Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   İnternet qocalmanı sürətləndirir   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Ana öpüşü güclü immunitet yaradır   |   QİÇS-in yeni forması aşkarlanıb   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Nikah gecəsinin sirləri   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   İnsan dərisindən ev   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Sevgi qurban tələb edir   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Diliniz dərdinizdən danışır...   |   Kök kişilər daha sədaqətlidir   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Suyu az içmək beyni qocaldır   |   Qaradərili insanlar daha sakit olurlar   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Oturaq iş qadınları qocaldır   |   Çili bibərləri ağrıkəsicidir   |   Köklük insult riskini artırır   |   Saqqız çeynəməyin faydaları   |   Şokolad qan təzyiqini azaldır   |   Autizm dünyanın sonu deyil   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Depressiyanın dərmanı - dondurma   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Enli budlar sağlam ürəyə işarədir   |   2 yaşında 41 kilo oldu   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Partenofiliya - bakirə qızlara meyl   |   Balığın sağlamlığınıza faydaları   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Qadınlar daha ağıllıdır   |   
DVAEM-nin laboratoriyalarından xüsusi reportaj

Hazırda Azərbaycana bir çox ölkədən dərman vasitələri idxal olunur. Amma bu preparatların keyfiyyət göstəriciləri ilə bağlı təzadlı fikirlər mövcuddur. Bəzi ekspertlər ölkəmizə gətirilən dərmanların böyük hissəsinin əczaçılıq sənayesi zəif inkişaf edən ölkələrin payına düşdüyünü deyirlər. Məhz bu səbəbdən də Azərbaycanın dərman bazarında keyfiyyətsiz məhsullara daha çox rast gəlindiyi vurğulanır. Digər mütəxəssislər isə ekspertiza laboratoriyalarının müasir standartlara cavab verməməsi üzündən preparatların keyfiyyətinin dəqiq yoxlanılmadığı qənaətindədirlər.

 

Azərbaycana gətirilən dərmanlar 3 qrupa bölünür
Qeyd edək ki, mərkəzin laboratoriyasına daxil olanda səliqə-sahman gözümüzdən yayınmadı. Hər kəs xüsusi geyimdə iş başında idi. 1 nömrəli laboratoriyanın 2-ci laboratoriya qismində ekspert-analitiki Ülkər Abdullayeva bizi iş prosesi ilə tanış edərək respublikaya idxal olunan bütün dərmanların fiziki və kimyəvi xüsusiyyətlərinin, o cümlədən kəmiyyət-keyfiyyət göstəricilərinin onlar tərəfindən yoxlanıldığını dedi: "Ot mənşəli dərmanların analizi bizim laboratoriyanın profilinə aid deyil. Kimyəvi tərkibli dərmanlardan isə vitaminləri, konkret bir xəstəliyin simptomlarını aradan götürən preparatların analizini aparırıq. Bizim laboratoriyada həmçinin mikrobiologiya şöbəsi də fəaliyyət göstərir. Eyni zamanda 1-ci və 2-ci laboratoriyalarda cihazlar üzrə aparatur analiz üsulları həyata keçirilir. Mikrobiologiyada isə həmin dərman preparatlarının tərkibində olan mikrob və bakteriyaların təyini aparılır".
Ölkəyə gətirilən əsas dərman preparatlarının 3 qrupa bölündüyünü söyləyən Ü.Abdullayeva 1-ci qrupda Avropanın ən öndəgedən dərman istehsalçılarının məhsullarının cəmləşdiyini vurğuladı: "Onlar arasında keyfiyyətsiz mallara rast gəlinmir. 2-ci qrupa daxil olan dərmanlar inkişaf etməkdə olan ölkələrdən idxal edilir və bizim tələblərimizə uyğun olaraq həmin preparatlar arasında keyfiyyətsiz məhsulların miqdarı xeyli azalıb. 3-cü qrup dərman preparatlarına Hindistan, ərəb ölkələri kimi az inkişaf etmiş və əczaçılıq sənayesində geri qalmış bəzi dövlətlərin məhsulları daxildir. Amma biz həmin dərmanların idxalını məhdudlaşdırdığımızdan hazırda ölkəyə bu cür preparatlar daha az sayda gətirilir".
Az inkişaf etmiş ölkələrin, o cümlədən Hindistan istehsalı olan dərmanların yerli bazarda çoxluq təşkil etməsinə də aydınlıq gətirən mütəxəssis bunu bir çox amillə əlaqələndirdi: "Əslində, Hindistanın dünya üzrə məşhur dərman şirkətləri var və həmin istehsalçıların məhsulları beynəlxalq standartlara uyğundur. Təbii ki, biz də Azərbaycanın dərman bazarında belə şirkətlərin məhsullarının satışını yasaqlamırıq. Bu baxımdan yerli dərman bazarında kifayət qədər Hindistan məhsulları var".

