29 yaşında nənə oldu   |   Qadınlar, qəhvə için!   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Uzunömürlülüyün sirri almadadır   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Siqaret karlıq yaradır   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Boşanma kişilərə də təsir edir   |   Həkimlərdən qeyri-adi cəza   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Saqqız çeynəməyin faydaları   |   Əlləriniz xarakterinizi göstərir   |   Ev işləri erkən doğum risqini artırır   |   Piylənmə və artıq çəki problemi   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Ana südü xərçəngə qarşı   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Gəzinti ən yaxşı idmandır   |   Peşənə bax, ölümünü bil!   |   Xərçəngi insan yaradıb?   |   İdman depressiyanın dərmanıdır   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Yuxusuzluq kökəldir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Pula qarşı allergiyası olan insan   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Sonsuzluq – miflər və faktlar   |   Xoşbəxtlik qadınları zəif edir   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Dişləri düzgün fırçalama texnikası   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Uzunömürlülüyün sirri   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   İnsulini sprey əvəz edəcək   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   
"Soyuq məsləhətlər"

Bəs deyirdilər qar xəstəlikləri məhv eləyir?

Meteoroloqların soyuq hava şəraiti ilə bağlı proqnozları doğrulur. Yanvarın 30-dan başlayan qarlı havanın hələ bir neçə gün davam edəcəyi gözlənilir. Ümumiyyətlə, fevral ayında bütün ölkə üzrə şaxtanın rekord həddə çatacağı proqnozlaşdırılır. Anormal soyuqlar ölkə ərazisində dağlıq və dağətəyi rayonları əhatə edəcək.

Bəzi Avropa ölkələrində də qarlı hava şəraiti hökm sürür. Bolqarıstanda havanın pisləşməsi ilə əlaqədar yüzlərlə məktəbdə tətil elan edilib. Qara dənizdəki əsas liman olan Varna bağlanıb. Moskvada şaxtalı hava üzrə yeni rekord dərəcə qeydə alınıb. Moskva vilayətində temperatur mənfi 30  dərəcəyədək düşüb.

Vəziyyətin kritik olduğu şəhərlərdə əhalinin riayət etməsi vacib qaydalar var ki, bunlar kəskin hava şəraitindən qismən ziyansız ötüşmək üçün  faydalıdır. Ekspertlər belə deyir...

 

Qar xəstəlikləri azaltmır

Məlumdur ki, soyuq havada qəbul edilən enerjinin bir hissəsi istiliyə çevrilir, buna görə də mütəxəssislər məsləhət görür ki, belə havalarda ac  qalmaq kimi ağır şərtləri olan pəhriz saxlamaq qəti qadağandır. Çünki müxtəlif məhsulların termal effekti müxtəlif olur.

Tibb mütəxəssisləri soyuq havada insanları öz səhhətlərinə qarşı daha diqqətli olmağa çağırırlar. "Qarın yağması xəstəliklərin sayını azaldar"  fikrini əvvəllər söyləyirdilər. Halbuki qar-şaxta insan səhhətinə də problem yaradır. Çünki soyuq hava şəraitində insan orqanizmi zəifləyir, bu da xəstəliklərin əl-qol açmasına imkan verir.

Tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, qrip xəstəliyini törədən infeksiyalar qarlı havada məhv olmur. Belə hava şəraiti yalnız mikrobların sayının azalmasına gətirir. Professor məsləhət görür ki, soyuq havada çoxlu danışmaq soyuqlamaya səbəb ola bilər: "Soyuq havanın  tənəffüs yollarına daxil olması 15-dən çox infeksiyanın iltihab törətməsinə səbəb olur. Odur ki, soyuq havada ağzı açıq vəziyyətdə çox qalmaq  olmaz. Bu cür havalarda xəstəliklərdən qorunmaq üçün isə vitaminlər qəbul edilməlidir. İmmun sistemini möhkəmləndirmək lazımdır. İdmanla məşğul  olmaq, hərəkətdə olmaq faydalıdır, hərəkətsizlik əzələləri zəiflədir və soyuqdəyməyə həssaslığı artırır".

 

Soyuq havada spirtli içki təhlükəlidir

Fövqəladə Hallar Nazirliyi (FHN) də saytında soyuq havalarla bağlı bəzi məsləhətlər yerləşdirib. Yazıda bildirilir ki, insan bədəninin soyumasına səbəb olan bir sıra risk faktorları vardır. Bunlara 0°C-dən aşağı temperatur, külək, yorğunluq, aclıq, yaş olmuş geyim, yaşlılıq və ya insanın  hər hansı xəstəlik səbəbindən zəifləməsi halları aiddir.

Nazirlik mütəxəssisləri bədənin soyumasını büruzə verən bir sıra əlamətləri də sadalayır: titrətmə, koordinasiyanın pozulması, danışıqda  çətinlik, əhvalın kəskin dəyişmə halları, zəif nəbz və tənəffüs, hərəkətlərdə yubanma və huşun itməsi. Mütəxəssislər uşaqlara, yaşlı və xəstə  adamlara soyuq havalarda bayıra çıxmağı məsləhət görmürlər.

Nazirliyin saytında verilən məsləhətlər arasında o da əks olunub ki, soyuq havalarda spirtli içki qəbul etmək təhlükəlidir: "Alkoqol çox miqdarda  istilik itkisinə, bununla bərabər aldadıcı istilik illüziyasına səbəb olur. Həmçinin donmanın əlamətlərinə diqqətin toplanmasına mane olur".

FHN onu da məsləhət görür ki, şaxtalı havada üzərinizdə metal bəzək əşyaları gəzdirməyin: "Belə ki, metal insan bədəninin temperaturunu daha tez  aşağı salır. Bundan əlavə, barmaqda olan üzük qanın normal sirkulyasiyasına çətinlik yaradır".

Sonda fevralın ilk günlərində gözlənilən çovğuna hazırlaşan Bakı sakinləri üçün xatırlatma : "Şaxtalı havada küləkdən qorunmağa çalışın. Küləyin təsiri ilə donma ehtimalı daha çox olur".

Naibə QURBANOVA

Baxış sayı
Ay ərzində: 12
Bütünlüklə: 1552