Əkizlər ana bətnində dostlaşırlar   |   Kişilər yoxa çıxacaq   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Kola spermanın tərkibini korlayır   |   Başı başqa bədənə köçürüləcək   |   Ana bətnində 4 gün donduruldu   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   3D ürək bulandırır   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Qadınların sevimli yaş dövrü   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Təzyiq altında yaşamayın   |   Linza seçərkən diqqətli olun   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Depressiya görməni zəiflədir   |   Zəmanə qadınları...   |   Əlləriniz xarakterinizi göstərir   |   Çox gülən qadınlar tez kökəlir   |   B6 vitamini xərçəng risqini azaldır   |   Şokolad qan təzyiqini azaldır   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Nikah gecəsinin sirləri   |   Peşənə bax, ölümünü bil!   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   2 yaşında 41 kilo oldu   |   Qaradərili insanlar daha sakit olurlar   |   Həkimlərdən qeyri-adi cəza   |   Ramazan ayında necə qidalanmalı?   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   
İl ərzində ölkədə 2000-dən çox hepatit daşıyıcısı aşkarlanıb

Səhiyyə işçiləri arasında virusa yoluxanların olduğu iddia edilir

Statistik məlumatlara görə, ötən il respublikada 1662 nəfərdə "Hepatit A", 409 nəfərdə "Hepatit B", 293 nəfərdə isə "Hepatit C" virusunun daşıyıcıları aşkarlanıb. Dünya əhalisinin isə 170 milyondan çoxu hələlik tibb elminə müalicəsi bəlli olmayan bu təhlükəli xəstəliyin daşıyıcısıdır. Mütəxəssislərin proqnozlarına görə isə 2015-ci ildə "Hepatit C" virusuna yoluxanların sayı 2 dəfə çoxalacaq. İndi çoxları virusa yoluxmaqdan çəkindikləri üçün daha çox təhlükə mənbəyi hesab edilən gözəllik salonlarına, stomatoloji kabinetlərə, qadın məsləhətxanalarına getməkdən çəkinir. Cərrahiyyə əməliyyatları zamanı da hepatitə yoluxmaq ehtimalı var. Sözügedən obyektlərdə avadanlıqların sterilizə olunmaması, gigiyenik qaydalara riayət edilməməsi insanları bu qənaətə gətirir. Məsələ ilə bağlı yayılan ən dəhşətli xəbərlər isə hepatitə yoluxanlar arasında səhiyyə işçilərinin olmasıdır. Lakin belə xəbərlər rəsmi şəkildə təkzib edilir.

 

Bir ailə təhlükə ilə üzləşib
Özünü təqdim etmək istəməyən səhiyyə işçisinin verdiyi məlumatlar isə xeyli ilgincdir: "Bu hadisələrdən biri SPİD mərkəzində baş verib. Belə ki, sözügedən mərkəzin tibb bacısı əqli cəhətdən problemi olan xəstələrdən birinə iynə vurub. Xəstənin çapalaması səbəbindən ona vurulan iynə tibb bacısının dərisini cızıb. Nəticədə səhiyyə işçisi də virusa yoluxub. Ümumiyyətlə, son vaxtlar hepatitlə bağlı qan analizi verənlərin sayında kəskin artım var. Müayinə üçün qan verən digər bir tibb bacısının virusa yoluxmasına səbəb isə əlcəyindəki dəlik olub. Hepatitli xəstəyə iynə vurarkən əlindəki açıq yaradan virus ona keçib. Bu cür misalları çox çəkmək olar. Tibb işçiləri xəstələrlə daim təmasda olduğundan onlar üçün risk daha böyükdür. Bu günlərdə isə müayinəyə bütünlüklə bir ailə gəlmişdi. Səbəb: vanna otaqlarından hepatitə yoluxmuş qohumları istifadə edib. Lakin ev sahibləri onun xəstə olduğunu sonradan biliblər. Ailəyə məxsus avadanlıqlardan xəstənin istifadə etməsi onlarda şübhə yaradıb.
Ancaq xoşbəxtlikdən, müayinələrin nəticəsi mənfi oldu. Onu da deyim ki, hər hansı bir müayinə zamanı qaraciyərdə problem aşkarlanarsa, xəstə hepatitlə bağlı müayinəyə göndərilir. Eyni zamanda bütün hamilə qadınların da müayinəsi üçün həkimlər təyinat verir".
Həmsöhbətimizin dediyinə görə, heç də səhiyyə ocaqlarının hamısında hepatit virusunun müayinəsi düzgün aparılmır və bir çox halda pasiyentlərə yanlış məlumat verilir: "Hepatit virusu hazırda 3 üsulla - "kartes", "ifa" və "RSR" üsulu ilə yoxlanılır. Bunlardan ən dəqiqi "RSR"dir. Belə ki, digər üsullarla yoxlama zamanı nəticə müsbət olduqda "RSR"də təkrar müayinə zamanı mənfi ola bilir. Çünki digər üsullar bəzən sarılıq və bu kimi xəstəliklərə yoluxmanı da hepatit kimi göstərir. Problem isə ondadır ki, avadanlıqlar baha olduğundan "RSR" üsulu ilə müayinələr yalnız bir neçə laboratoriyada həyata keçirilir". Qiymətə gəldikdə isə öyrəndik ki, "kartes"lə müayinə 6 manat, "ifa" ilə müayinə 12 - 14 manat, "RSR"lə müayinə isə 100 manatdır.