 

Patogen mikroblu preparatlara sertifikat verilmir
Mikrobioloji tədqiqat bölməsinin müdiri, tibb elmləri namizədi Ehtiram Əzizov da iş başındadır. Qeyd edək ki, bu bölmədə dərman maddələrinin sterilliyi və mikrobioloji təmizliyi yoxlanılır. İnyeksion dərman preparatlarının tərkibi isə "laltest" üsulu ilə araşdırılır: "Ümumiyyətlə, bütün inyeksion dərman maddələrinin sterilliyi zəruridir. Laboratoriya şəraitində sterilliyi təyin etmək üçünsə preparatlar "qidalı mühit"də əkilir və 14 gün müddətində inkubatorda nəzarətdə saxlanılır. Tablet və həblərdə də müəyyən hədd çərçivəsində mikrobun olması normaldır. Məsələn: tabletlər 2-ci və 3-cü kateqoriyalara daxil olduğundan 1000-ə qədər mikrobun olması normaldır. Amma dərman maddələrinin tərkibində patogen mikroblar olmamalıdır. Əgər preparatların tərkibində patogen mikroblar varsa, həmin dərmanlara sertifikat verilmir. Bu istiqamətdə analizin yekun cavabı 5 gün ərzində müəyyənləşir. İnyeksion dərmanlarda "laltest" vasitəsilə analiz aparılarkən isə bu maddələrin pirogenliyi yoxlanılır. Yəni dərman preparatlarına xarici mühitdən hansısa maddənin düşüb-düşməməsi araşdırılır. Bu olduqca vacib məsələdir. Çünki pirogen maddə düşmüş inyeksiyanı insan bədəninə vurduqda müxtəlif mənfi reaksiya gedir. Məsələn: bu, səpgidən tutmuş şoka qədər özünü göstərə bilər. Pirogen maddələrin müəyyənləşdirilməsi prosesində bioloji üsul sərfəli olmadığından "laltest"dən istifadə edirik. "Laltest"in tərkibi qılıncquyruq heyvanın hüceyrələrindən hazırlanır və yalnız Amerikada istehsal olunur. Bir "flakon" "laltest"lə 11 analiz aparmaq mümkündür. Bir dərmanın sözügedən üsulla analizi isə 121 manata başa gəlir. Bu proses isə 1 saat yarım vaxt aparır".

 

Laboratoriyaya yeni avadanlıq gətiriləcək
"Laltest" vasitəsilə analiz həyata keçirmək üçün Moskvada xüsusi təcrübədə olduğunu da söyləyən bölmə müdiri artıq Avropa ölkələrinin hər birində bu üsuldan istifadə edildiyini bildirdi: "Hazırda başlıca məqsədimiz bakteriya və göbələklərin təyini prosesini tezləşdirməkdir. Bu məqsədlə son yenilik sayılan mikrobioloji ekspress-analizator "BAKTRAK 4300" aparatını sifariş etmişik. Bu avadanlıq Avstriyanın "SyLab" şirkətinin istehsalıdır və yaxın aylarda laboratoriyamızda quraşdırılacaq. Cihazın özəlliyi ondadır ki, mikroorqanizmlərin inkişafını avtomatik qeydə alır, klassik metodlarla müqayisədə analiz müddətini 3 - 5 dəfə qısaldır. Bundan başqa, nümunələrin adi qaydada hazırlanması çoxlu sayda analizin aparılmasına imkan verir. Məsələn: eyni vaxtda 64 nümunəni müayinə etmək mümkündür. Kompüterlərə 12-yə qədər modul qoşmaqla müayinələrin sayını 768-ə də çatdırmaq olar".
E.Əzizov həmçinin bizi laboratoriyanın xüsusi inkubatorları ilə də tanış edir. Qeyd edək ki, məhz bu inkubatorlarda dərman preparatları bakteriyalara, göbələklərə və bağırsaq çöplərinə görə analiz olunur: "Hər bir dərmanı yoxlamaq üçün 10 qram maddə götürülür. Həmin dərman 100 ml buferdə həll edilərək çalxalanır. Bakteriyaları müəyyənləşdirmək üçün "B aqar", göbələklər üçün "C aqar" mühiti yaradılır. Daha sonra həmin mühitin inkubatorda müşahidəsi aparılır. Bakteriyaları təyin etmək üçün 30 - 35, göbələklər üçünsə 20 - 25 dərəcə temperatur lazımdır".
Hər bir analiz əməliyyatının sənədləşdirildiyini də bildirən həmsöhbətimiz laboratoriyada bütün yoxlamaların həmin proqram əsasında izlənildiyini bildirdi: "Analizlərin sənədləşdirilməsində əsas məqsəd əməliyyatların təkrar aparılmasının qarşısını almaqdır. Çünki eyni əməliyyat təkrar həyata keçirilərsə, yekun nəticənin dəqiqliyi şübhə altına düşür. Bu cür mənfi halların qarşısını almaq məqsədi ilə laboratoriyada bütün əməliyyatlar sənədləşdirilir. Laboratoriyadan müsbət cavab alan tabletlərə və inyeksion dərman maddələrinə satışa buraxılış üçün müvafiq sertifikat verilir".

Sevinc

Baxış sayı
Ay ərzində: 8
Bütünlüklə: 1616