“Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Suyu az içmək beyni qocaldır   |   Qadınlar, qəhvə için!   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Kök kişilər daha sədaqətlidir   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Müasir xanımlar çox yaşayır   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Şokolad qan təzyiqini azaldır   |   Linza seçərkən diqqətli olun   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Əlləriniz xarakterinizi göstərir   |   Uzunömürlülüyün sirri almadadır   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Soğan yemək beyini gücləndirir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Portağal sümüyü bərkidir   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Tüstüsüz siqaret kəşf edildi   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Almanı qabıqlı yeyin   |   Sevgi qurban tələb edir   |   Ana bətnində 4 gün donduruldu   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Kişilər yoxa çıxacaq   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Qadınların sevimli yaş dövrü   |   
Psixoloqa müraciət etmək niyə birmənalı qarşılanmır?

Beynəlxalq səviyyədə aparılan araşdırmalar göstərir ki, dünyada milyonlarla insan psixi və davranış pozuntularından əziyyət çəkir. Statistikaya görə, hər il dünyada bir milyona yaxın insan intihar edir, 25 milyon insan şizofreniyadan, 38 milyona yaxın insan epilepsiyadan əziyyət çəkir. 200 milyona yaxın insan isə yaşadığı ömründə ən azı, bir dəfə depressiyaya düşür.

Daha çox xarici amillərin təsirindən - iqtisadi gərginlik, qanun pozuntuları, insanlara laqeyd yanaşma kimi məsələlərin təsiri nəticəsində insanlarda yaranan psixi pozğunluqlar son illər özünü daha çox göstərir. Mütəxəssislərin fikrincə, cəmiyyətin ümumi sağlamlığı psixi sağlamlıqla sıx əlaqəlidir. Hazırda gündəlik həyatımızda qarşılaşdığımız situasiyalardan belə qənaətə gəlmək olar ki, indi sözün əsl mənasında, əhalinin müəyyən qisminin psixoloqa müraciət etməsinə ehtiyac yarandığı açıq-aşkar hiss olunur. Bunu hər gün bilavasitə şahidi olduğumuz kriminal hadisələr, ailədaxili münaqişələr, intihar hallarının çoxalması və sair oxşar faktlar da təsdiqləyir.
Azərbaycanda da psixi xəstəliklərin müxtəlif növlərindən əziyyət çəkənlər çoxdur. Amma əsas problem bu insanların aidiyyəti üzrə psixoloqa və yaxud psixiatra müraciət etməkdən çəkinmələridir. Bu səbəbdən psixi pozğunluğu olan xəstələrin qeydiyyata düşmə məsələsində problemlər olur və xəstələrin sayı çox olsa da, statistikada bu rəqəm yer almayıb. Əldə etdiyimiz məlumata görə, il ərzində Bakı şəhərindəki ruhi-əsəb dispanserlərinə 15 minə yaxın insan müraciət edir. Sayı məlum olmayan qədər xəstə isə qeyd etdiyimiz səbəb üzündən evdə müalicə olunur.

 

Ayrı-seçkilik kabusundan qorxanlar
İnsanların digər həkimlərin yanına sərbəst getdikləri halda, psixiatra müraciət etməkdən çəkinməsi halı tibdə "stiqmatizm" adlanır. Mütəxəssislər bunu müxtəlif səbəblərlə izah edirlər. Lənkəran Psixiatriya Xəstəxanasının həkim-psixiatrı, "Tibb.az" portalının məsləhətçisi Denis Rzayevin sözlərinə görə, bu əsasən ictimai rəylə bağlıdır və düzgün yanaşma olmadığı sübut olunub: "Təkcə Azərbaycanda deyil, bir çox ölkədə psixiatriya sahəsinə vacib olmayan sahə kimi baxılıb. Bu səbəbdən də insanlarda psixiatr və psixoloqlara qarşı səhv fikir yaranıb. Amma hər bir insan həyatının müəyyən məqamında, xüsusilə cavan yaşlarında bu və digər şəkildə psixi problemlə üzləşə bilər. İnsanların öz problemlərini bilərək həkimə müraciət etməmələrinin səbəbi isə ictimai təsiri düşünmələri ilə bağlıdır. Bu insanlar mövqeyini, cəmiyyətdəki nüfuzunu itirəcəkləri təlaşı ilə problemlərini gizlətməyə çalışırlar. Düşünürlər ki, artıq onlara əvvəlki kimi baxmayacaqlar, ayrı-seçkilik kimi kabusun onları izləyəcəyindən qorxurlar". Psixiatra görə, artıq bu stereotiplərdən yaxa qurtarmaq lazımdır və xəstəliyn ciddi fəsadlar yaratmaması üçün vaxtında həkimə müraciət etmək lazımdır.

