“Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Xoşbəxtlik qadınları zəif edir   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Soğan yemək beyini gücləndirir   |   29 yaşında nənə oldu   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Sevgi qurban tələb edir   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   İdman depressiyanın dərmanıdır   |   Həkimlərdən qeyri-adi cəza   |   Arıqladan çimərlik paltarı   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Ramazan ayında necə qidalanmalı?   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Diliniz dərdinizdən danışır...   |   Prostatit və onunla mübarizə   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Şokolad qan təzyiqini azaldır   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Uzunömürlülüyün sirri   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Portağal sümüyü bərkidir   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Çili bibərləri ağrıkəsicidir   |   Ana bətnində 4 gün donduruldu   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Əlləriniz xarakterinizi göstərir   |   Sonsuzluq – miflər və faktlar   |   
Əsas məsələ xəstəni həyata qaytarmaqdır

Tuncər Suzər: "Hər bir xəstə hüquqlarını bilməlidir"

Ölkəmizin səhiyyə sistemində islahatların aparılmasına baxmayaraq, bu sahədə problemlər hələ də qalmaqdadır. İstər dövlət, istərsə də özəl xəstəxanalarda, demək olar ki, hər gün xəstələr qanunsuzluqlarla üzləşirlər. Tibb müəssisələrində xəstələrdən yeri gəldi-gəlmədi pul alınması isə əhalinin ən çox narazı qaldığı məqamlardan sayıla bilər.
Baxmayaraq ki dövlət tibb müəssisələrində xəstənin ödənişsiz müalicə və müayinə olunması barədə səhiyyə nazirinin qərarı mövcuddur. Tibbi sığortanın tətbiqi ilə bağlı məsələ də hələ yerinə yetirilməmiş qalır. Hər addımbaşı xəstələrin hüququnun pozulması və digər səbəblər çoxlarını canının sağlığını xaricdə axtarmağa məcbur edir. Bakıda səfərdə olan Anadolu Sağlamlıq Mərkəzinin beyin və sinir cərrahı Tuncər Süzərdən insanların sağlamlıq hüququ və digər məsələlər barədə məlumat aldıq. O, öncə çalışdığı sahə və bu sahədəki mövcud vəziyyət barədə məlumat verdi.
- Hazırda bizə müraciət edən xəstələrin əksəriyyətinin problemi boyun və bel fəqərələrinin yırtığı ilə bağlıdır. Qeyd edim ki, son illər bu, ən çox yayılmış xəstəliklər sırasındadır və nəinki Türkiyədə, Azərbaycanda, eləcə də bütün dünyada bel, boyun fəqərələrinin xəstəliyindən əziyyət çəkənlərin sayı artmaqdadır. Amma hər bir halda mən beyin cərrahı sayılıram və Azərbaycana da məhz bu sahənin mütəxəssisi kimi gəlmişəm.

- Mütəxəssis olaraq, yəqin, xəstəliyin yaranma səbəbini də araşdırmamış deyilsiniz?
- Bel və boyun fəqərəsinin yırtığı xəstəliyinin yaranma səbəbi müxtəlifdir. Bu daha çox insanın məşğul olduğu əmək şəraiti ilə bağlıdır. Uzun müddət ayaq üstə olan adamlarda bel ağrıları yaranır, boyun xəstəlikləri isə hər işin xarakterik xüsusiyyətindən irəli gələrək kompüter qarşısında çox vaxt keçirməklə əlaqəlidir. Əgər bel nahiyəsində fəqərələrarası yırtıq olarsa, xəstəlik özünü bel, ayaq ağrıları ilə göstərir, boyun yırtığında isə bu, boyun, qol ağrısı və əllərin uyuşması kimi əlamətlərlə müşahidə olunur. Əgər bel və ya boyun fəqərələri arasındakı yırtığın ömrü uzun deyilsə, onu müəyyən müalicə kursu keçirməklə aradan qaldırmaq mümkündür. Amma həmin yırtıqların məsafəsi artıq böyüyübsə, onun bir yolu var ki, bu da əməliyyatdır. Bizim mərkəzə dünyanın bir çox ölkəsindən gələn xəstələr var və biz onları ilk əvvəl müalicə edirik. Əgər nəticə olmazsa, əməliyyat etməyə qərar veririk. Bundan əlavə, elə xəstələr var ki, onun ümumiyyətlə müalicə olunmasına heç bir şans yoxdur və biz onu elə birbaşa əməliyyata götürürük.

