Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Ramazan ayında necə qidalanmalı?   |   Yuxusuzluq kökəldir   |   Portağal sümüyü bərkidir   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Güclü cinsin zəif tərəfləri   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Zəmanə qadınları...   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Dünyanın ən xeyirli mətbəxləri   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Siqaret karlıq yaradır   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Çox oturmağın zərərləri   |   Gəzinti ən yaxşı idmandır   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Şokolad qan təzyiqini azaldır   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Autizm dünyanın sonu deyil   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   29 yaşında nənə oldu   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Kök kişilər daha sədaqətlidir   |   Peşənə bax, ölümünü bil!   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Kola spermanın tərkibini korlayır   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Qadınlar, qəhvə için!   |   İnsan dərisindən ev   |   Xoşbəxtlik qadınları zəif edir   |   Arıqladan çimərlik paltarı   |   Savadlı ol ürəyin ağrımasın   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   
Uşaqlarımızı rənglərin dili ilə taniyaq

Hiperaktiv uşaqlar daha çox al-əlvan rəsm çəkmələri ilə seçilirlər

Bütün valideynlər öz uşaqlarını yaxından tanımaq, onunla nece ünsiyyət qurmaq və uşaqlarının hansı problemi yaşadığını başa düşmək istəyirlər. Uşaqlarımızı tanımağın yollarından biri də onların çəkdiyi rəsimlərlə onları tanımaqdır. Elə isə gəlin görək diqqət etməli olduğumuz məqamlar hansılardır.
4-5 yaşlarındakı uşaqlar ümumiyyətlə rəng seçimi etmədən rəsmi boyamağa başlarlar. Uşaqlar bu yaşlarda əsas və əlavə rəngləri öyrənirlər. Çəkilmiş pozitiv rəsimlərdə sarı rəng, neqativ rəsmlərdə isə qəhvərəngi daha üstünlük təşkil edir.
Unutmamalıyıq ki, uşaq hansı rəngi sevirsə çəkdiyi rəsmlərdə o rəngdən daha çox istifadə edir, yəni üstünlüyü sevdiyi rəngə verir. Rəsimlərdə üstünlük qırmızı rəngə verilibsə bu iddiacılığın və ani hücumu təmsil edər.
Rənglərdən sarı, çəhrayı və kök rəngi kimi isti rəngləri seçən uşaqlar sevimli, uyumlu olurlar.
Qara, mavi,qəhvərəngi, yaşıl kimi soyuq rəngləri seçən uşaqlar iddiacı, çəkingən, çətin idarə edilən, həqiqi duyğularını gizlədən uşaqları təmsil edir.

 

Məktəb qorxusu olan usaqlarin çəkdiyi rəsmlər:
Bu rəsmlərdə ailə üzvlərinin,ev və evdə xoşbəxt uşaq rəsmlərinin çəkilməsinə üstünlük verilir. Bu cür qorxuları olan uşaqlar məktəb, şagird şəkli çəkmək istəmirlər.

 

Güvənsizliyi göstərən rəsmlər:
Rəsm çəkilən kağızın hamısı istifadə olunmaz, rəsm çəkilən kağızda çoxlu boşluqlar buraxılar. Çəkdiyi şəkillər yarım olar. Çəkdiyi insan fiqurlarında lə və ayaqların çəkilməməsi güvənsizliyi və ətrafdakı insanlarla yaşanılan çətinliyi,əlaqə əksikliyini,bölüşmə azlıığını , özündən başqa insanlarla birlikdə olmamağı ifadə edər. Güvənsiz uşaqlar rəsmləri daha çox kəsik –kəsik çəkərlər.

 

Hiperaktiv uşaqlarin rəsmləri:
Bu uşaqlar daha çox al-əlvan rəsm çəkmələri ilə seçilirlər. Ümumiyyətlə onlar rəsm çəkərkən qaralamağa daha çox üstünlük verirlər və rəsmləri yarımçıq qalır. Əgər bir rəsmi tam çəkirlərsə də həmişə o rəsmlər çox böyük olur.

 

Ailədə əlaqə problemlərinin olduğunu ifadə edən rəsmlər:
Rəsmdə ailə üzvlərindən birinin və ya bir neçəsinin çəkilməməsi ailədə əlaqə qırıqlığının olduğunu göstərir. Buraya yaxın qohumların çəkilməməsi də aidddir. Ailə fərdləri çəkməməsi və ya valideyn fiqurlarının olmaması parçalanmış ailəni, sevgi azlığını, ana, ata və uşaqların arasına əşyaların yerləşdirilməsi, ailə üzvlərinin arasına körpü, göydələn evlər, yol, çay , ağacların çəkilməsi əlaqə problemlərinin bir göstəricisi olaraq qəbul edilir. Valideynlərin böyük və uşağın balaca və ya valideynlərdən birinin digərindən böyük çəkilməsi ailədə avtoritar vəziyyətin olduğunu, ailədə valideynlərdən birinin digəri üzərində hökmlü olduğunu ifadə edər. Valideynlərin daha çox abartılı çəkilməsi onlara duyulan heyranlığı ifadə edər. Çəkilən rəsmdə balaca qardaşın valideynlərin əlindən tutması və digər uşağın çox uzaqlarda çəkilməsi və ya heç çəkilməməməsi sevgi yoxsulluğunu, qardaş qısqanclığını, özünü yox saydığını və daxili konfliktlərin olduğunu göstərir.

 

Ev fiqurlarinin analizi:
Ev uşağın duyqusal yaşamını şərtləndirən mərkəzdir. Ev rəsmi çəkərkən yalnız divarların çəkilməsi və evin içinin göstərilməməsi özünü ifade etməkdə qarşılaşdığı çətinlikləri göstərir. Evlərdəki bacalardan ucalan qalın dumanlar ailə içində yaşanan davaları və konfliktləri göstərir. Ucalan binalar və gıydələnlər uşaqdakı özləm və komplekslərin,gərginliyin ifadəsidir. Evlərdən çıxan yollar yol göstərilməyə olan ehtiyacdır. Rəsmlərdə insan rəsmlərinin azlığı və ya yoxluğu sosyal əlaqələrdəki qırıqlığı göstərir. Çəkilən quş rəsmləri azadlığa olan ehtiyacdır. Rəsmlərdə çəkilən yaşıl yarpaqlı ağaclar canlılığı, solmuş yarpaqlı və ya yapaqların tökülməsi ölüm istəyini, ağac köklərinin olması bağlılığa olan ehtiyacı bildirir. Rəsmlərdə çox bulud və ya tünd rəngli buludların olması həll edilməyən problemləri ifadə edir.

Psixoloq Lalə Bağırova

Baxış sayı
Ay ərzində: 24
Bütünlüklə: 2767