Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Portağal sümüyü bərkidir   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Kök kişilər daha sədaqətlidir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Çox gülən qadınlar tez kökəlir   |   İnsulini sprey əvəz edəcək   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Depressiyanın dərmanı - dondurma   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Yuxusuzluq kökəldir   |   Gəzinti ən yaxşı idmandır   |   Ana öpüşü güclü immunitet yaradır   |   İdman depressiyanın dərmanıdır   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Uzunömürlülüyün sirri almadadır   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Ramazan ayında necə qidalanmalı?   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Boşanma kişilərə də təsir edir   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   B6 vitamini xərçəng risqini azaldır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Başı başqa bədənə köçürüləcək   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Ürək ağılarına biğanə yanaşmayın   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Ana südü xərçəngə qarşı   |   Kola spermanın tərkibini korlayır   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Depressiya görməni zəiflədir   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Qadınların sevimli yaş dövrü   |   Tənhalıq xərçəngə səbəb olur   |   Qadınlar, qəhvə için!   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   
Naftalan nefti - 70 dərdin dərmanı

Hələ sovet dönəmində müalicəvi istirahət üçün çoxlarının üz tutduğu bir məkan var idi - Naftalan. Lakin 90-cı illərdə erməni hücumları ilə başlanan qaçqın və məcburi köçkün axını kurort şəhəri olan Naftalanın da vəziyyətindən yan keçmədi. Burada yerləşən bütün sanatoriya və pansionatların bir çoxunda məcburi köçkünlər məskunlaşdı. Digərləri isə fəaliyyətini məhdudlaşdırmalı və birdəfəlik dayandırmalı oldu. Belə vəziyyət bura üz tutanların sayının ilbəil azalması ilə nəticələndi. Lakin son 5-6 ildir ki, yenidən bu şəhərdə canlanma başlayıb və yeni naftalanla müalicə mərkəzləri istifadəyə verilib ki, bu da əhalinin ora getməsinə müsbət təsir göstərib. Xüsusən yay aylarında Naftalanda nəinki Azərbaycanın digər bölgələrindən, eləcə də bir çox xarici ölkələrdən gələnləri görmək olar. Bura ənənəvi olaraq daha çox Rusiya, Polşa, Almaniya, Fransa, İran, Türkiyə, Filippin və başqa ölkələrdən şəfa tapmağa gələnlər var. Bu insanları bura gətirən isə təbii ki, Naftalan neftinin dünya şöhrətli müalicəvi əhəmiyyətidir. Naftalan nefti dünyada analoqu olmayan unikal müalicə vasitəsi sayılır və bu sərvət yalnız Azərbaycana məxsusdur.
Bura gələnlər də Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətrafındakı yumşaq toxumaların, dayaq-hərəkət aparatının müalicəsi üçün çox səmərəli vasitədir.

 

Dünya şöhrətli şəfa ocağı
Naftalan şəhəri eyniadlı kiçik kəndin yerində salınıb. Bu adın əsasını təşkil edən "nafta" sözü isə Azərbaycan ərazisindəki qədim dövlət qurumlarından biri olmuş Midiya dilində "axan, süzülən" deməkdir. Burada müalicə almaq ona görə önəmli sayılır ki, buranın təkcə naftalanı deyil, həmçinin havası da şəfa tapmaq üçün gərəklidir. Bura gələn bir neçə nəfərlə söhbət zamanı da öyrəndik ki, bundan əvvəl digər bölgələrdəki naftalanla müalicə mərkəzlərində kurs keçsələr də, nəticə istənilən olmayıb. Mütəxəssis məsləhətinə görə, naftalanla müalicədən yüksək effekt almaq üçün məhz Naftalanın özündə müalicə olunmaq daha məqbuldur.
Qeyd edək ki, Azərbaycanda hələ bir neçə min il bundan əvvəl müxtəlif məqsədlər üçün neftlə bərabər, naftalandan da istifadə etməyi bacarırdılar. Orta əsrlərin məşhur səyyahı Marko Polo Naftalan neftini "dəri xəstəliklərinin çarəsi olan sehrli məlhəm" kimi təsvir edib. 1887-ci ildə Yeger familiyalı bir alman mühəndisi Almaniyada "Naftalan" məlhəmini istehsal etməyə başlayıb və bu məlhəm dünyanın bir sıra ölkələrinə ixrac edilirdi. Rus-Yapon müharibəsi dövründə yapon əsgərlərinin çantalarında içərisində naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: "Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın". İndi isə artıq tibb elmi də təsdiq edib ki, naftalan neftinin tətbiqi 70-dən çox xəstəliyyin uğurlu müalicəsinə imkan verir.

 

Şəhərdə abadlıq işləri aparılır
Dünyada məşhur olan Naftalan neftinin əhəmiyyətini görmək üçün ora yollandıq. Şəhərə daxil olarkən ilk baxışdanca buranın neçə illərdir ki, gözdən-könüldən uzaq olduğu hiss olunur və sovet illərində tikilən sağlamlıq mərkəzləri, salınmış parkların artıq öz ömrünü baş vurduğu diqqətdən yayınmır. Vaxtilə bura üz tutanların böyük həvəslə çəkdirdiyi şəkillərdə gördüyümüz həmin pansionatlar və parklar indi baxımsız haldadır. Amma gördüyümüz bu mənzərənin ömrü o qədər də uzun olmadı. Şəhərin mərkəzinə doğru irəlilədikcə gördüklərimiz təəssüflərimizi nə yaxşı ki alt-üst etdi. Şəhər demək olar ki, təzədən tikilir, bütün küçə və meydanlarda, park və xiyabanlarda, hətta hər bir ictimai və yaşayış binasında əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılır. Yaşayış binalarının istilik sistemi yenilənir, binaların yararsız hala düşmüş hissələri yenidən təmir olunur. Rayon ərazisində bu ilin sonunadək daha 3 böyük naftalanla müalicə mərkəzinin istifadəyə verilməsi gözlənilir. Həmin mərkəzlərin bir neçəsinin binası artıq tam tikilib qurtarıb, həyətyanı sahələrində abadlıq işləri aparılır. Burada həmçinin sovet dönəmində fəaliyyət göstərən aeroportun da yenidən təmir-bərpa olunacağı və ərazisinin genişləndiriləcəyi bildirilir.

