Ana bətnində 4 gün donduruldu   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Almanı qabıqlı yeyin   |   Oturaq iş qadınları qocaldır   |   Köklük insult riskini artırır   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Piylənmə və artıq çəki problemi   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Kök kişilər daha sədaqətlidir   |   Soğan yemək beyini gücləndirir   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   İnsulini sprey əvəz edəcək   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Körpələr yatanda da öyrənir   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Depressiyanın dərmanı - dondurma   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Dişləri düzgün fırçalama texnikası   |   Diliniz dərdinizdən danışır...   |   Ev işləri erkən doğum risqini artırır   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Suyu az içmək beyni qocaldır   |   Yemiş stressin dərmanıdır   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Çox oturmağın zərərləri   |   
Zirzəmilərdə qalan səhhətimiz

Qanunsuz orqan transplantasiyası, səhv diaqnozlar, firma dərmanların təyinatı, bahalı qiymətlər və sair-bütün bu sadalananlar Azərbaycanda fəaliyyət göstərən özəl klinikaların iş prinsiplərindəndir. Əslində özəl klinikalarda belə halların mövcudluğu əhalinin geniş kütləsinə də məlumdur. Lakin həmin klinikalarda qurulan iş mexanizmi pasiyentlərin bundan qaçmasına imkan vermir. Çünki həmin klinikalarda çalışan həkimlərin əksəriyyəti elə dövlət xəstəxanalarının işçiləridir. Məsələ orasındadır ki, həkimlər xəstələri dövlət xəstəxanalarında deyil, özəl klinikalarda müayinə və müalicə etməyə üstünlük verirlər. Həm də xəstələrə guya özəl klinikalarda texniki avadanlığın və həkim personalının yüksək səviyyədə olmasına inandıra bilirlər. Üstəlik özəl klinikalar telekanallarda xarici ölkələdən gətirilmiş son tibbi avadanlıqları və əcnəbi həkimləri yaxşıca reklam etdirə bilirlər. Bəs görəsən, bu reklam özünü doğruldurmu? Xəstələr getdikləri özəl tibb müəssisəsində reklamdakı yüksək xidməti görə bilirlərmi? Əvvəla ondan başlayaq ki, parlaq reklamlarının olunmasına baxmayaraq, özünü kilinika, tibb mərkəzi, xəstəxana adlandıran əksər tibb müəssisələri ya binaların birinci mərtəbəsində, çoxotaqlı mənizllərdə ya zirzəmilərdə, ya da ümümiyyətlə profilinə uyğun tikilməyən fərdi binalarda yerləşir. İnsanlara şəfa verəcək kimi öhdəliyi üzərinə götürən müəssisələrin yalnız gəlir əldə etmək niyyəti ciddi məsələ olsa da, buna əhəmiyyət verən azdır. Baxmayaraq ki, əksər tibb mütəxəssisləri də dəfələrlə zirzəmi, 3-4 otaqlı mənzil və digər şəraitsiz yerlərdə fəaliyyət göstərən özəl tibb müəssiələrinin fəaliyyətinə qarşı çıxan fikirlər səsləndiriblər. Onların nə dərəcədə haqlı olduğunu aydınlaşdırmaq və suallarımıza cavab tapmaq üçün bir neçə özəl klinikadan yolumuzu saldıq.

 

Həkimsiz həkimxanalar
Baş çəkmdiyimiz ilk ünvanZiya Bünyadov prospektində yerləşən “Şəfa yolu” klinikası olur. 4 otaqdan ibarət olan “klinika”nın baş həkimi ilə görüşmək istəyirik, məlum olur ki, müəssisənin baş həkimi də yoxdur. Bura sadəcə bəzi həkimlərin pasientlərini qəbul etməsi üçün mərkəz demək olar.
“MedicalPlaza” klinikası populyar tibb müəssisələrindənsayılsa da, klinika profili üzrə tikilmiş binada yerləşmir. Yeni tikilinin birinci mərtəbəsində yerləşən klinikaya daxil oluruq. Çirkli ayaqqabılarla mərkəzə içəri keçməyək deyə, gözlərimiz baxil qutusunu axtarsa da, tapa bilmirik. Manipulyasiya otağı ilə üzbəüz yerə tökülmüş təmir avadanlıqları, zibil vedrəsi gözümüzdən yayınmır. İki-üç kvadratmetrlik manipulyasiya otağındakı darısqallıq isə tibb bacısını da hövsələdən çıxarmış kimi görünür.

