Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Çili bibərləri ağrıkəsicidir   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Ana südü xərçəngə qarşı   |   Körpələr yatanda da öyrənir   |   Köklük insult riskini artırır   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Yemiş stressin dərmanıdır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Arıqladan çimərlik paltarı   |   Oturaq iş qadınları qocaldır   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Almanı qabıqlı yeyin   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Çox gülən qadınlar tez kökəlir   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Ana bətnində 4 gün donduruldu   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Dişləri düzgün fırçalama texnikası   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Kişilərin futbol sevgisi   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Xərçəng yox olmaq üzrədir…   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Saqqız çeynəməyin faydaları   |   Uzunömürlülüyün sirri   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   
Piylənmə və artıq çəki problemi

Xəstəliyin əsas səbəblərindən biri stress faktorudur

Piylənmə müasir dövrümüzdə bir çoxlarını narahat edən ciddi xəstəliyə çevrilib. Xəstəlik orqanizmdə artıq piy yığılması ilə xarakterizə olunan, tez-tez residivləşən çox faktorlu mərəzdir. Statistik göstəricilərə görə, son bir ildə piylənmənin tezliyi iki dəfə artıb. Reproduktiv yaş həddində olan qadınların 30-60 faizi artıq çəkidən, 25-27 faizi isə piylənmədən əziyyət çəkir. Piylənmənin əsas səbəblərindən biri də stress faktorudur. Məlum olduğu kimi qadınların və kişilərin stress faktoruna münasibətləri müxtəlifdir. Stressə qarşı emosiyogen qida intizamı və ya hiperfaqik reaksiya müşahidə olunur. Qadınlar narahatlıqdan və darıxmaqdan daha çox qida qəbul edirlər. Beləliklə, öz qəm-kədərlərini və bədbəxtliklərini yeməklə sakitləşdirirlər. Tədricən sutkalıq qida qəbulu rejimi pozulur və “gecə yemək” sindromu formalaşır. Səhər anoreksiya, yuxunun pozulması yaranır ki, bu da axşam və gecə bulimiyasına (doyma hissinin olmaması) gətirir. Bu sindiromdan qurtarmaq üçün xəstələr özlərini sistemsiz, ciddi ac qalma pəhrizlərinə salırlar. Amma aclıq hissini öldürmək üçün gecelər daha çox yemək qəbul etdiklərinə görə çəkinin artması müşahidə olunur. Sonra günah hissi, özünü qiymətləndirmənin aşağı düşməsi, pəhriz aqressiyası yaranır ki, bu da qida intizamınin pozulmasına gətirib çıxarır.
Beləliklə, artıq çəkidən və piylənmədən azad olmaq istəyənlər qida rasionlarına ciddi əməl etməlidirlər. Təklif olunan qida rasionu isə belədir:
Qida rasionunda yağlar sutkalıq rasionunun 25-35 faizini təşkil etməli; Doymuş yağlar 7 faizdən az, polidoymamış yağ turşuları 10 faizə qədər, mono doymamış yağlar 20 faizdən az olmalıdır. Xolesterin sutkada 200 mq-dan az olmalıdır. Yüksək yağlılıq dərəcəsi olan qida məhsullarına, o cümlədən gizli yağlılıq (kolbasalar, sosislər, kəsmik, yarımfabrikatlar) məhsullarına məhdudiyyət qoyulur.
Karbohidratlar sutkalıq kalorinin 55-60 faizini təşkil etməlidi. Həzm olunmayan (bitki lifləri ilə zəngin) və tədricən həzm olunan (nişasta) karbohidratlar – tərəvəz, meyvə, giləmeyvə, paxlavalar, kobud üyüdülmüş un məmulatları qəbul olunmalıdır. Tərəvəzlər qida rasionuna gün ərzində 3-4 dəfə , meyvələr 2-3 dəfə daxil edilməlidir.
Tez sorulan karbohidratlardan qlükoza, saxaroza, fruktoza, laktoza qəbuluna məhdudiyyət qoyulur. Şəkər, mürəbbə, bal, şokolad, şirniyyat məmulatlar, şirin içkilər, üzüm, banan, xurma, yemiş və s. olmaz.
Zülallar gündəlik qida rasionunun 15 faizini təşkil edir. Heyvani zülal: (yağsız ət, balıq və quş), 15 faizdən aşağı yağlılıqda olan süd məhsulları (yağsız pendir) və dəniz məhsulları, bitki mənşəli zülal, soya, paxla, noxud, göbələk və s. olmalıdır.
Bundan başqa, piylənmə və artıq şəki kimi problemlərin həllində xüsusi pəhriz rejimi və bir sıra dərman preparatları məsləhət görülür. Amma buna görə endokrinoloqa müraciət etməyiniz məsləhətdir.

Endokrinoloq Şıxəliyeva Mənsurə

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 3651