Ev işləri erkən doğum risqini artırır   |   Çiyələk gümrahlığı artırır   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Sevgi ürəyə xeyirdir   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Su filtrindən süzülən xəstəlik   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Diliniz dərdinizdən danışır...   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Çox oturmağın zərərləri   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Xərçəng yox olmaq üzrədir…   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Ana öpüşü güclü immunitet yaradır   |   29 yaşında nənə oldu   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Əlləriniz xarakterinizi göstərir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Şokolad qan təzyiqini azaldır   |   3D ürək bulandırır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Linza seçərkən diqqətli olun   |   Qaradərili insanlar daha sakit olurlar   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Xərçəngi insan yaradıb?   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Müasir xanımlar çox yaşayır   |   Oturaq iş qadınları qocaldır   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Soğan yemək beyini gücləndirir   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Pul saymaq ağrını azaldır   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   
Hər il Azərbaycanda 2200-dən çox anomaliyalı körpə doğulur

Sovet dövründə dünyaya anomaliyalı uşağın gəlişi böyük təəccübə səbəb olur və bu barədə məlumatlar gizli saxlanılardı. Əksər hallarda isə belə uşaqlar məhv edilirdi. Son illər ölkəmizdə anomaliya ilə dünyaya gələn körpələrin sayı durmadan artır. Məsələn, 2006-cı ildə həmin dövrdə "Semaşko" adlandırılan xəstəxanada vərəm daşıyıcısa olan ana siam əkizi dünyaya gətirib. 2 başı, 4 əli və 2 ayağı olan bu körpə bir müddətdən sonra dünyasını dəyişib. Buna oxşar hadisələrə digər tibb müəssisələrində də rast gəlinməkdədir. Belə ki, son vaxtlar ağzı, burnu, qulağı və ya daxili orqanlarından biri olmayan, təkgözlü, dovşandodaq, əl və ya ayağında 6 - 7 barmağı olan körpələrin doğulmasına dair məlumatlar yayılır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əgər 5 il öncə ölkəmizdə 10 min körpədən 7,8 faizi anadangəlmə anomaliya ilə doğulurdusa, indi bu göstərici 8,5 faizə çatıb. Ümumiyyətlə, hər il Azərbaycanda 2200-dən çox anomaliyalı körpə dünyaya gəlir.

Bunun səbəbini mütəxəssislər qidalanma, irsi amillər və ekoloji problemlərlə əlaqələndirirlər. Onların dediyinə görə, müxtəlif xəstəliklər, həkim məsləhəti olmadan bəzi preparatların qəbulu, alkoqolizm, narkomaniya da qüsurlu uşaqların dünyaya gəlməsinə səbəb olur.

 

Xarici təcrübədən yararlanmalıyıq

Bu məsələ ilə bağlı Alman - Azərbaycan Tibb Assosiasiyasının "Sağlam körpə" təşəbbüs qrupunun apardığı araşdırma zamanı isə məlum olub ki, respublikanın bir sıra rayonlarında həkimlərin bilik səviyyəsinin məhdud olması problemi daha da dərinləşdirir. "Sağlam körpə" təşəbbüs qrupunun mütəxəssisi İradə Salmanovanın dediyinə görə, xarici dövlətlərdə qadınlar üçün xüsusi xidmətlər fəaliyyət göstərir: "Amerikada bir neçə yüz səhifəlik kataloq hazırlanaraq qadınların ixtiyarına verilir. İtaliyada isə "qırmızı telefonlar" adlı xidmət sahəsi mövcuddur. Ora sutkanın istənilən saatında zəng vurmaqla məsləhət görülməyən preparatlar haqda məlumat almaq olur. Oxşar xidmətlər dünyanın digər dövlətlərində də var. Ancaq Azərbaycanda belə yardımın olmaması əksər qadınları hamiləlik dövründə müxtəlif preparatları qəbul etməyə məcbur edir. Qeyd edim ki, ümumiyyətlə qadın həmin dövrdə bütün dərmanlardan imtina etməlidir. Ancaq bizdə buna məhəl qoyulmur və baş ağrısı, diş ağrısı və sair həblər qəbul edilir. Onlar elə düşünür ki, bunun heç bir nəticəsi ola bilməz. Sonda isə uşaqlar çəpgöz, ağlağan, əsəbi və sair çatışmazlıqlarla doğulur. Daha ağır dərmanların fəsadı da ağır olur".

