Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Almanı qabıqlı yeyin   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Köklük insult riskini artırır   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Sevgi ürəyə xeyirdir   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Arıqladan çimərlik paltarı   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   İnsan dərisindən ev   |   Autizm dünyanın sonu deyil   |   Ana öpüşü güclü immunitet yaradır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Balığın sağlamlığınıza faydaları   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Depressiya görməni zəiflədir   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Portağal sümüyü bərkidir   |   Ramazan ayında necə qidalanmalı?   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Uzunömürlülüyün sirri   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Yaşın fərqi varmış   |   Kofein beyin xərçəngi risqini azaldır   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Ev işləri erkən doğum risqini artırır   |   İnsulini sprey əvəz edəcək   |   
Ağızda yaralar

• Aftoz stomatit

• Virus stomatiti

• Herpes

• Dişlərin defekti

• B2 vitaminin çatmamazlığı

• B6 vitaminin  çatmamazlığı

• C  vitaminin çatmamazlığı

• R vitaminin çatmamazlığı

 

 

Yaracıqlar diş ətlərində və ağızın selikli qişasında infeksiya nəticəsində, vitaminlərin çatmamazlığı ilə əlaqədar, və ya bəzi dərmanların qəbulundan sonra yarana bilər.

 

Aftoz stomatit: aftoz yaralar ağızın selikli qişasının, o cümlədən yanaqların, dilin və damağın zədələnməsidir. Sarı – ağ kraterdən ibarət olub qırmızı rəngli zolağı iltihabla  əhatələnn yaralar hədsiz ağrılıdır. Əgər uşaq stress vəziyyətinə düşərsə ayrı-ayrı yerləşmiş yaralar birləşə bilər. Sağalma dövrü 1-2 həftə təşkil edir. Aftoz yaraların əmələ gəlmə səbəbləri mütəxəssizlər tərəfindən dəqiq müəyyənləşdirilir. Onlara virus infeksiyası, endokrin və  immun sisteminin  pozğunluqları, xroniki qəbzlik, emosional dəyişiklik kimi hallar aid edilir.

Yardım: ağızı gündə bir neçə dəfə kalendula məhlulu ilə yaxalamaq məsləhətdir. Əgər bu kömək etmirsə uşağı həkimə göstərmək lazımdır.

 

Virus stomatiti: stomatitin (ağızın selikli qişasının iltihabı) törədicisi Koksaki virusudur. Adətən stomatit yanağın və qırtlağın əsnək nahiyəsinin selikli qişasında çox kiçik ölcüdə olan sarımtıl ağrılı yaraların əmələ gəlməsi ilə xarakterizə olunur.

Yardım: ağızı kalendula məhlulu ilə yaxalamaq lazımdır : 1 stəkan ilıq suya 1 çay qaşığı dəmlənmiş kalendula məhlulu və ya 1 stəkan qaynar suya 10 qr kalendula gülləri tökuruk. Virus stomatiti yoluxucudur, ona görə də uşaqın istifadə etdiyi qabları təmiz yumaq, qaynar su ilə yaxalamaq və ailənin digər üzvlərinin istifadə etməməsi üçün ayrı saxlamaq lazımdır. Ağrılarla əlaqədar uşağı gündə 5-6 dəfə az porsiyalarla ilıq qida ilə yedizdirmək  lazımdır. Qida  turş və çox duzlu olmamalıdır.

Herpes: herpes virusu adətən tez-tez 1-3 yaşlı uşaqlarda ağızın selikli qişasını zədələyir. Uşaq ağızda ağrı hiss edir, yeməkdən imtina edir, şıltaqlıq edir. Tüpürcək ifrazı artır, qızdırma, ağızda pis qoxu əmələ gəlir. Ağızın selikli qişasında tez partlayan, özündən sonra zədə yeri olan, sarımtıl-boz pərdə ilə  örtülü, 2-10 mm diametrli suluqlar aşkar etmək olar. Pərdə soyulduqdan sonra yara əmələ gəlir.  Herpes haqqında «Qovuqcuqlu dəmrov» məqaləsində «Dəridə səpgilər» bölməsində daha ətraflı məlumat verilir.

