Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Müasir xanımlar çox yaşayır   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Əlləriniz xarakterinizi göstərir   |   Çili bibərləri ağrıkəsicidir   |   Zəmanə qadınları...   |   Almanı qabıqlı yeyin   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Çox oturmağın zərərləri   |   Savadlı ol ürəyin ağrımasın   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Oturaq iş qadınları qocaldır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Dişləri düzgün fırçalama texnikası   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Linza seçərkən diqqətli olun   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Kişilərin futbol sevgisi   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Piylənmə və artıq çəki problemi   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Qadınlar yatanda arıqlayır   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Təzyiq altında yaşamayın   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Uşaqları öpməyin!   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   
Qatil "valideyn"lər - hər il yüzlərcə ana könüllü şəkildə cinayətə əl atır

Şərq xalqları mentalitetdən çıxış edərək oğlan və qızlar arasında həmişə ayrı-seçkilik ediblər. Hətta İslam dininin yaranmasına qədər oğlan uşaqlarına daha böyük önəm verən ərəblər yeni doğulan qız uşaqlarını diri-diri torpağa basdırdıqlarına dair məlumatlar da var.  Cəhalətin, dinsizliyin, bütpərəstliyin hökm sürdüyü bir dövrdə qadınlara hüquqsuz bir varlıq kimi baxılır, onların dünyaya gətirdikləri qız uşaqlarını isə lazımsız əşya kimi atırdılar. Lakin islam dininin gəlişindən sonra müsəlman dünyasında qıza, qadına böyük önəm verilməyə, onlara hörmətlə yanaşılmağa başlandı.
Məhəmməd peyğəmbər (c) kəlamlarında buyurub: "Övladlarınız arasında ayrı-seçkiliyə yol verməyin. Əgər belə bir seçim olsaydı, mən qızlara üstünlük verərdim". Lakin bu gün əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanda nədənsə dində buyrulmuş bu qaydalar unudulur. Əgər VI - VII əsrlərdə bədəvi ərəblər doğulan qız uşaqlarını diri-diri torpağa gömürdülərsə, bu gün Azərbaycanda qız uşaqlarına hələ dünyaya gəlməmiş "ölüm fərmanı" verilir.

 

Qız uşaqlarına qarşı "soyqırım" əməliyyatı
Hazırda yüzlərlə qadın ilahi qanunların əksinə gedərək özünə əvvəlcədən oğlan, yaxud qız "sifariş" vermək üçün UZİ müayinəsindən istifadə edir. Qız uşağı arzulamayan valideynlər ana bətnindəki körpənin cinsini hamiləliyin ilkin mərhələsində müəyyənləşdirdikdən sonra onu məhv edirlər. Qız uşaqlarına qarşı "soyqırım" əməliyyatının nəticəsində isə yaxın 20 ildə oğlanlarla qızlar arasındakı balansın tamamilə pozularaq genefondumuza ciddi zərər dəyəcəyi artıq narahatlıqlara səbəb olub. Məsələnin Milli Məclis və bundan da yuxarı səviyyədə müzakirəsinə ehtiyac yarandığı deyilir. Bu barədə məlumat verən parlamentin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bunun sox ciddi problem olduğunu bildirdi: "Problemin qarşısını almaq üçün dölün cinsi haqda məlumatların valideynlərə verilməsinə qadağa qoyulması məsələsi gündəmdədir. Hesab edirəm ki, belə bir qadağaya ehtiyac var. Çünki ölkənin gender balansında ciddi dəyişikliklər müşahidə olunur. Doğulan uşaqların çox az hissəsi qızdır. Bu gün abortların böyük bir hissəsi isə dölün cinsi haqqında məlumat verildikdən sonra aparılır.
Gender balansının bu şəkildə pozulması isə demoqrafik problemlərə yol aça bilər. Ona görə də "Əhalinin sağlamlığı haqqında" qanun layihəsinə dəyişiklik etmək, dölün cinsi barədə məlumatların yayılmasına qadağa qoymaq lazımdır. Bu çox ciddi məsələdir və Milli Məclis səviyyəsində deyil, ölkə başçısı ilə də məsləhətləşmək lazımdır".

 