 

Qadınlara səhv müalicə təyin edilir

Mütəxəssis son illər "anensefaliya" - beyinin olmaması ilə doğulan uşaqlara da çox rast gəlindiyini dedi: "Bu dəhşətli faktın baş verməsinə səbəb qadının səhv müalicə almasıdır. Bundan başqa, son vaxtlar yayılmış təhlükəli viruslara qarşı da ginekoloqların səhvən təyin etdikləri bir çox dərman da dölün qüsurlu formalaşmasına səbəb olur. Rast gəlinən kədərli hallardan 1-i də odur ki əksər həkimlər heç bir səbəb olmadan qadınlara nəzarətsiz qaydada uzunmüddətli vitamin terapiyası təyin edirlər. C, A, E vitaminləri çoxsaylı mənfi halların baş verməsinə səbəb olur. Qeyd edim ki, dərmanlar dölə hamiləliyin bütün dövrlərində mənfi təsir edə bilər. Xüsusən də ilk üç ay dərman preparatlarının qəbulu arzuolunmazdır. Çünki bu dövrdə uşağın orqan və sistemlərinin formalaşması baş verir. Onu da deyim ki, dölün anadangəlmə inkişaf qüsurları problemi son dərəcə çoxşaxəlidir. Bu qüsurlar iki yerə bölünür - irsən ötürülmə və bətndaxili inkişafın gedişində qazanılanlar. Təcrübəli həkim hər hansı anomaliyalı uşağa baxarkən qadının hamiləlik vaxtı hansı dərmanı qəbul etdiyini müəyyənləşdirə bilir. Məsələn, hormonlar, ürək qüsuru, estrogenlər, sintetik progestinlər uşaqlarda psixikanın pozulması ilə nəticələnə bilər. Şəkəri azaldan sulfanilamin də döldə ciddi çatışmazlıqlara səbəb olur. Ümumiyyətlə, diabetdən əziyyət çəkən qadınlar heç bir şeyə məhəl qoymadan həb qəbul edirlər. Bu zaman onların dünyaya gətirdiyi uşaqlar da xəstə olur. Bədxassəli şişlərin müalicəsi üçün qəbul edilən preparatlar isə xüsusən təhlükəlidir. Hamiləlik dövründə qıcolmaya qarşı bir çox preparatları da qəbul etmək olmaz. Anadangəlmə qüsurlara səbəb olması dəqiq sübut edilən dərmanlar sırasında hormonlarla yanaşı, kontraseptivlər, bəzi antibiotiklər (streptomisin, tetrasiklin), habelə hipotenziv preparatların adını çəkmək olar. Həmin dövrdə bəzi otlardan da imtina etmək zəruridir. Bura xəndəkotu, senna, maqnoliya, dəvədabanı da daxildir. Yəni həmin otların davamlı qəbulu yolverilməzdir".

 

Analar məlumatlandırılmalıdır

Mütəxəssis onu da dedi ki, həkim yanlışlığının bir çoxu informasiya-təhsil və elmi-tibbi ədəbiyyatın yoxluğu üzündən baş verir: "Apardığımız tədqiqatlar zamanı Bakı, Sumqayıt, Şəki və Xaçmazda fəaliyyət göstərən həkimlərin praktikada istifadə etdikləri dərman vasitələrinin təhlükəli embriotoksik təsiri haqqında çox cüzi informasiyaya malik olduqları üzə çıxdı. Rayonlarda isə vəziyyət daha acınacaqlıdır. Belə ki, buranın həkimləri ana və uşağa teratogen təsir göstərməsi səbəbindən anaya qadağan olunmuş dərmanları təyin edirlər. Çox vaxt müasir antibakterial preparatları bölgələrdə hamı tanımır və onlardan istifadə olunur. Problemin aradan qaldırılması üçün qadınlar arasında maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Ümid edirik ki, gələcək analar praktik biliklər toplayıb gələcək körpələrin sağlam doğulması üçün çalışacaqlar".  

Mirvari

Baxış sayı
Ay ərzində: 12
Bütünlüklə: 1479