Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Xərçəng yox olmaq üzrədir…   |   Oturaq iş qadınları qocaldır   |   Linza seçərkən diqqətli olun   |   Körpələr yatanda da öyrənir   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Tənhalıq xərçəngə səbəb olur   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Prostatit və onunla mübarizə   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Ana öpüşü güclü immunitet yaradır   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Təzyiq altında yaşamayın   |   Kök kişilər daha sədaqətlidir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Uzunömürlülüyün sirri   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Dişləri düzgün fırçalama texnikası   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Sevgi qurban tələb edir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Almanı qabıqlı yeyin   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Yemiş stressin dərmanıdır   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   İnternet qocalmanı sürətləndirir   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Kişilər yoxa çıxacaq   |   Yuxusuzluq kökəldir   |   Zəmanə qadınları...   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Sadizmə meyilli olan insan portreti   |   Çox gülən qadınlar tez kökəlir   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   İnsan dərisindən ev   |   Partenofiliya - bakirə qızlara meyl   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   
Diabetli xəstələrin sayı ilbəil artır

Xəstəliyə qarşı ayrılan pulların mənimsənildiyi, dərmanların isə xəstələrə pulla satıldığı söylənilir

Azərbaycanda şəkərli diabet xəstəliyinə (ŞDX) düçar olanların sayı ilbəil artır. Statistikaya görə, onlar 2005-ci ildə 62.384, 2006-cı ildə 67.968, 2007-ci ildə 75.268, 2008-ci ildə isə 100 min nəfərə qədər artıblar. 
Səhiyyə Nazirliyi (SN) bəyan edib ki, rəqəmlərin artması şəkər xəstələrinin rəsmi qeydiyyata alınması ilə əlaqədardır. Dövlət tərəfindən pulsuz qlükometr və dərman preparatlarının verilməsi nəticəsində xəstələrin dəqiq sayını öyrənmək mümkünləşib. Qeyd edək ki, ŞDX-dən ölənlərin sayı isə 2005-ci ildə 535, 2006-cı ildə 560, 2007-ci ildə 657 nəfər olub. Dəfələrlə cəhd göstərməyimizə baxmayaraq SN-in mətbuat xidmətindən, statistika şöbəsindən, maliyyə idarəsindən və Dərman Vasitələrinin Analitik Ekspertiza Laboratoriyasından 2008, 2009 və 2010-cu illər üzrə bəzi statistik göstəriciləri əldə edə bilmədik. Deyilənlərə görə, qeydiyyatda olmayan xəstələrin sayı bilinmədiyindən ŞDX-yə yoluxanların sayı rəsmi rəqəmlərdən dəfələrlə çoxdur. Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyev KİV-ə açıqlamasında bildirib ki, ən son avadanlıqlarla təchiz olunan xəstəxanalarda hər növ müayinə və müalicə prosedurları həyata keçirilir: "Dəqiq diaqnozlar qoyulduğundan ayrı-ayrı xəstəliklər üzrə qeydə alınanların sayında artım var. Həmin xəstəliklər üzrə ölüm halları xeyli azalıb; məsələn: "Şəkərli diabet üzrə dövlət proqramı" çərçivəsində aparılan tədbirlər nəticəsində qeydiyyata götürülənlərin sayı 2 dəfədən çox artsa da, ölüm göstəricisi 2 dəfədən çox azalmaqla hər 100 min əhaliyə 21,7-dən 9,2-yə enib".

 

Ayrılan vəsaitlərə nəzarət gücləndirilməlidir
Qeyd edək ki, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" 23 dekabr 2003-cü il tarixli qanun, "Şəkərli diabet üzrə dövlət proqramının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 7 iyun 2005-ci il tarixli 101 saylı qərarı və digər qərar və sərəncamlar mövcuddur. Ölkədəki şəkər xəstələrinin problemlərinin həlli üçün qəbul edilmiş dövlət proqramının maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Bu məqsədlə təkcə 2008-ci ilin büdcəsindən 13,8 milyon manat vəsait ayrılıb. Qanda şəkəri təyin etmək üçün SN 6 mindən çox qlükometr aldığını və 2008-ci ilin sonunadək bütün xəstələrin bu aparatla təmin edildiyini bildirib. Ötən ilin əvvəlində isə şəkərli diabet xəstələrinin müalicəsi üçün ayrılması nəzərdə tutulmuş 19,2 milyon manatın azlığı barədə fikirlər söylənilmişdi. Bildirilmişdi ki, Rusiyada 2,1 milyon şəkər xəstəsi üçün dövlət hər il yalnız insulin alınmasına 100 milyon dollar xərcləyir. Ölkəmizdə büdcədən ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın olmaması barədə də məlumatlar yayılır; məsələn: hələ 2007-ci ildə şəkərli diabet xəstələrinin problemlərinin həlli üçün büdcədən 12 milyon manat vəsaitin ayrıldığı və onun 2,7 milyon manatının xəstələr üçün özünənəzarət vasitələrinin alınması üçün nəzərdə tutulduğu söylənilsə də, onların xəstələrə paylanılmadığını iddia edənlər oldu. Bütün bunlara görə də mütəxəssislər hesab edirlər ki, şəkərli xəstələrin müalicəsi üçün ayrılan vəsaitin məbləği ilbəil artırılsa da, bu, kifayət etmədiyindən yenə də əlavə vəsaitin ayrılmasına ehtiyac yaranır. Diabet cəmiyyətlərinin mütəxəssislərinin qənaətincə, dövlət proqramına uyğun olaraq xəstələrin artımı ilə əlaqədar hər il şəkərli diabetə ayrılan vəsaitin üzərinə əvvəlki ildə ayrılan vəsaitin 15 faizi əlavə edilməli və onun bölüşdürülməsinə nəzarət gücləndirilməlidir. Amma ayrılan vəsait heç də dövlət proqramı ilə nəzərdə tutulan sistemli tədbirlərin reallaşmasını təmin etmir. Vəsaitin şəffaf bölüşdürülməsinə ictimai nəzarəti təşkil etmək məqsədi ilə diabet cəmiyyətləri SN-in müvafiq qurumları ilə birgə monitorinqlərdə iştirak etməlidir. Mütəxəssislərin fikrincə, diabet xəstəliyinin müalicəsi üzrə tibb müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və bu xəstələrin sanatoriya-kurort müalicəsinin təşkili də vacibdir. Şəkər xəstələri vaxtaşırı göz, böyrək və digər həkimlər tərəfindən pulsuz müayinə olunmalıdır ki, xəstələrdə yaranan damar ağırlaşmaları uzun müddətə əngəllənsin.