 

“Atlas”ın zirzəmidəki “Atlas”ı
Növbəti ünvanımız Məhəmməd Xiyabani küçəsində yerləşən “Yeni Yasamal” Tibb mərkəzidir. Hələ tikilib qurtarmamış ikimərtəbəli binanın alayarımçıq otaqlarında fəaliyyət göstərən tibb mərkəzində xəstə azlığı diqqət çəkir. Birinci mərtəbənin küçəyə olan hissəsində, avtomobil avadanlıqları satılan mağaza, qəssabxana fəaliyyət göstərir. Bura da “Şəfa yolu” klinikasında olduğu kimi bəzi həkimlərin pasientlərinibayırda deyil, sadəcə qapalı bir yerdə qəbul etməsi üçün mərkəz demək olar. Müşahidə apardığımız zaman ikinci mərtəbədən həkimin səsi gəlir:
-  Ay balam, kanalizasiya iyindən burada oturmaq olmur. Hələ usta çağırmamısız?
Qəbul şöbəsindəki xanım:
- Düzələcək doktor, narahat olmayın. Otaqların hamısından iy gəlir, bir-iki günə düzəldəcəklər.
Qeyd edək ki, şəraitsiz və iy verən tibb mərkəzində həkim müayinəsi 30 manat, həkim məsləhəti isə 20 manatdır.
Yolumuzu “Atlas MedicalSenter”in Vergilər Nazirliyinin yaxınlığında yerləşən ginekoloji və androloji filialından – “Atlas” Tibb Mərkəzindən salırıq. Yaxınlığında yerləşən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstititunun təmirə bağlanması “Atlas MedicalCenter” rəhbərliyinin ürəyindən olub desək yanılmarıq. Sözügedən institutun müvəqqəti yoxluğundan istifadə edərək mərkəz rəhbərliyi tez-bazar yaxınlıqdakı “xruşşovka”nınzirzəmisini ginekologiya mərkəzi edib, institutun mütəxəssislərini isə ora cəlb ediblər.
Rütubətli, qaranlıq otaqlarda həkim müayinəsi 30 manat, ultrasəs müayinəsinin qiyməti isə 28 manatdır.
“Vorovski” dairəsi adlanan yerdə “Vimay” klinikasına daxil oluruq. Burada cərrahiyə şöbəsi də fəaliyyət göstərir. Kilinikadan onu öyrənə bilirik ki, burada yalnız yüngül əməliyyatlar həyata keçirilir  və xəstə bir gündən artıq saxlanılmır. Amma yadıma düşür ki, burada mən özüm də şəxsən belimdən ağır əməliyyat keçirmişəm və şəraitsizliyə dözə bilmədiyim üçün elə həmin gün evə yazılmışam.

 

Eyvan, yoxsa nevroloji kabinet
Hacı Məmmədov küçəsində yerləşən “Optimed” Tibb Mərkəzində olduğumuz müddətdə demək olar ki, bütün xəstələrin yalnız uşaq nevropatoloqu Füzuli Məmmədovun növbəsinə yazıldığını gördük. Sözügedən həkimin qəbulu 25 manatdır. Həkimin uşaqları müayinə etdiyi otaq tibb mərkəzinin eyvanıdır. Üçbucaq formasinda olan otaq iki-üç kvadratmetrdən artıq deyil və darısqallıq olmasın deyə, nevroloji uşaqlarla ancaq bir nəfərin otağa daxil olması məsləhət görülür.
Bu arada qeyd edək ki, Bakının yeganə mərkəzləşmiş Uşaq Nevroloji Xəstəxanası da zirzəmidə yerləşir.
Baş çəkdiyimiz “Doktor Vidadi”, “Şərq Qərb”, “Ultramed”, “Unimed” kimi tibb müəssisələrinin yerləşdiyi bina, tibbi avadanlıqları barədə yüksək fikirlər söyləyə bilməsək də, araşdırma zamanı üstün xidmətləri ilə rastlaşdığımız mərkəzlər də oldu. Sırf tibb mərkəzi profili üzrə fəaliyyət göstərəcəyi nəzərə alınaraq inşa olunan “Modern Hospital”, “Tusi” klinikası, “HP Güven” klinikası,  “PendikŞifa” Tibb Mərkəzi buna misal ola bilər.

