İtlər xanımlarda allergiya risqini azaldır   |   2 yaşında 41 kilo oldu   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Qadınlar, qəhvə için!   |   Nikah gecəsinin sirləri   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Soğan yemək beyini gücləndirir   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   İnternet qocalmanı sürətləndirir   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Əlləriniz xarakterinizi göstərir   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Depressiya görməni zəiflədir   |   Piylənmə və artıq çəki problemi   |   B6 vitamini xərçəng risqini azaldır   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Prostatit və onunla mübarizə   |   Pula qarşı allergiyası olan insan   |   Çox oturmağın zərərləri   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Xoşbəxtlik qadınları zəif edir   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Uzunömürlülüyün sirri   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Stress qadınların beynini zəiflədir   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Oturaq iş qadınları qocaldır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Köklük insult riskini artırır   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Çiyələk gümrahlığı artırır   |   
Qıcıqlanan bağırsaq sindromu

Qıcıqlanan Bağırsaq Sindromu (QBS) yoğun bağırsağın funksional pozğunluğu olub bir çox əlamətləri özündə birləşdirir.   QBS zamanı qarında ağrı ilə müştərək bir-birini əvəz edən qəbzlik və ishal qeyd oluna bilər. Qıcıqlanan Bağırsaq Sindromu (QBS) həkimlərin ən çox rast gəldiyi şikayətlərdən biridir. Amma heç də QBS-i olan hər bir kəs həkimə müraciət etmir. Yalnız daha həsas və şikayətləri kəskin olan insanlar həkimə müraciət edirlər. Belə hallarda həkimə müraciət etmə alqışlanmalıdır. Çünki siz əmin ola bilərsiniz ki, şikayətləriniz digər daha ciddi patologiyadan qaynaqlanmır. QBS kişilərə  nisbətən qadınlarda daha çox rast gəlinir.

 

Səbəbləri

QBS-nin dəqiq səbəbini müəyyən etmək çox çətindir. QBS zamanı bağırsaqlarda heç bir patoloji struktur dəyişikliyi müəyyən edilmir. Bir neçə mümkün hesab edilən səbəblər təklif edilir, məsələn:
  - Bağırsaq əzələsində hərəki pozğunluğu. Normada bağırsaq daxilindəki qidanı hərəkət etdirmək üçün yığılıb açılır. Amma bəzən bu proses sürətlənərək ishal, qaz toplanması, genişlənmə, bəzən isə zəifləyərək qəbzlik törədə bilər.
  - Bağırsağın genişlənməsinə və hərəkətinə qarşı dözümlülüyün zəif olması. Bunu bəzi alimlər mərkəzi sinir sistemi ilə əlaqələndirirlər. 
  - Bəzi alimlər hormal dəyişikliklərin QBS zamanı əhəmiyyətli ola bilməsi inancındadırlar. QBS-dən əziyyət çəkən qadınlarda menustrasiya zamanı şikayətlərin daha da kəskinləşməsi bu ideyanı dəstəkləyir.

 

Əlamətləri

  - Qarında ağrılar və ya sancılar
  - Qarında köp
  - Ağrı ilə müşayət olunan xroniki ishal
  - Ağrı ilə müşayət olunan xroniki qəbzlik
  - Ağrıların nəcis ifrazından sonra keçməsi
  - Ürəkbulanma və qusma
  - İştahanın itməsi
  - Depressiya
  - Nəcisdə seliyin olması

 

Risk faktorları

  - Lifli qidaların az qəbulu
  - Əsəbi və gərgin iş rejimi
  - Qəbzlik zamanı işlədici dərman və vasitələrin (Laksativlərin) istifadəsi
  - İnfeksion ishalın olması
  - Digər qısamüddətli bağırsaq iltihabının keçirilməsi

 

Müayinələr

Adətən aparılan müayinələr heç bir nəticə vermir. Fəqət onların aparılması digər xəstəlikləri inkar etmək nöqteyi nəzərindən əhəmiyyətlidir. Həkiminiz aşağıdakı müayinələri təklif edə bilər:
  - Kolonoskopiya
  - Qarın boşluğu orqanlarının ultrasəs müayinəsi
  - Qanın ümumi analizı
  - Nəcisdə gizli qanın təyini
  - Bəd xassəli törəmələri inkar etmək üçün qanda bəzi onkomarkerlərin yoxlanılması

 

Müalicə

Müalicənin əsas məqsədi əlamətlərin aradan qaldırılmasıdır. Bəzi insanlarda pehriz əlamətlərin aradan qalxmasına kömək edir. Bağırsaqları qıcıqlandıran qidaların (məsələn, kofein) qəbul edilməməsi gərəkli ola bilər.  Aşağıda göstərilən vasitələrdə QBS əlamətlərinin itməsinə gətirib çıxara bilər:
  - Stresi aradan qaldıran tədbirlər, məsələn, idmanla məşğul olma
  - Yeməkdən öncə antixolinergik dərmanların qəbulu
  - Güclü təşviş və ya dərin depressiya zamanı dostlarla ünsiyyət
  - Diarreya əleyhinə dərmanların qəbulu
  - Aşağı dozalı antidepressantların qəbulu

Yadda saxlamaq lazımdır ki, QBS insanı onun bütün həyatı boyu müşayət edə bilər, amma onun yaratdığı şikayətlər müalicə vasitəsilə yaxşılaşa bilər və ya tam aradan qalxa bilər.

Baxış sayı
Ay ərzində: 30
Bütünlüklə: 4080