 

Sakinlərin 3 aylıq qazanc şansı
Naftalanla müalicə mərkəzlərindən biri də "Sehrli Naftalan" sağlamlıq və istirahət mərkəzidir. Bura ötən il istifadəyə verilib və naftalanı təzə olduğu üçün bura gələnlərin sayı daha çoxdur. Qeyd edək ki, naftalanın təzə olması onun effektinin yüksək olması deməkdir. Təzə naftalan isə ömrü 5 ildən çox olmayan sayılır. Müasir tələblərə uyğun tikilən mərkəzdə müalicə otaqları, neft vannaları, müasir tibb avadanlıqları və digər xidmətlərin göstərilməsi üçün kabinetlər mövcuddur. Bura gələnlər ilk növbədə baş həkimin qəbulunda olur və xəstəlikləri barədə həkimi məlumatlandırırlar. Bundan sonra isə baş həkim xəstəni aidiyyəti mütəxəssisin qəbuluna göndərir, xəstənin naftalan vannasına göstəriş olduğu halda onun müalicəsinə başlanılır. Qeyd edək ki, kəskin ürək, qan- damar xəstəlikləri və təzyiqlə bağlı problemi olanların naftalan vannasından istifadəsi əks-göstərişdir. Belə xəstələr uzaqbaşı yarım vanna qəbul etməklə bu müalicə üsulundan yararlana bilərlər. Naftalan vannası, naftalan-parafin aplikasiyası, masaj, vibromasaj, iynəsancma və digər müalicə üsulları ilə yanaşı, "Sehrli Naftalan" sağlamlıq mərkəzində gün ərzində 3 dəfə qidalanmaq və gecələmək, mərkəzin bütün xidmətlərindən istifadə də daxil olmaqla 15 günlük istirahət 450 manata başa gəlir. Lüks otaqlar isə bir qədər baha - 750 manatadır. Amma çoxları bu qədər vəsaiti ödəyə bilmədiyi üçün yaxınlıqda evlər kirayələməklə müalicə olunmağa üstünlük verir və bunun bir qədər ucuz başa gəldiyini düşünürlər. Belə müalicə olunanlara "kursovka" deyilir və onlar 15 günlük kirayə üçün mərkəzə yaxın evlər seçirlər. Qiymətlər isə bir nəfər üçün hesablanır və adambaşına 40 manatdan 70-80 manatadək yüksəlir. Sanatoriyalara yaxın evlərdə mövsüm zamanı ev kirayələmək o qədər asan deyil. Çünki gələnlər çox olduğu üçün ev sahibi çox vaxt öz evini də kirayə verməli olur. Söhbətləşdiyimiz bəzi ev sahibləri təxminən 3 ay ərzində Naftalana gələnlərin çoxluğunu nəzərə alıb, bu fürsətdən yararlanmağa çalışırlar. Burada olduğumuz müddətdə daha bir maraqlı informasiya eşitdik. Qeyri-rəsmi məlumatlara görə, bütün klinikalar naftalanın bir tonunu 2000 manata alırlar.

 

"Sehrli Naftalan"ın "sehrli" qiymətləri
"Kursovka"lar üçün müalicəyə gəlincə, burada bir naftalan vannasının qiyməti 6 manatdır. Qaydaya görə isə xəstənin 10 vanna qəbul etməsi istənilən effekti verə bilər və bunun üçün 60 manat, üstəgəl 5 manat xidmət haqqı ödənilir. Bu minvalla xəstə digər yararlanacağı xidmətlərin də qiymətlərini kassaya ödəyir və müalicəyə başlanılır. "Sehrli Naftalan"dakı qiymətlərdən narazılıq edənlər də var ki, bu da köçürülən puldan əlavə, onlara xidmət edən tibb bacıları və həkimlərin əlavə pul istəmələri ilə bağlıdır. Bir çoxları özəl klinika olduğu üçün əvvəlcədən ödəniş edib, sonradan yenidən xidməti personala pul verilməsinə açıq-aşkar olmasa da, gizlicə etirazlarını gizlətmirdilər. Bütün narazılıqlara baxmayaraq, buranın gecəsi çoxlarına bütün mənfilikləri unutdura bilir. Gecələr canlı konsert təşkil olunur, xəstələr gün ərzində müalicədən sonrakı yorğunluğunu mərkəzin həyətində təşkil olunan müxtəlif əyləncələrlə başını qatmaqla və musiqiyə qulaq asmaqla çıxara bilirlər.

P.S. Naftalan şəhərində dünyada yeganə olan bir muzey var: bu muzeyin eksponatları atılmış qoltuq ağaclarıdır. Xəstələr sağaldığı üçün onlara qoltuq ağacları daha lazım deyil, buna görə də onlar həmin ağacları Naftalanda qoyub gedirlər. Bütün xəstələrə isə Naftalandan yalnız sağlamlığın yadigar qalmasını istərdik.

Tibb.az

Baxış sayı
Ay ərzində: 11
Bütünlüklə: 4297