 

“Həmin tibb müəssisələrinə mənfi münasibətim var”
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev də ölkədə fəaliyyət göstərən özəl klinikaların fəaliyyətindən narazıdır. Onun sözlərinə görə, bəzi özəl tibb müəssisələri Səhiyyə Nazirliyinə təqdim etdikləri nizamnamələri kobud şəkildə pozur, qanunsuz hərəkətlərə yol verirlər: “Özəl tibb müəssisələri əhali arasında narazılıq yaradırlar. Buna görə də həmin tibb müəssisələrinə mənfi münasibətim var”.
Baş pediatr deyir ki, tibb biznesi ən çətin və daha çox vaxt tələb edən spesifik bir biznes sahəsidir: “Təəssüf ki, bəzi özəl tibb müəssisələri yaradılandan çox az müddət keçməsinə baxmayaraq bir çox sahələrə sponsorluq, baş sponsorluq etməyə başlayırlar. Həmçinin əsassız reklamlara yol verirlər. Onların bəziləri özünü klinik xəstəxanalar kimi reklam edir və bununla da əhali arasında haqlı narazılıq yaradırlar”.

 

Bizə bu qədər klinika lazımdırmı?
Ümumdünya Ürək-Damar və Torakal Cərrahlar Cəmiyyətinin regional nümayəndəsi, Avropa Kardiotorakal Cərrahlar Assosiasiyasının həqiqi üzvüƏli Bağırovölkədə 500-dən artıq özəl tibb müəssisəsinin fəaliyyət göstərməsini anormal hal sayır: “Ərazisinə və əhalisinin sayına görə bu qədər tibb mərkəzinin mövcudluğu normal hal deyil. Üstəgəl dövlətin balansında və təsərrüfat hesablı mərkəzlər də fəaliyyətdədir. Siz elə bilirsiniz ki, həmin özəl klinikların hamısında peşəkar həkimlər çalışır? Yerində olmayan o kilinikların təkcə binası, tibbi avadanlıqla bağlı kasadlığı deyil. Çatışmayan həm də tibbi personaldı. Nə olsun ki, aparaturalar, avadanlıqlar var. Onu işlədən mütəxəssislər yoxdur axı”.

 

Klinika, xəstəxana, yoxsa tibb mərkəzi?
Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, Azərbaycanda özəl klinikların statusu haqqında əsasnamə yoxdur: “Özəl tibb müəssisələrinin profilinə uyğun fəaliyyət göstərməsi haqqında fikir söyləmək çətindir. Bu kimi məsələlər əsasnamədə göstərilməlidi. Ingiliscə medikalsenter tibb mərkəzi deməkdir və poliklinika statusunda olmalıdı. Klinika isə stasionarı, təcrübə keçmək üçün şəraiti olan çoxprofilli tibb mərkəzlərinə deyilir. Amma həm azprofilli, həm də çoxprofilli olmasına baxmayaraq, bütün klinikaların statusu haqqında əsasnamə olmalıdır və əsasnamədə hansı kateqoriya cərahiyyə əməliyyatların aparılması qeyd olunmalıdır. Məsələn, doğuş, ürək əməliyyatları hər klinikada aparıla bilməz, bunun üçün xüsusi icazə lazımdı.Amma hazırda Azərbaycanda bunun fərqində olan yoxdu”.
Ekspert hesab edir ki, zaman-zaman maddi-texniki bazası zəif olan kliniklar rəqabətə tab gətirməyərək sıradan çıxacaq: “Klinkikalar çoxmərtəbəli binların zirzəmisində, birinci mərtəbələrində olmalı deyil. Əslində tibb müəssisələri standart profillərə uyğun tikilməli, xəstələr üçün müvafiq liftlə, avadanlıqla təmin olunmalıdı. Bunun da inkişaf etməsi üçün zamana ehtiyac var”.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə dəfələrlə əlaqə saxlamaq istəsək də, nazirlik sözçüsü telefona cavab vermədi.
Gəldiyimiz qənaət isə odur ki, nə qədər ki, yaşayış binalarının zirzəmisini, avtomobil qarjlarını, profilinə uyğun tikilməyən binaları klinika edib, əhalinin sağlamlığı üzərində pullar qazanılacaq, ölüm faktları da olacaq, insan itkisi də.

Naibə QURBANOVA

Baxış sayı
Ay ərzində: 18
Bütünlüklə: 3894