
Son illər
ölkədə psixi xəstəliklərə mübtəla olanların sayı kəskin artıb. Dövlət
Statistika Komitəsindən verilən məlumata görə, 2000-ci ildən indiyə kimi hər il
ərzində 5 mindən çox adama ilk dəfə psixi xəstə diaqnozu qoyulub: "Hazırda
Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda duran psixi
xəstələrin sayı 130 minə yaxındır. Rəsmi statistikaya görə, ölkədə hər 100 min
nəfərdən 1432-si psixi xəstədir. Əgər 2000-ci ildə respublikadakı
müalicə-profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı
97.279 nəfər idisə, 2008-ci ildə bu rəqəm 122.589-dək artıb. Beləliklə, son 8
il ərzində ölkədə psixi xəstəliklərə mübtəla olanların sayı 25.310 nəfər
çoxalıb. Mütəxəssislər bu rəqəmin artacağını istisna etmirlər".
Tibb.az
Baxış sayı
Ay ərzində: 13
Bütünlüklə: 1032