29 yaşında nənə oldu   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Başı başqa bədənə köçürüləcək   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Oturaq iş qadınları qocaldır   |   Uzunömürlülüyün sirri   |   Pul saymaq ağrını azaldır   |   Qaradərili insanlar daha sakit olurlar   |   Müasir xanımlar çox yaşayır   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   B6 vitamini xərçəng risqini azaldır   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Çili bibərləri ağrıkəsicidir   |   Piylənmə və artıq çəki problemi   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Peşənə bax, ölümünü bil!   |   Saqqız çeynəməyin faydaları   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Uzunömürlülüyün sirri almadadır   |   Qadınlar niyə çox danışır?   |   Çox gülən qadınlar tez kökəlir   |   Ana bətnində 4 gün donduruldu   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Portağal sümüyü bərkidir   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Soğan yemək beyini gücləndirir   |   Güclü cinsin zəif tərəfləri   |   Xoşbəxtlik qadınları zəif edir   |   Əlləriniz xarakterinizi göstərir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Savadlı ol ürəyin ağrımasın   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Gəzinti ən yaxşı idmandır   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Siqaret karlıq yaradır   |   Autizm dünyanın sonu deyil   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Kişilər yoxa çıxacaq   |   Suyu az içmək beyni qocaldır   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Həkimlərdən qeyri-adi cəza   |   
Dörd mindən artıq vətəndaşımızın yoluxduğu xəstəlik

Esmira Alməmmədova: “Virusa yoluxma halları daha çox Hacıqabul, Şirvan və çənub bölgələrinin payına düşür”

