Ayaqlarınız xarakterinizdən danışır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Depressiyanın dərmanı - dondurma   |   Körpələr yatanda da öyrənir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Partenofiliya - bakirə qızlara meyl   |   Tənhalıq xərçəngə səbəb olur   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Tüstüsüz siqaret kəşf edildi   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Kişilərin futbol sevgisi   |   Kişilər yoxa çıxacaq   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Zəmanə qadınları...   |   Qaradərili insanlar daha sakit olurlar   |   Peşənə bax, ölümünü bil!   |   Ev işləri erkən doğum risqini artırır   |   Siqaret karlıq yaradır   |   Xərçəng yox olmaq üzrədir…   |   Stress qadınların beynini zəiflədir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Pul saymaq ağrını azaldır   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Qadınların sevimli yaş dövrü   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Ana südü xərçəngə qarşı   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Yuxusuzluq kökəldir   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Depressiya görməni zəiflədir   |   İnternet qocalmanı sürətləndirir   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Sevgi ürəyə xeyirdir   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   
Dişləri düzgün fırçalama texnikası

Diş ağrısının nə olduğunu hamımız bilirik.Yəqin ki, bu əzabı təkrar çəkmək istəməzdik.Ən əsası uşaqlarımızın diş agrısından əziyyət çəkməsini heç istəməzdik.Gəlin düşünək: dişlərin təmizlənməsinin elmin ən son nailiyyətlərinə əsaslanan üsullarını hamımız bilirikmi?

Dişlərimizi nə dərəcədə düzgün fırçalayırıq? 

Etiraf edirəm ki,dişlərin fırçalanması texnikasını düzgün yerinə yetirmək mürəkkəb məsələdir və müəyyən səriştə tələb edir.Ancaq bunu öyrənmək mümkündür.Çəkdiyiniz əziyyət dişlərinizi düzgün təmizləməyə və bir sıra stomatoloji xəstəliklərin qarşısını almağa imkan verəcək.Düzgün fırçalama texnikasına yiyələnmək istəyirsinizsə aşağıdakı qaydalara riayət etməlisiniz.
Diş fırçasını 45 dərəcəlik bucaq altında tutun.Fırçanın tük olan hissəsinin yarısını diş ətinə tərəf,yarısını isə diş boynuna yerləşdirin.Bunu elə etmək lazımdır ki,fırçanın ucları diş ətinin sərhəddinə çatsın və diş ətinin alt hissəsilə dişlərin boynuna yumşaq toxunsun.Fırçanı həmin vəziyyətdə saxlayaraq 5 dəfə  dairəvi hərəkət edin, qısa kiçik zərbələr daha çox vibrasiyaya oxşamalıdır. Bu diş daşlarını və dişlər üzərindəki ərpi aradan qaldırır.Sonra dişin uc hissəsinə fırçanı bir dəfə çəkin.Bu hərəkətlə isə siz memorial lövhəni təmizləmiş olursunuz.Bu proseduranı 5-6 dəfə eynilə təkrar etməlisiniz. Hər dəfə 2-3 diş və onun ətrafı təmizlənəcək.Bunu sistematik etsəniz, dişlərinizi  təmizləmək asnlaşacaq və bütün dişləriniz təmizlənəcək.

Hansı dişlərdən başlamaq lazımdır?

Dişlərin təmizlənməsini ust çənənin sağ tərəfində yerləşən sonuncu arxa dişdən başlamaq lazımdır.Xarici tərəfdən təmizləyərkən,yavaş-yavaş irəli sol axrıncı dişə tərəf gedin.İndi fırçanı dişlərinizin daxili tərəfinə yönəldin.Yenə də fırçanı 45 dərəcəlik bucaq altında saxlayın və fırçalamanı eynilə təkrar edin.Yaddan çıxarmayın ki,fırça şaquli vəziyyətdə olduqda siz yalnız künc dişindən daxilə ön dişləri təmizləməlisiniz.Sonra səkkiz dəfə kiçik dairəvi hərəkətlər ilə hər dişin çeynəmə səthini təmizləməlisiniz.
Dişlərinizi ən azı gündə 2-3 dəfə təmizləyin.Hətta,imkanınız olsa yediyiniz hər şirniyyatdan və ya dadlı konfetdən sonra dişlərinizi təmizləyin.
Diş əti çox incədir.Ona görə də dişləri təmizləyərkən ehtiyatlı olun və incə hərəkət edin.Əgər dişləri təmizləyəndə  həddindən artıq bərk və ya böyük güclə təsir etsəniz onda diş ətinə zərər yetirə bilərsiniz.Bunun nəticəsində dişlərdə qanaxma baş verə bilər.
Üfunətli nəfəs törədən bakteriyaları kənar etmək üçün dilinizi təmizləyin.Bunu da yumuşaq edin,çünki dilinizdə asanlıqla qopa bilən dad düymələri var.
Dişlərin təmizlənməsində diş sapından da istifadə edə bilərsiniz.Ancaq bunu dişləri fırçaladıqdan sonra etməlisiniz.Çünki, əgər dişlər fırcalanmayıbsa onda diş sapı ilə təmizləyərkən bakterialar damağa yeridilə bilər.
Dişlərin təmizlənməsində ən optimal vaxt 3 dəqiqədir.Buna baxmayaraq yeni üsul dişləriniz üçün çox xeyirlidir və sizdə xoşbəxtlik hissi oyadacaq.Gələcəkdə əmin olacaqsınız ki,qaydalara uyğun gigiyenik təmizləmənin effekti sizə ömürlük və hamar dişlər verəcək.

Əsəd Pərvəriş
“Dental House” klinikasınin həkimi

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 3650