- Amma əməliyyat deyincə, bir çox xəstə çox qorxur...
- Nəqiqətən də əməliyyatın adı çoxuna qorxulu görünür. Bir çoxunun sonradan əlil olmaq kimi qorxusu olur, bəziləri isə əməliyyatdan sonra da əvvəlki hallarına qayıtmayacaqları barədə düşünürlər. Amma bütün bunlar artıq keçmişdə qalıb. Çünki son illərin yenilikləri, çoxfunksiyalı texnologiyların yaranması bir çox çətin işi asanlaşdırıb. Odur ki artıq əməliyyat etdiyimiz xəstələrin 95 faizindən artığında uğurlu nəticəni görmüşük. Bu, ağır əməliyyat sayılsa da, xəstənin yalnız 2 həftə boyunca özünə diqqət etməsi tələb olunur. Bundan sonra xəstə tamamilə əvvəlki həyatına qayıdır.

- Çoxlarını əməliyyatın qiyməti maraqlandırır və bunu açıqlamaq mümkündürmü?
- Qiymət xəstəliyin dərəcəsindən asılı olaraq müxtəlif cür dəyişir. Fəqərəarası elə yırtıqlar var ki, ölçüləri kiçik olur və əməliyyat üçün az vaxt aparır. Eləsi də var ki, bir neçə problem olur və təbii ki, bunların əməliyyat xərcləri də fərqlidir.

- Azərbaycanda tibb mərkəzi açmaq kimi planınız varmı və əgər varsa, sizi digərlərindən fərqləndirəcək nə ola bilər?
- Əlbəttə, biz çox istərdik burada klinika açaq. Yəni xəstələr uzaq yolu qət edib xarici ölkələrə getməkdənsə, vaxt itirmədən yaxın xəstəxanalara gedərlər. Bizim digərlərindən fərqimiz isə, əlbəttə ki, yüksəkixtisaslı tibbi personal və ən əsası müasir texnoloji avadanlıqlar olacaq.

- Azərbaycanda səhiyyənin vəziyyəti ilə, yəqin, tanışsınız. Bu sahəni necə xarakterizə edərdiniz?
- Azərbaycandakı səhiyyənin və daha çox maraqlandığım cərrahiyyənin yaxşı vəziyyətdə olmadığını ilk baxışdan da görmək olar. Ən azından bunu xaricə üz tutan xəstələrin sayının çoxluğu deməyə imkan verir. Amma bu heç də mütəxəssislərin olmaması ilə ölçülməməlidir. Məncə, səbəblərdən biri texnoloji imkanlardan yararlanmanın istənilən səviyyədə olmamasıdır. Məsələn: Türkiyədə konkret olaraq mənim çalışdığım Anadolu Sağlamlıq Mərkəzində dəyəri 15 - 18 milyon dollarlarla ölçülən qiymətli aparatlar mövcuddur. Yüksəksəviyyəli avadanlığın olması isə xəstəliyi müəyyənləşdirməkdə və dəqiq diaqnoz qoymaqda əvəzsizdir.

- Pasiyentlərlə xəstəxanalar arasında narazılıq doğuran məqamlardan biri də xəstədən ödənişhaqqının əvvəlcədən tələb olunmasıdır. Çalışdığınız klinikada vəziyyət necədir?
- Bizim mərkəzdə belə bir qayda yoxdur və əksər xəstə sığortalı olduğu üçün bu cür hallarla rastlaşmırıq. Əgər sıradan bir xəstə bizə müraciət edərsə, təbii ki, maliyyədən əvvəl bizi onun sağlığı və vəziyyətinin hansı durumda olması maraqlandırır. Əgər uzunmüddətli müalicə kursu keçəcəksə, ödəyəcəyi məbləğin bir qismini ödəyir, yerdə qalan hissəsini isə müalicə tam başa çatdıqdan sonra verir. Ümumiyyətlə, hər bir xəstə istənilən klinikaya daxil olduqda oranın qaydaları ilə tanış olmalı və hüquqlarını bilməlidir.

- Bəs müalicənin effekt verməyəcəyi təqdirdə xəstəxana tərəfinin ödənilən vəsaiti geri qaytarması mümkündürmü?
- Bu məsələ müxtəlif cür həll olunur. Əgər əməliyyatdan sonra xəstənin vəziyyətində müsbət dönüş olubsa, yaxud əksinə olubsa, həmin vəsait geri qaytarılmır. Çünki nəticədən asılı olmayaraq artıq əməliyyat prosesində bir çox avadanlıqdan, dərman vasitələrindən istifadə edilib ki, bunlar da, təbii ki, vəsait hesabına əldə olunub. Bu zaman ən azından həkimin əziyyəti də nəzərə alınmalıdır. Ümumiyyətlə, sağlamlığın qeydinə qalmaq həm də çoxlu xərc tələb edir. Bizim üçün də ən əsası xəstəni həyata qaytarmaqdır. Maddiyyat artıq məsələnin ikinci tərəfidir.

Naibə Qurbanova

Baxış sayı
Ay ərzində: 10
Bütünlüklə: 1811