Respublika QİÇS-lə Mübarizə Mərkəzi Avropanın əksər ölkələrində keçirilən “İİV (insanın immun çatışmazlığı) müayinəsi ilə bağlı Avropa həftəliyi” çərçivəsində Dövlət Neft Akademiyasında, “28 Mall” ticarət mərkəzində, Bakı avtovağzalında və “Odlar Yurdu” universitetində insanın immun çatışmazlığı virusuna ekspress-test müayinə aksiyası keçirib. Tədbirdə yüzlərlə Bakı sakinlərinə və paytaxtın qonaqlarına 15 dəqiqə ərzində öz İİV statusunu (yoluxub-yoluxmamağını) müəyyən etmək imkanı yaradılıb. Bu tədbirin məqsədi insan sağlamlığına fövqəladə təhlükə kəsb edən İİV-in Azərbaycanda yayılmasının qarşısı alınması, əhalinin İİV/QİÇS, sağlam və təhlükəsiz yaşam barədə biliklərin artırılmasıdır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qoşulduğu təşəbbüsün məqsədi İİV statusu müəyyən edən insanların sayını artırmaq, bu infeksiyanın gecikmiş diaqnostika hallarının azaldılmasıdır. İİV-ə müayinə olunmaq üçün Könüllü Müayinə və Məsləhət mərkəzlərinə müraciət edən hər bir şəxs ilə müayinədən əvvəl və sonra məsləhətləşmələr aparılır, İİV-infeksiyası və ondan qorunma haqqında məlumat verilir. Müayinə pulsuz, anonim və məxfidir.
Noyabrın 22-dən 29-dək respublikamızın bir neçə regionunda, o cümlədən Bakı şəhərindəki ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin belə aksiyada iştirakı nəzərdə tutulub. Hazirda 3 ali məktəbin tələbələri könüllülük prinsipi əsasında bu müayinələrdən keçib və nəticələrini bilib.
Ölkədə xəstəliklə bağlı vəziyyət barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovadan məlumat aldıq. Direktor hazırda əsas məqsədin tələbələri, yeniyetmələri xəstəlik haqqında məlumatlandırmaq olduğunu dedi: “Bu həftəliyin şüarı “İİV haqqında danış, söhbət et və testdən keç!” devizidir. Azərbaycanda insanların İİV virusuna yoluxmasının qarşısını almaq üçün testləşmənin əlçatanlığını təmin etmək məqsədilə şəbəkələr yaradılır. Ölkə ərazisində yaradılacaq 50 könüllü müayinə məntəqələri həmin şəbəkəyə qoşulacaq”.
Esmira Alməmmədovanın sözlərinə görə, şəbəkələrdə hər bir şəxs yardım almaqla yanaşı, testdən keçib 20-30 dəqiqə ərzində öz cavabını alacaq: «Hazırda belə məntəqələrin 37-si artıq fəaliyyət göstərir. 6 mobil səyyar məntəqə fəaliyyət göstərir ki, onlardan 2-si Bakı şəhərində, 1-i Sumqayıtda, qalanları isə Şirvan, Lənkəran və Gəncə şəhərindədir. Bu məntəqələr həmin infeksiyanın yayılması göstəriciləri yüksək olan regionları əhatə edir. Səyyar məntəqələrinin fəaliyyəti İİV virusuna yoluxan insanları müayinəyə cəlb etmək məqsədi daşıyır».
Mərkəz rəhbərinin sözlərinə görə, İİV-inyayılmasının qarşısının alınmasının əsas yollarından biri vaxtında testdən keçməkdir: «Yeniyetmələr arasında testləşməni daha əlçatan etmək lazımdır. Epidemiyanın səviyyəsindən asılı olmayaraq, hər bir yeniyetmənin belə bir imkanı olmalıdır. Lakin bu sahədə bir neçə qanunvericilik tərəfindən olan çətinliklərlə rastlaşırıq. Yeniyetmələrin hüquq tərəfdən belə bir qərar vermə ixtiyarı yoxdur. Bu qərarı ya valideynləri, ya da maraqlarını müdafiə edən qəyyumlar verir. Bu çox aktual bir problemdir və bununla bağlı hökumət, Səhiyyə Nazirliyi, beynəlxalq fondlar tərəfindən bir sıra addımlar atılır».
Esmira Alməmmədova bildirir ki, Azərbaycanda İİV-ə yoluxan insanların sayı 4171 nəfər təşkil edib: «Onların 96 faizi Azərbaycan vətəndaşı, qalanları isə əcnəbidir. QİÇS mərhələsində olanların sayı 1248 nəfər, bu xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 578 nəfər təşkil edir. Xilasedici terapiyaya qoşulanların sayı ildən-ilə artır. Bu ilin doqquz ayının nəticələrinə görə terapiyaya qoşulanların sayı 1627 nəfər olub. Bunlardan 380 nəfəri bu ilin 9 ayında müalicəyə qoşulub».
Mərkəz rəhbəri QİÇS-ə yoluxma hallarının əsasən 24 -49 yaş arasında olan insanlarda daha çox özünü göstərdiyini də qeyd etdi: “HİV-ə yoluxan kişilərin sayı qadınlardan daha çoxdur. Bunun səbəbi isə kişilərin daha çox narkotik maddələr meyilli olmasıdır. Virusa yoluxma halları daha çox Hacıqabul, Şirvan və çənub bölgələrinin payına düşür. Xaricə, əsasən də Rusiyaya gedən bizim kişilər orada sağlam cinsi əlaqəyə girmədikləri və qoruyucu vasitələrdən istifadə etmədikləri üçün bu virusun daşıyıcısına çevrilir. O kişilər vətənə dönəndən sonra bu virusun öz həyat yoldşalarına da yoluxmasına səbəb olurlar”.
Esmira Alməmmədova miqrantların ölkəyə dndükdən sonra bu zaman onların bədənlərində HİV statusunun yoxlayan testlərdən keçmələrinin zəruri olduğunu deyir. Onun sözlərinə görə bu testlərdən boyun qaçıran hər bir miqrant özü ilə bərabər onlarla insanı bu xəstəliyə düçür olmasına səbəb olur.

Naibə Qurbanova

Baxış sayı
Ay ərzində: 14
Bütünlüklə: 1502