 

Azərbaycanda pirat insulinlər satılır?
Dünyada 3 ən məşhur insulin istehsal edən firma var. İnsulin istehsal edən - "Xekst Aventis", "Eli Lilli" və "Nova-Nordiks" firmaları ötən əsrin 20-ci illərindən fəaliyyətə başlayıb. Rusiyada isə "Brınsalova" firması insulin istehsalı ilə məşğuldur. Azərbaycana insulini Rusiyadan gətirmək ucuz başa gəlsə də, qonşu ölkədə istehsal edilən preparatın keyfiyyəti aşağı olduğundan SN oradan insulin almır. Ölkəmizə insulin Danimarkadan gətirilir. SN dəfələrlə Rusiya istehsallı insulinin piratçılıq yolu ilə Azərbaycana gətirildiyini istisna etmədiyini vurğulayıb. Qeyd edək ki, insulinin alınması və ölkəyə gətirilməsi SN-in xətti ilə həyata keçirilir. Sonra bu maddə həmin nazirliyin mərkəzləşdirilmiş aptekinə verilir və rayonlar üzrə səhiyyə şöbələrinə paylanılır. Hazırda şəkər xəstələrinə insulinin pulsuz, dövlət hesabına verildiyi bildirilir. SN-in rəsmiləri deyirlər ki, preparatların qiyməti çox bahadır və onu almağa əksəriyyətin gücü çatmadığından onlar pulsuz paylanılır. Daha doğrusu, ŞDX ilə mübarizə istiqamətində təsdiqlənən dövlət proqramından sonra 2005-ci ildən sözügedən xəstələrə dərman preparatlarının pulsuz paylanılması nəzərdə tutulub. Xəstələr insulini ayda 1 dəfə yaşadıqları rayonun ərazisindəki poliklinikadan alırlar. Endokrinoloji dispanserdə qeydiyyatda olan xəstələr müalicə preparatlarını bu müəssisədən də ala bilərlər. Ancaq ölkədəki əksər tibb müəssisələrində və səhiyyə ocaqlarında xəstələrə həmin dərmanların pulla satılması barədə məlumatlar yayılır; məsələn: Azad İstehlakçılar Birliyinin Gəncə şəhər şöbəsinin sədr müavini Ramiz Əliyevin sözlərinə görə, adıçəkilən birlik qədim paytaxtdakı tibb müəssisələrində araşdırmalar aparıb. Nəticədə müəyyənləşib ki, səhiyyə ocaqlarında divarlarda asılmış siyahıda göstərilən ilkin tibbi yardım preparatları xəstəxana içərisindəki və ya digər yerlərdəki apteklərdə satılır: "Gəncə şəhər Endokrinoloji Xəstəxanada diabet xəstələri üçün dövlət tərəfindən verilmiş həblər belə xəstələrə satılır. Diabet xəstələri bu dərmanlardan yalnız tək-tək hallarda alırlar. Həmin dərmanlar od qiymətinədir. Təxminən 60 faiz dərman əl altından satılır". Gəncə şəhər Endokrinoloji Dispanserdən isə bildirilib ki, Gəncədə ŞDX "cavanlaşır" və ona yoluxanların sayı hər ay 14 faiz artır. Qeydə alınanların 60 faizini qadınlar təşkil edir. Xəstələr arasında azyaşlı da çoxdur. Dövlət tərəfindən verilən dərmanlar tam şəkildə xəstələrə paylanılır. Gəncədəki diabetli xəstələrin hər biri şəkər əleyhinə olan dərmanlarla təmin olunur. Əmrdə göstərilən bütün həblər olmasa da (?) şəkəri aşağı salan 12 - 13 adda həb və 6 adda insulin preparatı diabetli xəstələrə pulsuz verilir.

Mirvari

Baxış sayı
Ay ərzində: 10
Bütünlüklə: 1460