Nikah gecəsinin sirləri   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Suyu az içmək beyni qocaldır   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Xərçəng yox olmaq üzrədir…   |   Diliniz dərdinizdən danışır...   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Su filtrindən süzülən xəstəlik   |   Çox gülən qadınlar tez kökəlir   |   Sevgi qurban tələb edir   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Stress qadınların beynini zəiflədir   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Siqaret karlıq yaradır   |   Ana bətnində 4 gün donduruldu   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Pula qarşı allergiyası olan insan   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Körpələr yatanda da öyrənir   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   2 yaşında 41 kilo oldu   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Çiyələk gümrahlığı artırır   |   
Uşaq xəstəlikləri
09.02.2016
Suçiçəyi xəstəliyini herpetik viruslardan biri törədir. Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur.
29.10.2015
3 ayı tamam olanda körpəniz başını diş tutub sizə gülümsəyə biləcək və 6 yaşı tamam olanda o sərbəst otura biləcək və fasiləsiz fırlanmacaq. Körpəniz o qədər sevimli olacaq ki, siz ona oyuncaq, kitab və paltar almaqdan əl çəkə bilməyəcəksiniz. Lakin yadda saxlayın ki, sizin sevginiz və diqqətiniz onu xoşbəxt edən yeganə amillərdir.
21.04.2014
Ailələr çox vaxt uşaqları ilə əlaqədar “Sevdiyi şeylərə diqqət göstərir, amma dərslərinə gəlincə işləmək istəmir” deyə şikayətlənirlər. Amma siz bunun bir xəstəlik olduğunu bilirsinizmi? Uşaqlar ümumiyyətlə sevdikləri hər hansı bir şeyə diqqətlərini verdikləri zaman beyinlərindəki ön bölgə sisteminin primitiv refleksindən istifadə edirlər. Bu, beynin dərinliyində qorunmuş bir mərkəzdir və asanlıqla təsirlənməz. Beynin ön bölgəsində bir çətinlik meydana gəldikdə isə diqqət dağılır və konsentrasiya pozulur. Bu vəziyyət isə ailə içində ‘uşağım dərsə hazırlaşmaq istəmir’ deyə şərh olunur. Psixiatrlar bu məsələ ilə bağlı, “Diqqət, konsentrasiya mərkəzimiz beynimizin ön bölgəsindədir. Bu mərkəzdə çətinlik, problem və ya pozuqluq səviyyəsində ola bilər. Akademik məlumatı öyrənə bilməyimiz üçün diqqət və konsentrasiyamızın normal səviyyədə olması lazımdır” deyirlər.
31.01.2014
Donvurma – aşağı temperaturun təsiri altında dəri və dəri altı toxumaların zədələnməsidir. Donvurma qan dövranının pozulması üzündən baş verir. Xırda qan damarlarının spazmı nəticəsində qan dövranı tam dayana bilər. Çox vaxt əl və ayaq barmaqları, qulaqlar, yanaqlar və burunun ucu donvurmaya məruz qalır.
01.12.2013
Baş ağrıları - əsasən kiçik və gənç yaşlı uşaqlarda rast gələn nasazlıqdır. Körpələrdə bu çox nadir hallarda rast gəlir. Doğru qurulmamış gün rejimi, yorğunluq, beyinin gərgin fəaliyyəti, havasız yerdə qalma, yuxusuzluq kimi hallar, bir qayda olaraq, baş ağrılarına səbəb olur. Valideynlər uşaqlarda baş ağrılarının nə zaman başladığını, onların intensivliyini, yerləşməsini və baş ağrılarını müşahidə edə biləcək başqa əlamətlərini (qusma, baş gicəllənmə, görmə qabiliyyətinin zəifləməsi, tərləmə) uşağın davranışında və şəxsiyyət baxımından xüsusiyyətlərin dəyişikliklərinin olub olmamasını aydınlaşdırmalıdırlar. Qızlarda baş ağrıları menstrual sikl ilə (aybaşı) bağlı ola bilər.
