Qan qrupu xarakterinizdən xəbər verir   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Gəzinti ən yaxşı idmandır   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Kök kişilər daha sədaqətlidir   |   Tüstüsüz siqaret kəşf edildi   |   Ramazan ayında necə qidalanmalı?   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Dişləri düzgün fırçalama texnikası   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Şokolad qan təzyiqini azaldır   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Ev işləri erkən doğum risqini artırır   |   Xoşbəxtlik qadınları zəif edir   |   Piylənmə və artıq çəki problemi   |   B6 vitamini xərçəng risqini azaldır   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Uzunömürlülüyün sirri   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Stress qadınların beynini zəiflədir   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   İnternet qocalmanı sürətləndirir   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Yemiş stressin dərmanıdır   |   Körpələr yatanda da öyrənir   |   Çox oturmağın zərərləri   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   
Albalı

ALBALI. Albalıda qanın laxtalanmasını normallaşdıran maddələr vardır. Bu maddələr qanın laxtalanmasını azaltmaqla infarktın qabağını alır. Albalı iştahı artırır, qanazlığında yeyilməsi məsləhət görülür. Meyvəsi və şirəsi antiseptik xassəyə malikdir.
Xalq təbabətində albalı şirəsi astma xəstəliklərində bəlğəmgətirici kimi işlədilir və sinəni yumşaldır. Bunlardan başqa artiritdə, ürəkkeçmədə və əsəb xəstəliklərində məsləhətdir. O, hərarəti aşağı salır, bel ağrılarını sakitləşdirir və cinsi fəaliyyəti gücləndirir. Albalı şirəsi susuzluğu, qan təzyiqini və ödün sürətli ifrazını azaldır. Təzə albalıdan hazırlanmış mors qızdırmada (titrəmə - qızdırmada) kömək edir. Bədəndəki boşluqlara su yığılması (xəstəliyi) və sidikdaşı xəstəliklərində sidikqovucu, ishalda isə bərkidici kimi istifadə edilir. Bu məqsədlə meyvələrin saplaqlarından da istifadə edilir. Saplaqlarının həlimi aşağıdakı kimi hazırlanır: iki xörək qaşığı saplaqları bir stəkan suda 20 dəq. qaynadılır.
Cavan budaqlarının həlimi ishal əleyhinə istifadə edilir. Albalını süddə dəmləyib içmək iştahanı artırır.
 

Titrətmə - qızdırmada susuzluğu yatızdırmaq üçün xəstəyə albalı meyvəsi və şirəsi verilməsi faydalıdır.
 

İshalda uşaqlar üçün albalının quru budaqları yaxşı vasitədir. Bunun üçün 5 - 6 xırda budağı qopardıb 1 litr su töküb 10-15 dəq. sakit odda qaynatmaq, soyutmaq, süzmək. Bunu su əvəzinə uşağa içirtmək faydalıdır.
 

Aybaşı pozğunluğunda 2 x.qaşığı albalı budaqlarının qabığından 2 stəkan qaynar suya töküb, gecəni termosda dəmləmək, süzmək. Yeməkdən 1 saat qabaq gündə 4 dəfə 100 ml qəbul etmək lazımdır.
 

Sidik kəsilməsi (yavaşıası, tutulması) xəstəliyində albalının meyvələrinin saplaqlarından 3 x.qaşığı götürüb 3 stəkan suya töküb, ağzı bağlı qabda 30 dəq. qaynatmaq, süzmək. Yeməkdən 30 dəq qabaq 150 ml gündə 4 dəfə qəbul etmək məsləhətdir.
Qədim zamanlarda orqanizmdə olan qurdları albalı dəyən vaxt salırdılar. Bunun üçün albalı mövsümündə uşaqlar və böyüklər acqarına mümkün qədər çox yetişmiş albalı yeyirdi. Albalı yeyəndən sonra 1 saat heç nə yeməmək lazımdır!

Baxış sayı
Ay ərzində: 39
Bütünlüklə: 2626