Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Qadınlar, qəhvə için!   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   İnsulini sprey əvəz edəcək   |   Ana bətnində 4 gün donduruldu   |   Pul saymaq ağrını azaldır   |   Sevgi qurban tələb edir   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Mavi gözlülərin genetik atası eyni olub   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Ev işləri erkən doğum risqini artırır   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Köklük insult riskini artırır   |   Xoşbəxtlik qadınları zəif edir   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Əlləriniz xarakterinizi göstərir   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Həkimlərdən qeyri-adi cəza   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Almanı qabıqlı yeyin   |   Qadınlarla kişilər eyni cür düşünür   |   29 yaşında nənə oldu   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Xərçəngi insan yaradıb?   |   Qadınların sevimli yaş dövrü   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Kişilər yoxa çıxacaq   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Depressiyanın dərmanı - dondurma   |   
Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə

Baş gicəllənməsinin necə xoşagəlməz hiss olduğunu yəqin ki, hamımız bilirik. Ancaq çoxlarımız bu halın hansı səbəbdən yarandığından xəbərsizik. Qeyd edək ki, başgicəllənmə bəzən özünü qorxulu xəstəliklərin əlaməti kimi də göstərir. Əlbəttə bu əlamət haqda dəqiq diaqnozu yalnız yoxlama və analizlərdən sonra həkim təyin edə bilər. Bununla belə bu xoşagəlməz hiss haqda siravi insanların da bilməli olduqları bir çox məqamlar var. Məqalədə məhz bu məqamlara toxunacağıq.

 

Həyəcanlanmağa dəyməz

İlk öncə qeyd edək ki, başgicəllənmə müxtəlif səbəblərdən yarana bilər. Həmin səbəblərin içində qorxulu məqamlarla yanaşı narahatçılığa əsas verməyənləri də var. Beləki insan özünü tam sağlam hiss etdiyi və əhval ruhiyyəsi yaxşı olduğu halda belə başgicəllənmə baş verə bilər. Bu halla biz adətən həyəcənlandıqda, həddən artıq sevindikdə və s. hallarda qarşılaşırıq. Belə olan halda həyəcanlanmağa lüzum yoxdur. Bilin ki, bu ötəri bir haldır və heç bir xəstəliyə işarə deyil.

Məsələn sizdə başgicəllənmə hər hansı bir vacib tədbir öncəsi, qaraqabağ müdirinizə hesabat vermək ərəfəsində və ya lap elə sevgilinizin ağuşunda və s. vəziyyətlərdə yaranırsa özünüzü qorxutmayın. Bilin ki, ötəri olan bu hal orqanizmdə baş verən normal proseslər səbəbindən yaranıb. Belə hallarda adətən başgicəllənmə qanda adrenalinin çoxalması səbəbindən hamar əzələlərin (o cümlədən də damarların hamar əzələlərinin) yığılaraq beyinə qanın normal çatmasına əngəl törətməsi üzündən baş verir.

Əksər hallarda isə başgicəllənmə nəqliyyat vasitələrində gedərkən, karuseldə yellənərkən və ya gəmi ilə səfərə çıxarkən baş verir. Bu halda da sizin həyəcanlanmağınıza lüzum yoxdur. Çünki belə başgicəllənmələrin səbəbi gördüklərimizlə vestibulyar (müvazinət) aparatın hiss etdikləri arasında uyğunsuzluqların olmasıdır. Belə ki, beyin eyni zamanda həm gördüklərimizi, həm də vestibulyar aparatın ona göndərdiyi siqnalları analiz edir və onlar arasındakı uyğunsuzluqlar beyini çaşdırır. Nəticədə isə başgicəllənmə yaranır.

Yuxarıda göstərilən amillərdən əlavə başgicəllənmələrinə beyinin mütənasibliyə cavab verən nöqtələrinə qanın normal çatmaması, başın qəfil döndərilməsi (odur ki, idman edərkən ani hərəkətləri ehtiyatla etmək lazımdır), qanda qlükozanın azalması (belə səbəbdən başgimcəllənmə daha çox dieta saxlayan xanımlarda müşahidə olunur) da səbəb ola bilər.

 

Arifə bir işarə

Yuxarıda göstərilən hallarda başgicəllənmə qorxulu xarakter daşımadığı halda aşağıda göstərəcəyimiz məqamlarda artıq onu hər hansı bir xəstəliyin əlaməti kimi qiymətləndirmək lazımdır. Qeyd edək ki, özünü xəstəliyin əlaməti kimi göstərən başgicəllənmələr mütəmadi olaraq baş verir. Belə olan halda xəstə anlamalıdır ki, bunun səbəbi artıq fizioloji yox patoloji amillərdir. Yəni artıq həkimə müraciət etmək vaxtıdır. Ancaq bəzi hallarda başgicəllənməni müşayət edən amillərə diqqət yetirməklə xəstə özü də onun hansı xəstəliyin əlamati olduğunu müəyyən edə bilər.

 

Beləliklə əgər sizdə başgicəllənmə zamanı...

