Arıqladan çimərlik paltarı   |   İnsulini sprey əvəz edəcək   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Kişilərin futbol sevgisi   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Gəzinti ən yaxşı idmandır   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Ana öpüşü güclü immunitet yaradır   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Suyu az içmək beyni qocaldır   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Pula qarşı allergiyası olan insan   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   B6 vitamini xərçəng risqini azaldır   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Almanı qabıqlı yeyin   |   Təzyiq altında yaşamayın   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Xərçəngi insan yaradıb?   |   Sadizmə meyilli olan insan portreti   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Prostatit və onunla mübarizə   |   Sonsuzluq – miflər və faktlar   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Ramazan ayında necə qidalanmalı?   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Əlləriniz xarakterinizi göstərir   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Uzunömürlülüyün sirri almadadır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Qaradərili insanlar daha sakit olurlar   |   Savadlı ol ürəyin ağrımasın   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   
Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü

“ÜST-nin qrip üzrə mütəxəssis olan bir neçə əməkdaşı “donuz qripi”nə qarşı peyvənd hazırlayan əczaçılıq şirkətlərindən qrant alıb”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2009-cu ilin mayında “donuz qripi” (AH1N1) epidemiyasının təhlükəlilik dərəcəsini həddən artıq şişirdib.
Lent.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, bu, Avropa Şurasının hesabatında yer alıb.
Hesabat Avropa Şurasının Səhiyyə Komitəsinin sədr müavini, britaniyalı deputat Pol Flinn tərəfindən hazırlanıb. Hesabatda qeyd olunur ki, insanların ÜST-nin tövsiyələrinə inamlarını itirməsi gələcəkdə ciddi nəticələrə gətirib çıxara bilər.
Pol Flinn qəzetə açıqlamasında deyib ki, gələcəkdə hər hansı ciddi xəstəliklə bağlı epidemiya yaşanarsa. İnsanlar ÜST və digər qurumların peyvəndlənmə ilə bağlı tövsiyələrinə inanmaya və beləliklə də sağlamlıqlarını ciddi təhlükə altında qoya bilərlər.
Pol Flinn ÜST-nin idarəetmə sistemində şəffaflığın olmadığını da vurğulayıb: ÜST-nin qrip üzrə mütəxəssis olan bir neçə əməkdaşı “donuz qripi”nə qarşı qrip peyvəndlərini hazırlayan əczaçılıq şirkətlərindən əhəmiyyətli məbləğdə qrant alıb. Onların bu məsələdə neytrallığı sual altındadır. Hazırda ÜST donuz qripi ilə bağlı ehtimalını inandırıcı dəlillərlə əsaslandıra bilməz və bununla bağlı hər hansı sənəd də ortaya qoymayıb.
Qeyd edək ki, bu hesabat Avropa Şurası Parlament Assambleyasının tövsiyəsi ilə hazırlanıb. Səhiyyə Komitəsinin ilk yığıncağı bu ilin yanvarında keçirilib. Həmin iclasda avropalı ekspertlər və Səhiyyə Komitəsinin üzvləri ÜST-nin AH1N1 virusu ilə bağlı tövsiyələrini sərt tənqid edib və ÜST-nin əczaçılıq şirkətlərinin təzyiqi ilə belə addım atdığı barədə fikirlər səsləndiriblər. ÜST-nin bir sıra qərarları da elmi baxımdan sual altında qoyulub. Hesabatın yekun mətni bu il aprel ayında müzakirəyə çıxarılacaq.

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 2831