Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Boşanma kişilərə də təsir edir   |   Yaşın fərqi varmış   |   Depressiya görməni zəiflədir   |   Pul saymaq ağrını azaldır   |   Kök kişilər daha sədaqətlidir   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Təzyiq altında yaşamayın   |   Sevgi qurban tələb edir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Ana öpüşü güclü immunitet yaradır   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Köklük insult riskini artırır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   B6 vitamini xərçəng risqini azaldır   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Diliniz dərdinizdən danışır...   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Sonsuzluq – miflər və faktlar   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Ana südü xərçəngə qarşı   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Uşaqları öpməyin!   |   Saqqız çeynəməyin faydaları   |   Ana bətnində 4 gün donduruldu   |   Partenofiliya - bakirə qızlara meyl   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Stress qadınların beynini zəiflədir   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Yemiş stressin dərmanıdır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Kişilər yoxa çıxacaq   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   
Tonzillit

Kəskin tonzillit və ya angina badamcıqların iltihabına deyilir. Badamcıqlar ağız və burun vasitəsilə orqanizmə daxil olan mikrobların qarşısını alaraq baryer rolunu oynayır. Bakterial kəskin tonzillit əsasən streptokokklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından sonra üçüncü yerdə duran geniş yayılmış bir xəstəlikdir. Böyüklər arasında bu xəstəliyə 5%, uşaqlar arasında isə 6%-dən çox rast gəlinir. Payız və yaz aylarında xəstələnmə hallarının artması xarakterikdir.

 

Növləri və səbəbləri

Qeyd olunduğu kimi xəstəliyin əmələ gəlməsində streptokokk bakteriyaları əsas rol oynayır. Bir çox alimlərə görə angina zamanı badamcıqlardan götürülmüş yaxmada 80% hallarda bu bakteriyalar tapılır. Ümumi və yerli müqaviməti zəifləmiş orqanizmin yoluxması xaricdən, yəni hava-damcı yolu və qida ilə, yaxud da daxildən baş verir. Xarici mühit faktorlarından temperatur, rütubət, çirkli hava və digər orqanlarda olan xroniki infeksiyalar da şərait yaradan faktorlar hesab olunur. Bununla yanaşı badamcıqların travması, uşaqların konstitusional tipi və sinir sisteminin vəziyyətini də bu faktorlara aid etmək olar.

 

Simptomları

Kəskin ümumi zəiflik, boğazda qıcıqlanma, udqunmanın ağrılı olması, ağrının qonşu orqanlara yayılması, temperaturun qalxması (38-400C), baş ağrıları, iştahanın azalması, limfa vəzilərinin böyüməsi və s. xarakterik simptomlardandır. Xüsusilə uşaqlarda çeynəmənin ağrılı olması, yeməkdən imtina və ağız suyunun çoxalması kimi əlamətlər müşahidə oluna bilər. Kəskin tonzillitlərin növündən asılı olaraq xəstəlik özünü həm yüngül, həm də ağır formada göstərə bilər. Xəstəlik adətən 6-8 gün davam edir.

 

Diaqnostikası

Xəstəliyi klinik və laborator müayinələrə, eləcə də yuxarıda göstərilən əlamətlərin kəskin olaraq başlamasına əsasən təyin etmək olar. Xəstəliyin növünü və buna uyğun olaraq da müalicəni təyin etmək üçün qulaq-burun-boğaz həkimi xəstəyə baxış keçirməli, lazım gəldikdə müvafiq müayinələri aparmalıdır.

 

Müalicəsi

Əsasən belə xəstələr ev şəraitində, lakin yaxşı olar ki, təcrid olunmuş şəkildə müalicə olunmalıdır. Ağır hallarda müalicə xəstəxananın infeksion şöbəsində aparılmalıdır. İlk gündən 7-8 günlük ciddi yataq rejimi gözlənilməlidir. Buna həm xəstəliyin ağırlaşmalara səbəb olmasının qarşısını almaq, həm də onun xroniki hala keçməsini önləmək üçün əməl olunmalıdır. Dərman preparatlarından antibiotiklər (7-10 gün) və antihistamin preparatlarının kurs müalicəsi aparılır, yerli olaraq qarqara, inhalyasiya, temperatur olarsa hərarətsalıcı və ağrıkəsici dərmanlardan istifadə olunur. Əgər xəstəlik xroniki hala keçərsə və il ərzində bir neçə dəfə təkrarlanaraq xəstəyə əziyyət verərsə, tonzillektomiya əməliyyatı aparılmalıdır. Lakin bunun üçün xəstəliyin bir qədər sakitləşməsini gözləmək lazımdır. Bundan başqa, tonzillitin qabağı vaxtında alınmazsa, bir sıra ağırlaşmalara (peritonzilyar və udlaqətrafı abses və s.), hətta sepsis kimi ciddi problemlərə gətirib çıxara bilər.

Baxış sayı
Ay ərzində: 27
Bütünlüklə: 3009