Həkimlərə qadağa qoyula bilər
Qeyd edək ki, "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsi hamiləliyin ilk 3 ayında həkimlərə belə qadağanı nəzərdə tutur. Hesab olunur ki, bununla gələcəkdə baş verə biləcək gender bərabərsizliyinin qarşısı alına bilər. Ancaq bir çox ekspertlər belə qadağaların elə də ciddi fayda gətirməyəcəyini proqnozlaşdırır. Onların qənaətincə, artıq bu sahədə püxtələşən həkimlər "UZİ" müayinəsini də, abortu da ev şəraitində həyata keçirməyə başlayacaqlar ki, bu da onlar üçün əlavə gəlir, rüşvət mənbəyi olacaq. Bu ehtimalı ginekoloq Arzu Məmmədova da təsdiqlədi: "Bu gün həkimlərin yaxşı imkanları var ki, bu prosesi qeyri-iş sahələrində də həyata keçirsinlər. Hesab edirəm ki, problemin qarşısını almaq üçün maarifləndirmənin aparılması daha çox səmərə verə bilər. Əgər vəziyyət bu cür davam edərsə, 20 - 30 ildən sonra hər bir qıza təxminən 4 - 5 oğlan düşəcək. Bunun nəticəsində də gələcəkdə Azərbaycanda oğlanlar evlənmək üçün qız tapmayacaq. Süni müdaxilələr gələcəkdə dünyaya qüsurlu uşaqların gəlməsinə də şərait yaradır ki, bu da əlilliyin sayının artması deməkdir. Eyni zamanda vaxtından əvvəl doğum hallarının da sayı çoxalır. Ötən il ölkədə vaxtından əvvəl 5,8 min uşaq dünyaya gəlib".
Mütəxəssis bəzi ailələrdə qız uşağının doğulması səbəbindən ana üçün bir sıra problem yarandığını da dedi: "Hətta bir neçə dəfə dünyaya qız övladı gətirən qadına tənələr olunur, bəzən isə boşanma halları da baş verir. Bu cür qadınlara hörmətin oğlan övladına sahib olanlara nisbətən daha az olması da faktdır. Vəziyyət o həddə çatıb ki, oğlan uşağının doğulması üçün bəzən süni mayalanmaya müraciət edilir. Bu gün elə imkanlı ailələr var ki, bu bahalı proseduru həyata keçirməklə istəklərinə nail olurlar. Sözsüz ki, vəziyyətin belə hal almasının səbəblərindən biri də elmi inkişafdır. Problemi aradan qaldırmaq üçün ailələrə başa salınmalıdır ki, qız və ya oğlan uşağını seçmək düzgün deyil. Kiçik varlığa qarşı yönələn cinayətə əl atanlar onu da bilməlidirlər ki, abort uşağı məhv etməklə yanaşı, həm də qadında bir sıra xəstəliyin yaranmasına səbəb ola bilər. Süd vəzisi xəstəliklərinin, xərçəngin artmasının səbəblərindən biri də məhz bu amildir".
Həkim bəzi qadınların "UZİ" müayinəsinə məcburi sürükləndiyini də bildirdi: "Bu taleyi yaşayanlar arasında Yeganə Məmmədova da (ad şərtidir) var. Bu qadının 2 qız övladı olduğu üçün o məcbur edilir ki, 3-cü uşaq mütləq şəkildə oğlan olmalıdır. Buna görə sözügedən qadın mütəmadi şəkildə "UZİ" müayinəsindən keçməli olur. Ancaq müayinənin nəticəsində təkrar qız övladının dünyaya gələcəyi müəyyənləşdirildikdən sonra uşaq abort edilir. Lakin ailə üzvləri iddialarından çəkilmirlər. Qadına hətta mütəxəssislər də bunun təhlükəli olduğunu desələr də, nəticə olduğu kimi qalır".

 

Hələ ki harmoniya var
Mama-Ginekologiya İnstitutunun "UZİ" kabinetinin həkimi, ginekoloq Leyla Əsədova da son illər dölün cinsinin müayinəsi ilə bağlı mini-abortların sayının çoxaldığını dedi: "Sonsuzluq hallarının artmasına baxmayaraq ailələr yenə də doğulacaq körpənin oğlan, yaxud qız olacağı arasında seçim etməkdən çəkinmirlər. İndi əksər ailə dünyaya planlaşdırma ilə uşaq gətirir. Hamilə qadınların dispanserizasiya olunması üçün "UZİ"yə müraciəti çox vacibdir. Lakin dölün ana bətnində cinsini müəyyənləşdirmək məqsədi ilə mütəmadi müraciət etmək həm sağlamlıq, həm də maddi-mənəvi baxımından məqsədəuyğun deyil".
Fəlsəfə elmləri doktoru, professor Adil Ağayev isə hesab edir ki, indidən qız uşaqlarına qarşı bu cür münasibət gələcəkdə genefondumuza ciddi təhlükə törədə bilər. Qadınlarla kişilər arasında balans pozularsa, bu, istənilən ölkədə disbalans yaradar. Harmonik dövlət o zaman olur ki, orada kişilərlə qadınların tarazlığı olsun. Bu mənada Azərbaycan digər dövlətlərdən həmişə fərqlənib. Burada heç vaxt 1 qadının 4 əri, yaxud da əksinə, 1 kişinin 4 - 5 arvadı olmayıb. Bunun üçün də yuxarıda qeyd etdiyimiz tendensiyanı ailələrin şəxsi işi hesab etməməli, hər birimiz təbliğat yolu ilə ailələri qız uşaqlarına qarşı olan mənfi münasibətdən çəkindirməliyik.

 

Qızı olan bəzi kişilər utanır...
Yaranmış vəziyyəti mentalitetimizlə bağlayanlar da var. Çünki Azərbaycanda oğlan nəslin davamçısı, "düşmən çəpəri" kimi qəbul edilir. Bəzi ailələr isə bunu oğlanı böyütməyin qızdan asan olması ilə izah edirlər. Hazırda ailələrin çoxu 2 övlad istəyir. Onların 1-nin, bəzi hallarda isə 2-nin də oğlan uşağı olmasına üstünlük verilir. Bu isə ailə planlaşdırılmasına süni müdaxilədir. Son illər hər 3 uşaqdan yalnız 1-i qız olur.
Bəzən kişilər qız övladları dünyaya gəldikdə utanc hissləri keçirir, bu haqda dost-tanışa deməməyə çalışırlar. Ətrafdakılar isə ataya ürək-dirək vermək üçün "canın sağ olsun" deməyi özlərinə borc bilirlər. Oğlan doğulduqda isə bu hadisə ilə bağlı məclislər qurulur.
1 saylı qadın məsləhətxanasının "UZİ" kabinetindən də təsdiqlədilər ki, bu gün hamilə qadınların 80 faizi "UZİ" müayinəsinə uşağın cinsini yoxlatmaq üçün gəlir: "Əksəriyyət bunu dölün oğlan uşağı olub-olmadığını müəyyənləşdirmək üçün edir".

Mirvari

Baxış sayı
Ay ərzində: 15
Bütünlüklə: 1564