Çox oturmağın zərərləri   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Siqaret karlıq yaradır   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Ana bətnində 4 gün donduruldu   |   Qadınlar daha ağıllıdır   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Sonsuzluq – miflər və faktlar   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Oturaq iş qadınları qocaldır   |   Başı başqa bədənə köçürüləcək   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Yuxusuzluq kökəldir   |   Yemiş stressin dərmanıdır   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Xoşbəxtlik qadınları zəif edir   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Ana öpüşü güclü immunitet yaradır   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Diliniz dərdinizdən danışır...   |   Zəmanə qadınları...   |   Təzyiq altında yaşamayın   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Kişilər yoxa çıxacaq   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Dişləri düzgün fırçalama texnikası   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Pula qarşı allergiyası olan insan   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Kola spermanın tərkibini korlayır   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Su filtrindən süzülən xəstəlik   |   Qaradərili insanlar daha sakit olurlar   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Enli budlar sağlam ürəyə işarədir   |   
Baş ağrıları

• Görmə qabiliyyətinin pozulması nəticəsində baş ağrıları

• Boyun və baş əzələlərinin gərilməsi nəticəsində baş ağrıları

• Miqren

• Daxili təzyiqinin artması nəticəsində əmələ gələn baş ağrıları

 


Baş ağrıları - əsasən kiçik və gənç yaşlı uşaqlarda rast gələn nasazlıqdır.  Körpələrdə bu çox nadir hallarda rast gəlir. Doğru qurulmamış gün rejimi, yorğunluq, beyinin gərgin fəaliyyəti, havasız yerdə qalma, yuxusuzluq kimi hallar, bir qayda olaraq, baş ağrılarına səbəb olur. Valideynlər uşaqlarda baş ağrılarının nə zaman başladığını, onların intensivliyini, yerləşməsini və baş ağrılarını müşahidə edə biləcək başqa əlamətlərini (qusma, baş gicəllənmə, görmə qabiliyyətinin zəifləməsi, tərləmə) uşağın davranışında və şəxsiyyət baxımından xüsusiyyətlərin dəyişikliklərinin olub olmamasını aydınlaşdırmalıdırlar. Qızlarda baş ağrıları  menstrual sikl ilə (aybaşı)  bağlı ola bilər.

 


Görmə qabiliyyətinin pozulması ilə əlaqədar baş ağrıları uşaqlarda  uzun müddətli gərginlik nəticəsində  yaxından görmə, uzaqdan görmə və ya akkomadasiya (kəskin əksi almaq üçün göz almasında işığın sınma bucağının dəyişmə qabiliyyətinin zəyifləşməsi) əmələ gəlir.

Yardım: uşağı tez bir zamanda göz həkiminə göstərmək lazımdır.
 

Boyun və baş əzələlərinin gərilməsi nəticəsində əmələ gələn baş ağrıları yeniyetmə dövründə daha tez-tez rast gəlir. Adətən bu baş günün sonuna doğru artır və yuxudan sonra isə keçir. 
Yardım: valideynlər nəzarət etməlidirlər ki, uşaq məşğələ zamanı (dərslərini edərkən) eyni vəziyyətdə uzun müddət oturmasın. Məşğələlər arası, hər 30-40 dəqiqədən bir fasilə vermək lazımdır. Eyni zamanda uşaqlara boyun əzələlərinin gərginliyini aradan qaldırmaq məqsədi ilə bəzi fiziki hərəkətlər etmək məsləhət görülmür.

 

Miqren: miqren zamanı baş ağrılarının səbəbi beyinin qidalanmasında mühüm rol oynayan qan damarlarının qeyri-adı genişlənməsi və döyünməsidir. Bir çox ailələrdə miqren xəstəliyindən  ailə üzvlərinin bir neçəsi əziyyət çəkir. Baş ağrıları başlamazdan əvvəl “aura” olur: uşaq gözünün qabağına ləng hərəkətdə olan ziqzaqa bənzər xəttlər və ikiləşmiş şəkildə görünən əşyalardan şikayət edir. Eyni zamanda uşaqda hərəkətlərin kordinasiyasının pozulması və ya ona müraciət edənlərin nitqini başa düşməməsi kimi hallar müşahidə olunur. Auradan sonra ürək bulanması və qusma ilə müşayət olunan baş ağrısı tutması baş verir.  Tutma 1-2 saatdan çox müddətinə qədər davam edə bilər. Bir çox hallarda baş ağrıları aura olmadan başlayır. Belə hallarda “hissə-hissə miqren” tutmaları olur. Belə tutmalar zamanı qusma olmur. Tez-tez müşahidə olunan baş ağrıları beyin damarlarının sıxılması və qan təzyiqin artması (hipertenziya) nəticəsində baş verir.
Yardım: uşaq mütləq nevropatoloq tərəfindən müayinə olunmalıdır.

 

Kəllə daxili təzyiqin artması, ürəkbulanma və qusma kimi əlamətlərlə müşahidə edilən baş ağrıları bir çox xəstəliklərdə rast gəlir. Beyin şişləri zamanı da baş ağrıları tez-tez rast gələn əlamətdir.
Yardım: mütləq uşaq nevropatoloq və neyrocərrah tərəfindən müayinə olunmalıdır.

Baş ağrıları həçinin kəskin respirator infeksiya (“Zökəm” bölməsinə bax), ac qalma, diabet, qulağın iltihabı və s. kimi hallarda da meydana çıxa bilər.

Baxış sayı
Ay ərzində: 22
Bütünlüklə: 3506