərinin qabığından hazırlanan dərmandan istifadə edilir. Bu dərman aşağıdakı qaydada hazırlanır: tut ağacının köklərinin qabıqları ayrılır, onlara bal sürtüb hər iki üzü saralana qədər (əvvəl bir üzü qızardılır, sonra çevirib o biri üzünü qızardırlar) qızardılır. Qızardılmış qabıqlar xırda doğranır. Doğranmış bu məhsuldan 50 q götürüb dəm çaynikinə töküb üstünə 500 ml su əlavə edib yarısı qalana qədər bişirməli. Alınan dərmanın qəbul dozası aşağıdakı kimidir:

Bir yaşa qədər uşaqlara – 5 qr;

Bir-iki yaşında uşaqlar – 10 qr;

İki-üç yaşında uşaqlara – 15 qr;

Üç-dörd yaşında uşaqlara – 20 qr;

Beş yaşından yuxarı uşaqlara – 30 qr;

Bir-iki gündən sonra dərman öz təsirini göstərir, 5-7 gündən sonra isə xəstəliyin əlamətləri tamamilə aradan qalxır.

 

Ürək xəstəliklərində, şəkərli diabetdə və həddən artıq kökəlmədə (piylənmədə) tutun meyvələri məhdudiyyət qoyulmadan yeyilir. Bundan başqa bütün xəstəliklərdə tütün yarpaqlarından və köklərinin qabıqlarından da istifadə edilir.

İstifadəsi: Cavan yarpaqlarının və ya köklərinin qabıqlarının tozunu yeməyə (xörəklərə) səpirlər.

Çay: 3-5 qr. yarpağı 1 stəkan qaynar suda dəmlənir və gün ərzində qurtum-qurtum içilir. 3-5 qr. köklərinin qabıqları 1 stəkan qaynar su tökülərək bişirilir və gün ərzində içilir.

 

Ürək və ürək damar sistemi xəstəliklərində, təngənəfəslikdə qara tutun təzə meyvələri və ya meyvələrindən hazırlanmış şirə məhdudiyyət qoyulmadan qəbul edilir.

 

Maddələr mübadiləsinin pozulmasından piylənmədə xalq təbabəti tut yeməyi məsləhət görür.

Tut ağacının qabıqlarının və köklərinin arağı və ya cövhəri (çayı) hipertoniyanı müvəffəqiyyətlə müalicə edir. Cövhəri çay kimi hazırlanır və bal ilə məhdudiyyət qoyulmadan içilir.

 

Qanazlığında tutun meyvələri çox faydalıdır. Ən yaxşısı isə qara tutdur.

Orqanizm zəif, ürək xəstə, təzyiq aşağı olanda yayda tutun təzə meyvələri, qışda isə doşabı, mürəbbəsi, qurudulmasının kompotu istifadə edilir.

 

Soyuqdəymə xəstəliklərində tut yarpaqlarının qaynar çayı hərarəti aşağı salan vasitədir. Çay: 2-3 x.qaşığı tut yarpağı 1 stəkan qaynar suda 1 saat dəmlənir, bal əlavə edilib yeməkdən qabaq gündə 3 dəfə stəkan içilir.

 

Tut ağacının köklərinin qabıqları Çində şəkərli diabetin, vodyankanın və böyrəklərin gipofunksiyasının müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Tut ağacının köklərinin qabıqlarının 10%-li cövhərindən yeməkdən qabaq gündə 3-5 dəfə ½ stəkan içmək.

 

Qan təzyiqi və şəkər xəstəliklərində tut yemək faydalıdır. Qara tut qanı təmizləyir, qurudulmuş ağ tutu çörəyə qatıb yemək şəkər xəstəliyində məsləhətdir.

 

Mədə-bağırsaq xəstəliklərində acqarına hər gün 0,5 kq 10-15 gün ağ tut yemək faydalıdır.

 

Tut ağacının meyvələri görmə qabiliyyətini tam itirməmiş başlanğıc müalicə məqsədilə istifadə edilir.

Tut meyvəsi ilə daha çox qidalanmaq məsləhət görülür.

Baxış sayı
Ay ərzində: 35
Bütünlüklə: 3423