 

1 kurs müalicə 25 mindir?
"Hepatit C"yə yoluxmuş Nailə adlı 39 yaşlı qadın isə virus daşıyıcısı olduğunu təsadüfən bildiyini deyir: "Virusa harada və hansı şəraitdə yoluxduğumu dəqiq bilmirəm. Tamamilə başqa bir xəstəliklə bağlı verdiyim analizin müayinələri zamanı həkimlər mənə hepatit daşıyıcısı olduğumu bildirdilər. Təcili müalicə tələb olunurdu. Ancaq müraciət etdiyim səhiyyə ocaqlarından aldığım cavablar məni daha mütəəssir etdi. Çünki müalicə külli miqdarda vəsait tələb edirdi. Yaxınlarımın köməyi ilə 1 dəfə müalicə kursu üçün 25 min manat xərcləmişəm. Ancaq bu, sağalmaq demək deyil. Hər dəfə müalicə almaq üçün bu qədər pul tələb olunur. Əks halda qaraciyərimdə ciddi problemlərin yaranacağı bildirilir".

 

Virus əleyhinə vaksin yoxdur
Həkim-mütəxəssis Afət Qurbanova da müalicənin bahalı olduğunu təsdiqlədi: "Səhiyyə Nazirliyi hepatit xəstələrinin müalicəsi üçün preparatları pulsuz verir. Ancaq bu müalicə baha olduğundan problem tam əhatə olunmur".
A.Qurbanova virusdan heç kimin sığortalanmadığını da dedi: "Gözəllik salonlarından, stomatoloji və ya ginekoloji kabinetlərdən istifadə edən hər bir insan çox asanlıqla hepatit daşıyıcısına çevrilə bilər. Bundan qorunmanın yolu isə yalnız gigiyenik qayda-qanuna riayət edən obyektlərə getməkdir. Məsələn: gün ərzində yüzlərcə qadının müraciət etdiyi gözəllik salonlarının əksəriyyətində heç bir dezinfeksiya işləri aparılmır. Salonların çoxundakı daraqlar, qayçılar, manikür-pedikür, qulaqların deşilməsi zamanı istifadə olunan alətlər elə ilk görünüşdən iyrənc təsir bağışlayır. Onların sterilizə edilməsi inandırıcı görünmür. Əslində isə bu cür obyektlərdə alətləri dezinfeksiya etmək üçün xüsusi avadanlıqlar olmalıdır. Bəzi səhiyyə ocaqlarının isə cərrahiyyə avadanlıqları sterilizə edilmir, tibb alətləri qaynadılmır".
Mütəxəssis virus əleyhinə vaksinin olmadığını da dedi: "Hepatit qrupu viruslarının ən təhlükəlisi "C" sayılır.
Bundan başqa, "Hepatit A" və "B" virusları var. "Hepatit C" qaraciyərə zərər vurur və ən çox qan yolu ilə ötürülür. Virus əsasən qanda olur. Əgər xəstəyə vurulan şprisdən sağlam adama iynə vurularsa, o da virusa yoluxa bilər. Əksər halda "Hepatit C" hiss olunmadan inkişaf edir. Bəzən isə özünü sarılıq, yorğunluq, qarın ağrıları, iştahanın itməsi və ürəkbulanması ilə büruzə verir. Xəstəlik gizli formada orqanizmə düşdükdə qaraciyər sirrozu və ya xərçəngə çevrilir. Virus otaq temperaturunda 3 - 4 gün aktiv ola bilir. "Hepatit C"nin müalicəsi ən azı 6, yaxud 12 ay fasiləsiz davam etdirilməlidir. Ancaq bu o demək deyil ki bununla da virus tamamilə müalicə olundu.
Virusun uşaqlara yoluxma ehtimalı da böyükdür. Diş fırçası, qayçı kimi alətlər vasitəsilə virus azyaşlılara ötürülə bilər. Ona görə də bütün təhlükəli ərazilərdə sterilizə üsulundan istifadə olunmalıdır. Yalnız 100 dərəcə temperaturda qaynadıqda virus tamamilə məhv olur. Xəstəlikdən sağalmaq ehtimalı isə 10 faizdir".

 

Səhiyyə işçiləri iş başında yoluxmur
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin əməkdaşı Səfayyə Əhmədova öncə SPİD mərkəzində tibb bacısının hepatitə yoluxması ilə bağlı məlumatın yanlış olduğunu bildirdi: "Qeyd edim ki, hepatit digər insanlara yoluxduğu kimi, tibb işçilərinə də yoluxa bilər. Ancaq bu o demək deyil ki, virus iş başında ötürülüb".

S.Əhmədova mütəmadi olaraq reydlər keçirildiyini və bu istiqamətdə tədbirlər görüldüyünü də dedi: "Sterilizə üçün xüsusi avadanlıqlar var. Hər bir müəssisədə olması çox vacibdir. Qaydalara riayət etmədikdə ciddi tədbirlər görülür".
Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, stomatoloji kabinetlərdə aparılan reydlər zamanı sanitar-gigiyenik normaları pozan kabinetlərlə bağlı tədbirlər görülüb: "Hesab edilir ki, "Hepatit C" virusunun yayılmasında belə kabinetlərin rolu var. Bu səbəbdən də həmin kabinetlərin qarşısında xüsusi tələb qoyulub ki, sterilizasiya sistemləri gigiyenik normalara uyğunlaşdırılmazsa, onların fəaliyyəti üçün lisenziya verilməyəcək. Lisenziyası olanlar isə bağlanacaq. Bu cür monitorinqlər gözəllik salonlarında, qadın məsləhətxanalarında da aparılır və tədbirlər davam edir".

Mirvari

Baxış sayı
Ay ərzində: 12
Bütünlüklə: 1377