 

Psixoloqla psixiatrın fərqi
Sual doğuran məqamlardan biri də çoxlarının psixoloqla psixiatrın fərqini bilməməsidir. Bu sualın cavabını isə Qafqaz Universitetinin psixoloqu Hüseyn Xəlilov verdi. Onun sözlərinə görə, psixiatr tibbi elmə malik olan həkimdir: "Psixiatr stasionar, lazeret və ambulator müalicə sahəsində işləyir. Müalicə yazan psixiatrın sahəsi sırf tibdir. Psixoloqun öyrəndiyi sahə isə tibb və pedaqogikadır. Ona görə də psixologiya tibbi və pedaqoji psixologiya olmaqla iki yerə bölünür. Psixoloq insanın ruh aləmini öyrənir. Klinik psixoloqun tibbi savadı olması mütləqdir. Pedaqoji psixoloqlar pedaqoji müəssisələrdə işlədiyinə görə onların tibbi biliklərə yiyələnməsi vacib deyil. Psixoloqun bilik dairəsi və ehtiyat bazası çox geniş olmalıdır. O, sosiologiya, tibb və idarəetmə sahəsini mükəmməl şəkildə bilməlidir. Özəlliklə uşaq psixologiyasını dərindən mənimsəməlidir. Bunları bilməyən psixoloq insanı düzgün istiqamətə yönəldə bilməz".
H.Xəlilov da deyir ki, problemi olan, yaxud olmayan hər bir kəs psixoloqa müraciət edə bilər. Lakin bu, məcburi xarakter daşımamalıdır: "Bəzi insanlar psixoloq yanına gedən zaman ətrafdakıların nə deyəcəyinə önəm verirlər. Çünki düşünürlər ki, psixoloq yanına getsələr, onlara dəli və ya xəstə kimi baxacaq, ələ salacaqlar. Başqa cür fikirləşənlər də var. Onlar psixoloq yanına məsləhət almaq, problemlərin alternativ həll istiqamətlərini tapmaq üçün gedirlər".

 

Psixoloji yardımların dəyəri
Yəqin ki, psixoloq məsləhəti almağın neçəyə başa gəldiyini bilmək çoxlarına maraqlıdır. Elə isə ölkənin bir neçə psixoloqunun seanslarının qiymətini təqdim edirik. Regional Psixologiya Mərkəzinin psixoloqu Murad İsayevin 1 saatlıq konsultasiyasının qiyməti, (müraciət edənin uşaq və ya böyük olmasından asılı olmayaraq) 25 manatdır. Konsultasiya zamanı daha ağır metodikalardan istifadə (məsələn, hipnoterapiya və s.) qiyməti artıra da bilər. Psixoloqun fikrincə, insanların onlara müraciət etməmək səbəbləri sırasında maddi göstəricinin də rolu var və bu, ilk üç səbəbdən biridir: "Xarici ölkələrdə psixoloqlara müəyyən qonorar ayırırlar. Məsələn, 200 manatdan aşağı qonorar alan insan psixoloqa müraciət etdikdə, bu məbləğin 30-40 faizini hökumət ödəyir. Bizdə belə köməklər olmadığına görə, insanlar çox çətinlik çəkirlər, bəzən ümumiyyətlə, müraciət edə bilmirlər. Yaxud bir seansla bütün problemləri həll etmək istəyirlər. Psixoloji problemlərin aradan qaldırılması isə zamanla baş verir, bu, 1-2 dəfəyə həll olunan bir şey deyil. Problemlərin aradan qaldırılması zaman tələb etdiyinə görə, daha çox pul tələb edir və ona görə insanların imkanı çatmır. Bu səbəbdən orta təbəqənin də psixoloqa müraciət etməyə gücü çatmır. Nisbətən imkanlı adamlar müraciət edirlər".
Psixoloq Fuad Məmmədovla 1 saatlıq konsultasiyanın dəyəri isə müraciət edənin vəziyyətinin ağırlıq dərəcəsindən asılı olaraq, 25-50 manat arasında dəyişir. Qrup halında konsultasiyanın qiyməti isə nisbətən aşağıdır. "Bu qədər vəsaiti necə ödəyəcəm" deyənlər isə Səhiyyə Nazirliyinin balansında olan ruhi-əsəb dispanserlərinə, ixtisaslaşmış psixiatriya xəstəxanalarına müraciət etməklə pulsuz müalicə kursu keçə bilərlər. Qeyd edək ki, hazırda respublika üzrə 9 psixiatriya xəstəxanası, 11 dispanser fəaliyyət göstərir.

Naibə Qurbanova

Baxış sayı
Ay ərzində: 16
Bütünlüklə: 1849