Güclü cinsin zəif tərəfləri   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Sadizmə meyilli olan insan portreti   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Kola spermanın tərkibini korlayır   |   İnternet qocalmanı sürətləndirir   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   29 yaşında nənə oldu   |   Başı başqa bədənə köçürüləcək   |   Təzyiq altında yaşamayın   |   Xərçəng yox olmaq üzrədir…   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Enli budlar sağlam ürəyə işarədir   |   Qaradərili insanlar daha sakit olurlar   |   2 yaşında 41 kilo oldu   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Prostatit və onunla mübarizə   |   Qadınlar yatanda arıqlayır   |   Boşanma kişilərə də təsir edir   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Kişilər yoxa çıxacaq   |   Autizm dünyanın sonu deyil   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Xərçəngi insan yaradıb?   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Xoşbəxtlik qadınları zəif edir   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Həkimlərdən qeyri-adi cəza   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   
Sonsuzluq – miflər və faktlar

Statistikaya görə dünya əhalisinin 20%-ə yaxını bu və ya digər səbəblər üzündən sonsuzluqdan əziyyət çəkirlər. Ancaq təəssüf ki, hələ də hamı bu məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da uyurlar. Bu isə əssasız boşanmalara və qalmaqallara rəvac verir. Bəs sonsuzluqda mifləri və həqiqəti ayıran sərhəddi necə tapmaq olar?

 

1-ci mif. Sonsuzluq qadınlara xas xəstəlikdir.
Ta qədimdən formalaşmış bu fikir təəsüf ki, günümüzdə də aktualdır. Əslində isə kişilər sonsuzluq statistikasına görə heç də qadınlardan geri qalmırlar. Sonsuz cütlüklərin ayrılamsından sonra “sonsuz” qadınların dünyaya uşaq gətirmələrinə və “problemsiz” ərlərin təkrar nikahdan belə uşağının olmamasına minlərlə nümunə gətirmək olar.

 

2-ci mif. Sonsuzluq irsi xəstəlikdir.
Əslində isə qadının nəslində sonsuz və ya uzun muddət hamilə qala bilməyən qadınların olması xəstəliyin irsi xarakter daşımasına dəlalət etmir. Odur ki, hər bir sonsuz qadına fərdi qaydada yanaşılmalı və müalicə edilməlidir.

 

3-cü mif. Sonsuzluğa valideynlərin qan qruplarının uyğun gəlməməsin də səbəb olur
Rezus faktorların uygun gəlməməsi sonsuzluq yarada bilməz. Bu ən pis halda uşağın düşməsinə və ya sağlamlığına təsir edə bilər.

4-cü mif. Sonsuzluqdan heç vaxt uşagı olmayanlar əziyyət çəkir.
Bu əsla belə deyil. Tibbə bir neçə uşağın olmasından sonra yaranan sonsuzluq faktları məlumdur. Bunun səbəbləri isə çox müxtəlif ola bilər.

 

5-ci mif. Qadının heç nədən şikayəti yoxdursa və ginekoloq problemə rast gəlmirsə o sonsuz ola bilməz.
Əslində isə qadında elə gizli xəstəliklər ola bilər ki, həkim onu adi müayinə zamanı görməyə bilər. Bəzən belə gizli xəstəliklər təsadüf nəticəsində müalicə olunduqdan sonra qadınların gözlənilmədən hamilə qalma hallarına rast gəlinir.

 

6-ci mif. Aybaşı siklinin pozulması sonsuzluq yarada bilər.
Kliniki yoxlamalar sübut edib ki, aybaşı siklinin pozulması (onun tamam kəsilməsi istisna olmaqla) və ya ağrılı keçməsi döllənməyə heç cür təsir etmir. Bu pozuntular adətən endometriozda hər hansı bir problemi olmasına işarədir. Döllənmədə isə əsas faktor aybaşının 12-14-cü günlərində yetişmiş toxum hüceyrələrinin yumurtalıqdan çıxmasıdır.

 

7-ci mif. Kişinin dölləndirmə qabiliyyəti spermasının həcmindən və tərkibidən asılıdır.
Bu da yanlış fikirlərdən (aktiv spermatozoidlərin 0-a bərabər olamsı istisnadır) biridir. Çünki spermanın tərkibi və həcmi daim dəyişir. Buna kişinin səhhətindən tutmuş, sonuncu cinsi əlaqənin vaxtına və ya onun hər hansı bir dava-dərman qəbul etməsinə qədər müxtəlif amillər təsir göstərir.

 

8-ci mif. Qeyri-müntəzəm seks sonsuzluq yaradır.
Sonsuzluq seksual aktivliklə elə də sıx əlaqəli deyil. Döllənmə üçün sekslə müntəzəm məşğul olmaq elə də vacib deyil. Çünki qadın orqanizminə düşmüş sperma aktivliyini 48-saatdan 72-saata qədər saxlaya bilir. Döllənmə isə yalnız yumurtalıqlar yetişib partladıqdan sonra mümkün olur.

 

P.S. Unutmayın ki, sonsuzluq genetik, psixoloji, seksual və sairdən daha çox tibbi problemdir. Sonsuzluq haqda isə evliliyin ilk 2 ili ərzində hamiməlik yaranmadığı halda düşünmək lazımdır. Sonsuzluğun əsl səbəblərini ayırd etmək üçünsə cütlüyün hər ikisinin tam müayinə olunması zəruridir.

Tibb.az

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 3105