Kişilər yoxa çıxacaq   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Müasir xanımlar çox yaşayır   |   Siqaret karlıq yaradır   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Ana öpüşü güclü immunitet yaradır   |   Balığın sağlamlığınıza faydaları   |   Pula qarşı allergiyası olan insan   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Soğan yemək beyini gücləndirir   |   2 yaşında 41 kilo oldu   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   İnsulini sprey əvəz edəcək   |   Diliniz dərdinizdən danışır...   |   Kişilərin futbol sevgisi   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Qadınların sevimli yaş dövrü   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Yaşın fərqi varmış   |   Gəzinti ən yaxşı idmandır   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Şokolad qan təzyiqini azaldır   |   Xoşbəxtlik qadınları zəif edir   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   İdman depressiyanın dərmanıdır   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Kök kişilər daha sədaqətlidir   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   
Yapon dietası ilə 13 günə 12 kq. arıqlamaq olar

Dünyada ən geniş tətbiq olunan dietalardan biri də yapon dietasıdır. Bu dietanın 13 günlük müddəti ərzində ilkin çəkiyə uyğun olaraq 5-12 kq arıqlamaq mümkündür. Yaponiyanın “Yaeks” klinikasında hazırlanmış bu dieta insan orqanizmində maddələr mübadiləsini tənzimləyərək, insanın uzun müddət çəkisinin artmasının qarşısını alır. Yapon xarakterinə uyğun olaraq, bu dieta insanı gündəlik menyuya ciddi yanaşmasını tələb edir. Dietanın 13 günü ərzində şəkər, duz, alkoqol və un məmulatlarından istifadə etmək qadağandır. Gün ərzində qida qəbulu arası qeyri- məhdud miqdarda qaynadılmış və ya qazsız mineral su içmək olar. Dietanı ilk istifadədən yalnız 2-3 il sonra təkrar istifadə etmək olar. Dietanın gündəlik rejimi isə belədir:

 

1-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 2 bərk yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat soku.

Şam: qızardılmış və ya suda qaynadılmış balıq.

 

2-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxari.

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı(günəbaxan yağında).

Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st . qatıq.

 

3-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxari

Nahar: günəbaxan yağında qızardılmış balqabaq

Şam: 2 bərk yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında)

 

4-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 1 çiy yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.

Şam: meyvə.

 

5-ci gün

Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon soku ilə).

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.

Şam: meyvə.

 

6-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.

Şam: 2 bərk yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).

 

7-ci gün

Səhər yeməyi: çay.

Nahar: 200 qr. suda qaynadılmış mal əti, meyvə.

Şam: digər günlərin şam yeməklərindən istifadə etmək olar (3-cu gün istisna olmaqla).

 

8-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.

Şam: 2 bərk yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).

 

9-ci gün

Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon soku ilə).

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.

Şam: meyvə.

 

10-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 1 çiy yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.

Şam: meyvə.

 

11-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxari.

Nahar: günəbaxan yağında qızardılmış balqabaq.

Şam: 2 bərk yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında).

 

12-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxari.

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı(günəbaxan yağında).

Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st . qatıq.

 

13-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 2 bərk yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat soku.

Şam: qızardılmış və ya suda qaynadılmış balıq.

 

DİQQƏT!!! Əgər siz hər hansı günün rejimini pozsanız, bu nəticəyə də təsir göstərəcək. Bir ərzaqı digəri ilə dəyişmək də mümkündür. Məsələn, əgər siz qəhvə içmirsinizsə onu yaşıl çayla,qaynadılmış kökü çiyi ilə, balqabağı isə badımcanla əvəz edə bilərsiniz. 13 günlük dieta müddəti bitəndən sonra gündəlik qidanızın miqdarını tədricən artırın. İstənilən dietaya başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Tibb.az

Baxış sayı
Ay ərzində: 29
Bütünlüklə: 15325