Yardım: virus stomatitdə  olduğu kimidir. Herpes virusuna qarşı xüsusi məlhəm və ya asiklovir  kremin (zoviraks) istifadəsi spesifik effekt verir.

 

Dişlərin deffekti: dişlərin kariyesi, düzgün olmayan prikus, sınmış dişlərin iti kənarları ilə  qıcıqlanma və ya ağızın selikli qişasının zədəsinə səbəb ola bilər və infeksiyanın nüfuz etməsi üçün açıq qapı yarada bilər.
Yardım: profilaktik məqsədlə müntəzəm olaraq,  ildə üç dəfədən az olmayaraq, hətta uşağın dişləri ağrımasa belə, onu həkim stomatoloqa göstərmək lazımdır.

 

B2 vitaminin (riboflavin) çatmamazlığı dodağın qırmızı haşiyəsində və ağız bucaqlarında çatlar və quru pulcuqların əmələ gəlməsinə səbəb olur. Bundan başqa dil, gözün konyuktivanın iltihabı, buynuz təbəqəsinin zədələnməsi müşahidə olunur. Uşağın gözləri qızarır, yaşarır, başında çoxlu kəpək əmələ gəlir.

Yardım: Düzgün qidalanmada vitamin B2-nin çatmamazdığına rast gəlmək olmur. Çoxlu  miqdarda Bu vitaminlə iri buynuzlu mal-qaranın ət və süd məhsulları (qaraciyər, yumurta, pendir, kəsmik, süd) zəngindir. İspanaq, yaşıl noxud, qarabaşaq və yulaf yarmaları kimi  tərəvəzlərin tərkibində də olur. Əgər xəstəliyin əlamətləri olarsa uşağı həkimə göstərmək lazımdır.

 

Vitamin B6 (piridoksin) çatmamazlığında qida ilə bu vitaminin lazımi qədər alınmaması dərinin zədələnməsinə gətirib çıxarır, B2 vitaminin çatmamazdığında olduğu kimi dodaqların haşiyəsinin dərisində çatlar, dilin iltihabı, kəpək kimi əlamətlər müşahidə edilir.

Yardım: piridoksin çoxlu miqdarda qara ciyər, paxla, düyü kəpəyində, yer fındığında olur. Əgər əlamətlər meydana çıxarsa, uşağı həkimə göstərmək lazımdır.

 

Vitamin C - nin çatmamazlığı (sinqa): sinqa zamanı diş ətləri şişir və göy – bənövşəyi rəng alır, tez qanayır. Bədəndə nöqtəvi qansızmalar, ətraflarda psevdoiflic, qan azlığı, əsəbilik kimi hallar müşahidə olunur.

Yardım: əgər uşaq lazımi miqdarda təzə meyvə və tərəvəz qəbul etmirsə, onda vitamin C – nin (askorbin turşusu) çatmamazlığı əmələ gəlir. C vitamini sitrus, qarağat, itburnu meyvələrində xüsusilə də çoxdur. Sinqa zamanı vitamin C-nin böyük dozalarda qəbul  edilməsi  uşağın sağalmasında effektivdir.

 

Vitamin R-nin (niasin) çatmamazlığı:  dil və ağızın selikli qişasının iltihabı, ishal və ağıl zəifliyi kimi üç əlamətlərlə (birgə) özünü göstərir.
Yardım: R vitamininin avitaminozu zamanı uşağın qidasında tərkibində daha çox niasin olan qara ciyər və  quş ətindən xörəklər, yer fındığı, balıq (qızıl balıq) istifadə edilir.

Baxış sayı
Ay ərzində: 28
Bütünlüklə: 10138