...eşitmə zəifləyirsə

Əgər sizdə başgicəllənmə qulaqlarda küy və eşitmənin zəifləməsi ilə müşayət olunan bir neçə saatlıq tutmalarla keçirsə deməli o Menyer xəstəliyinə işarədir. Mneyer daxili qulağın vestibulyar və eşitmə hissələrini əhatə edən mayenin normadan artıq olması və ya elektrolit nisbətinin pozulması nəticəsində yaranan xəstəlikdir. Xəstəliyin ən qəribə xüsusiyyəti ondadır ki, xəstə müəyyən tezliklə gələn səs dalğalarını eşidə bilmir. Məsələn o ucadan danışıqları pis eşitdiyi halda pıçıltı ilə deyilən sözləri aydın eşidir.

Yox əgər başgicəllənmə ani olaraq başlanırsa və getdikcə eşitmənin birtərəfli zəifləməsi ilə müşayət olunursa çox güman ki, bu beyində yaranan şişə işarədir.

Başgicəllənmə zamanı eşitmənin ani olaraq kəsilməsi isə orta və daxili qulaq arasındakı pərdənin yırtılmasından xəbər verir. Mərəzin əsas əlaməti öskürək və asqırma zamanı gicəllənmənin şiddətlənməsidir.

 

...başağrıları olursa

Başgicəllənmə zamanı yaranan qulaqlarda küy, işıqdan və səsdən qıcıqlanma isə miqrenin əlamətləri sayılır. Yox əgər başgicəllənmə ilə baş ağrıları eyni vaxtda başlanarsa bu zəhərlənmə və ya kəllə-beyin zədələnməsindən xəbər verir.

 

...hərəkətin koordinasiyasının pozularsa

Kəskin şəkildə yaranan başgicəllənməsi huşun itməsi, görmənin zəifləməsi, süstlük və hərəkətin koordinasiyasının pozulması ilə müşayət olunarsa bu beyinin qan dövranının kəskin şəkildə pozulduğuna (insult) işarədir. Əgər özünüzdə və ya yaxınlarınızda belə hal baş verərsə durmadan "Təcili yardım" çağırmaq lazımdır.

 

...psixoloji diskomfort yaranarsa

Nevroz və depressiya zamanı isə başgicəllənmə adətən beyinin dumanlanması, ürəkbulanma, yıxılmaq qorxusu ilə müşayət olunur. Həkimlərin psixoqen başgicəllənməsi adlandırdıqları bu halın ən pis cəhəti onun həftələr, bəzənsə aylarla davam edə bilməsidir.

Sadəcə başgicəllənmə

Bəzənsə başgicəllənmə heç bir amillə müşayət olunmur. Vestibulyar aparatın xəstəlikləri zamanı yaranan və özünü gəskin şəkildə göstərən bu başgicəllənmə zamanı pasientdə qəribə illüziyalar yaranır. Xəstəyə elə gəlir ki, o ətrafdakı predmetlərin içindədir. Daha sonra xəstəni soyuq tər basır və onda ürəkbulanma və gəyirmə başlanır.

Bu cür başgicəllənmə otit xəstəliyi fonunda meydana çıxarsa xstədə kəskin qulaq ağrıları da müşayət olunur.

 

Hərəkət zamanı kəskinləşən başgicəllənmə

Onurğa sütununun boyun hissəsində osteoxondroz olduqda isə baş gicəllənmələri hərəkət etdikcə (əsasən də başı hərəkət etdirdikdə) kəskinləşir.

Bəzənsə başgicəllənmə uzanmış vəziyyətdə bədənin vəziyyətinin dəyişməsi zamanı yaranır. Belə tutmalar bir neçə saniyədən tutmuş bir neçə dəqiqəyədək davam edir və heç nə olmayıbmış kimi ötüşür. Xəstəlik kalsi karbonat kristallarının yerdəyişməsi fonunda yaranan vestibulyar aparat reseptorlarının korlanması nəticəsində yaranır. Başgicəllənməni yaradan səbəb də məhz kristalların yerindən tərpənməsidir.

 

Dərman qəbulundan sonra yaranan başgicəllənmə

Bir çox dərmanların qəbulu nəticəsində də başgicələnmə yarana bilər. Bunlara misal olaraq allergiya (suprastin, dimedrol), soyuqdəymə (koldreks, teraflyu) əleyhinə olan dərmanları, həmçinin bəzi antibiotikləri, yuxugətiriciləri və trankvilizatorları göstərmək olar.

 

Nə etməli?

Əgər dayandığınız yerdə başgicəllənmə başlanarsa ilk növbədə özünüzü ələ alıb bir yerdə oturmağa və ya uzanmağa çalışın. Çünki müvazinətinizin itirilməsi nəticəsində yıxılaraq zədə ala bilərsiniz. Uzandıqda başınızın altına yastıq qoymayın ki, beyinə qanın çatması asanlaşsın. Heç bir kəskin hərəkət etmədən nəzərlərinizi otaqdakı predmetlərin birində cəmdəşdirin və ya gözlərinizi yumun.

Ən əsası isə başgicəllənmə uzun müddət davam edərsə və mütəmadi olaraq təkrarlanarsa durmadan həkimə müraciət edin.

Tibb.az

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 3581