01.12.2013
Ağızda yaralar diş ətlərində və ağızın selikli qişasında infeksiya nəticəsində, vitaminlərin çatmamazlığı ilə əlaqədar, və ya bəzi dərmanların qəbulundan sonra yarana bilər.
01.12.2013
Ətrafların (əl-ayaq) çıxığı o hallarda baş verir ki, zədə zamanı sümüklərdən biri oynaq çuxurunu dağıtmış olur və oynaq çuxurundan sürüşüb çıxır. Sümük çıxığının ümumi əlamətlərinə aşağıdakılar aiddir : oynağın ümumi konturunun pozulması, yerindən çıxmış sümüyün təzə yerdə önə keçməsi, sümük çıxıntısı olan ətrafın qısalması yaxud uzanması, oynaqda ağrının artması, aktiv hərəkətlərin pozulması və passiv hərəkətlərin
01.12.2013
Xoşagəlməz psixososioloji əhatə uşağın anası ilə ayrılması, valideyn sevgisindən məhrum olması, onun təbii ehtiyaclarına laqeydlik, sahibsizlik və s, kimi hallardan baş verən emosional hiss məhrumiyyətidir. Belə halda hətta dəyərli kifayyətli qidalanmasına baxmayaraq uşağın iştahası pis ola bilər. Yaxud qəbul olunmuş qida pis həzm oluna və mənimsənilə bilər.
01.12.2013
Axsaqlıq həm cüzi (ayaqqabıda mıx), həm də çox ciddi səbəblərdən (məsələn parez, yəni əl-ayağın qismən iflici) baş verə bilər. Valideynlər mümkün zədələnmə (yıxılma, zərbə və s.), oynaqlarda ağrılar, bədənin hərarətinin artması kimi hallara diqqət yetirməlidirlər. Zaman keçdikcə ağsaqlıq necə dəyişir: azalır, artır, dəyişirmi. Uşağın ayağında olan ziyillər, qabarlar, sıyrıntı, pəncədə sürtünmələr, barmaqda dırnağın içəriyə böyüməsi, ayaqqabının uşağa mane olub-olmamasına da fikir vermək lazımdır.
30.11.2013
Ağızdan gələn pis qoxu tənəffüs yollarının xəstəliyində olur, bu iri və kiçik bronxlarla əlaqədardır. Bu infeksiyalarda və yaxud ağ ciyərlərin nəfəs yollarının keçiriciliyinin pozulması zamanı baş verir və özünü çoxlu pis iyə malik bəlğəmlə müşayət olunan öskürək şəkilində göstərir. Əksər hallarda hərarət və tənəffüs yollarının təkrar yoluxması baş verir.
01.12.2013
Ağızdan nəfəsalma naxoşluğun və ya zərərli adətin əlaməti ola bilər. Burundan normal nəfəsalmada hava tozdan filtirlənir, istilənir (və ya soyuyur, ətraf mühitin temperaturundan asılı olaraq) və nəmlənir. Müntəzəm olaraq ağızdan nəfəsalma dodaqları və ağızın selikli qişasını qurudur, bu da ki, çatların əmələ gəlməsinə və infeksiyanın düşməsinə şərait yaradır.
06.07.2013
Statistikaya görə, dünyada hər 10 nəfərdən 2-si allergiya xəstəliyindən əziyyət çəkir. Allergiya xəstəliyinin izlərinə hələ qədim Misir mumiyalarında rast gəlinib. Ancaq alimlər XIX əsrdə bu xəstəliyi aşkar etməyi bacarıblar. Onun müalicəsinə isə XX əsrdə başlanıb. Müasir dövrümüzdə bu xəstəlikdən əziyyət çəkənlərin sayı günü-gündən artır.
02.07.2013
Körpənin eşitmə problemi ilə doğulmasının bir çox səbbləri var. Bunlardan məyən anaların günahı ucbatından baş verir. Məsələn qadın hamiləlik zamanı qırmızı və soyuq qidalarla qidalaırsa, spirtli içkilərə və siqaretə meyllidirsə bu uşağın problemli doğulma riskini xeyli artırır. Uşağın zəif eşitməsinin bir səbəbi də genetik faktorlarla əlaqədardır.