Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Qadınların sevimli yaş dövrü   |   Sonsuzluq – miflər və faktlar   |   Xərçəng yox olmaq üzrədir…   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Savadlı ol ürəyin ağrımasın   |   Ramazan ayında necə qidalanmalı?   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Körpələrin ağlaması onlara xeyirdir   |   İdman depressiyanın dərmanıdır   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Kişilər yoxa çıxacaq   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Qadınlar daha ağıllıdır   |   Nikah gecəsinin sirləri   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Enli budlar sağlam ürəyə işarədir   |   Kişilərin futbol sevgisi   |   Ana bətnində 4 gün donduruldu   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   İnsulini sprey əvəz edəcək   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Saqqız çeynəməyin faydaları   |   Qadınlar, qəhvə için!   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Güclü cinsin zəif tərəfləri   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Qadınlar yatanda arıqlayır   |   
Su filtrindən süzülən xəstəlik

Əhaliyə verilən içməli suyun "keyfiyyəti" çoxlarına məlumdur. Xlor iyli, qumlu, ərpli... Hər dəfə kranları açıb təmizləyəndə kranın ağzındakı setkaya xırda daşlar, lil, çör-çöp qalıqlarının yığıldığını görmək olar. Görə bildiyimiz budur.

Sağlamlığına diqqət edən insanlar ya mağazalarda satılan qablaşdırılmış su alır, ya da sutəmizləyici filtrlərdən istifadə edirlər. Suların qaynadıldıqda ərp bağlaması isə filtrlərin keyfiyyətsizliyindən xəbər verir.

Azərbaycanda müxtəlif firmalara məxsus filtrlər satılır.  Firma nümayəndələri məhsullarını mənzillərdə reklam etməklə də onların satışını həyata keçirirlər. Zəminə Məmmədova adlı Bakı sakini "Brita" su təmizləyici filtrindən istifadə etdiyini, amma effektinin olmadığını bildirir: "Filtr bir su qabından, bir də kartricdən ibarətdir. Onun kompakt olması, dizaynı, möhkəmliyi, istifadə rahatlığı müsbət cəhətləridir. Mənfi cəhəti odur ki, kartricləri bahadır. Təqribən hər 2 həftədən bir dəyişmək lazımdı. Düzü, filtrin su təmizləyici effekti də qaneedici deyil".

 

Filtrlərin mənfi və müsbət cəhətləri

Ümumiyyətlə, ölkədə su filtrləri bazarını yeni adlandırmaq olar. Çünki suyun təmizlənməsi üçün məişət və peşəkar filtrlərə son illər tələbat artıb. Odur ki, su filtrləri istehsalçıları kifayət qədər geniş məhsul çeşidi təklif edirlər. Azərbaycanda insanlar suyun məişətdə təmizlənməsi vasitələrinə az diqqət yetirsələr də, Avropa ölkələrində əhalinin 80-90 faizi bu filtrlərdən yararlanırlar.
Ölkədə su filtrlərinin satışını həyata keçirən "Wet Azerbaijan" şirkətinin regional direktoru Yalçın Məmmədov deyir ki, Bakıya gələn cod su ilk növbədə borulara, camaşırxana avadanlığına mənfi təsir göstərdiyindən filtrlərə tələbat artır: "Xüsusilə yeyinti sənayesi və farmakologiya sahəsində filtr sistemlərinə tələbat yüksəkdir. Azərbaycanda dünyanın, demək olar ki, əksər qabaqcıl filtr sistemləri istehsalçılarının məhsulları satılır. Bura "Brita", "Culligan", "Pur", "Pentek", "Cuno", "Kinetico" və digər bu kimi məhsullar daxildir.

Ən çox satılan isə Rusiyanın "Barer", "Akvafor", "Qeyzer", "Atoll" və Almaniyanın "Brita" firmasının məhsullarıdır. Qiymətləri müxtəlifdir. Məsələn, "Brita" filtrinin qiyməti 50 manata yaxındır, onun təxminən ayda bir dəfə dəyişən kasetlərinin dəyəri isə 8 manata təklif olunur. Məhsullar arasında 400 manata olanlar da var. Funksionallığına və məxsus olduğu firmaya görə qiymətlər dəyişir. Hazırda ən mütərəqqi filtr sistemləri əks-osmos üsulu ilə işləyir. Bu texnologiya suyu ideal vəziyyətə çatdırmağa imkan verir".

Sadalanan məişət sistemlərindən başqa, sənaye filtrləri də var. Onlar özlüyündə daha mürəkkəb və yüksək istehsallı sistemlərdir, suyun, texniki mayelərin və yağların təmizlənməsi üçün nəzərdə tutulub.

 

Filtrlər xəstəlik mənbəyidir

Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədov isə deyir ki, filtrlərdən süzülən su ölü su sayılır: "Şirkətlər mənzilləri gəzərək eksperiment aparır, öz məhsullarını reklam edir və onu baha qiymətə əhaliyə satırlar. Əslində, o filtrlərdən keçən su ölü sudur, heç bir  faydası olmur. Məsələ burasındadır ki, filtrlərdən istifadə etdikdən sonra bu qurğuda bakteriyalar yığılır, filtrlərin içi xüsusi avadanlıq vasitəsilə yuyulmadığına görə bura mikroorqanizmlərin mənbəyinə çevrilir. Bu da sonradan insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Bundan əlavə, filtr suyun tərkibində orqanizm üçün xeyirli olan mineral maddələri də tutub saxlayır. Xarici ölkələrdə təmizlənən sulara sonradan süni şəkildə mineral maddələr əlavə edilir. Onu da qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən bəzi şirkətlər bulaq suyu adı altında krant suyunu filtrdən keçirərək qablaşdırıb satışa çıxarır".

 

Azərbaycan keyfiyyətsiz filtrlərin bazarına çevrilib

Dövlət Məmmədov deyir ki, filtr bazarına nəzarət yoxdur: "Ölkəyə gətirilən su filtrlərinin əksəriyyəti Çin istehsalıdır. Bu filtrlər, demək olar ki, dünya və Avropa standartlarına cavab vermir. Filtrlər aşağı keyfiyyətli materialdan hazırlanır. Xaricdən gətirilən sintetik tərkibli filtrlər ayaq alıb gedir. Bu məhsulların əksəriyyəti Avropada və digər MDB dövlətlərində bazaralara buraxılmır".

Əksər ekspertlər bu cür xəbərlərin cəmiyyətə müəyyən dərəcədə təsir etmək və mineral su satışının artmasına istiqamətləndiyini düşünürlər. Dövlət Məmmədov hesab edir ki, hazırda Azərbaycan mineral su tələbatını tam şəkildə ödəmək qabiliyyətindədir və hətta xarici ölkələrə də mineral su ixrac etmək iqtidarındadır. Belə olan təqdirdə hər hansı qurğuya ehtiyac qalmır.

Naibə QURBANOVA

Baxış sayı
Ay ərzində: 38
Bütünlüklə: 3478