Analar uşaqlarını daha çox əzizləməlidir   |   Pula qarşı allergiyası olan insan   |   Almanı qabıqlı yeyin   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Əlləriniz xarakterinizi göstərir   |   B6 vitamini xərçəng risqini azaldır   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Başı başqa bədənə köçürüləcək   |   Ev işləri erkən doğum risqini artırır   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Güclü cinsin zəif tərəfləri   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Balığın sağlamlığınıza faydaları   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Yemiş stressin dərmanıdır   |   Tüstüsüz siqaret kəşf edildi   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Uzunömürlülüyün sirri almadadır   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Enli budlar sağlam ürəyə işarədir   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Sevgi ürəyə xeyirdir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Ramazan ayında necə qidalanmalı?   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Ana südü xərçəngə qarşı   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Diliniz dərdinizdən danışır...   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Piylənmə və artıq çəki problemi   |   Sadizmə meyilli olan insan portreti   |   
Çatlayan dodaqları necə qorumalı?

Çatlayan dodaqlar üçün masaj, krem və aşağıda göstərilmiş müalicəvi maskalardan istifadə edərək qarşısını ala bilərsiz.


Dodaq üçün masaj: Qış aylarında bir dəqiqə ərzində dodaqlarınızı qaynanmış soyuq suda isladılmış yumşaq diş fırçası ilə ehmalca masaj edin. Sonra dodaqlarınıza tərkibinə bir damcı lavanda yağı qatılmış şirin badam yağı sürtün. Bu prosedur qan dövranını sürətləndirəcək, hətta solğun dodaqlara belə təravət verəcək. Bundan sonra baş və şəhadət barmaqlarınızla əvvəl üst, sonra alt dodağınızı masaj edin.

Dodaq üçün balzam: Tez-tez soyuqdəyməyə məruz qalıb «uçuqlayan» dodaqlara əlavə müdafiəni xüsusi balzamla təmin edə bilərsiniz: 4 damcı şirin badam yağı və 1 damcı çayağacının efir yağından hazırlanmış məhlulu hər gün dodaqlarınıza sürtsəniz, effektini dərhal görəcəksiniz.

Dodaq üçün maska: Küçədə dodaqlarınızı yalamayın, bundan onlar daha çox çatlayır və qanayır. Əgər dodaqlarınızda çat əmələ gəlibsə, çalışın bir müddət pomadadan istifadə etməyin. Yatmazdan əvvəl bal və badam yağından maskalar edin.

Gigiyenik dodaq boyası: Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə makiyaj və gigyenik pomadalardır. Hansı vasitəni – parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir.
Qulaqlarımızı soyuqdan qorumaq üçün papaq taxır, əllərimizə əlcək geyinirik. Amma dodaqlarımızı qışın soyuğundan qorumağın yolu yoxdur. Bu da o deməkdir ki, onlara əlavə qulluq lazımdır.
Dodaqları yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından da sürtə bilərsiniz.
Çatlamış, quru və sərt dodaqları bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar.
Əgər dodaqları limon şirəsi ilə sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayacaq.
Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloye olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlar nəm və yumşaq olacaq.

Üz üçün vanna
Əgər üz dəriniz qabıq verirsə, quru otlarla 5-10 dəqiqəlik buxar vannası (2-3 xörək qaşığı çobanyastığı, nanə və ya dəvədabanı) qəbul edin. Quru otları 1-2 stəkan suya töküb 3-5 dəqiqə qaynadın, sonra üzünüzü buxara verin, sonra isə dəsmalla qurulayıb bir yumurtanın ağını bir çay qaşığı balla yaxşıca qarışdırıb üzünüzə çəkin. 5 dəqiqədən sonra barmaqlarınızın ucu ilə üzünüzü döyəcləyin. Çalışın dərinizi ora-bura tərpətmədən basma hərəkətləri edəsiniz. Sonra üzünüzü sərin su ilə yaxalayın və dəri tipinizə uyğun olan maskanı çəkin. Bu prosedur ölmüş hüjeyrələri təmizləməklə yanaşı, yorğunluq izlərini aradan qaldıracaq.

Baxış sayı
Ay ərzində: 60
Bütünlüklə: 5948