Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Çili bibərləri ağrıkəsicidir   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Saqqız çeynəməyin faydaları   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Sevgi qurban tələb edir   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Peşənə bax, ölümünü bil!   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Başı başqa bədənə köçürüləcək   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Depressiya görməni zəiflədir   |   Autizm dünyanın sonu deyil   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Kişilər yoxa çıxacaq   |   Boşanma kişilərə də təsir edir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Pul saymaq ağrını azaldır   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   
Qastrit

Qastrit mədənin selikli qişasının iltihabıdır. Başqa sözlə, qastrit mədəni daxildən müdafiə edən örtüyün müxtəlif səbəblər üzündən zədələnməsidir.Qastritin əmələ gəlməsinin əsas səbəblərindən biri Helicobacter pylori adlanan bakteriyalardır.Requlyar olaraq ağrıkəsici dərmanların qəbulu, travmatik zədələnmələr, spirtli içkilərin qəbulu, emoisional gərginlik kimi faktorlar da qastrit törədir. Qastritlər kəskin və xroniki olmaqla iki qrupa bölünür. Müalicə edilməyən qastrit mədə xorasına gətirib çıxara bilir.

 

Səbəbləri
  - Bakterial infeksiya. Təsqid edilmişdir ki, Helicobacter pylori infeksiyası mədənin selikli qişasını zədələyə bilir və qatritin əmələ gəlməsində böyük rolu var
  - Qeyri-sterioid dərmanların (aspirin, ibuprofen və s.) uzunmüddətli qəbulu
  - Həddən ziyadə alkoqol qəbulu
  - Siqaret çəkmə
  - Stress
  - Ödün 12 barmaq bağırsaqdan geri mədəyə qayıtması
  - Bədənimizdə gedən autoimmun proses mədəmizin selikli qişasına zədələyici təsir göstərərək onun iltihabını törədir
  - Travmatik zədələnmə
  - İsti qida və ya içki ilə yanma
  - Cərrahi əməliyyatlardan sonrakı dövrdə qastrit yarana bilər

 

Əlamətlər

  - Epqastral nayihədə, yəni döş sümüyünün altında olan ağrılar və ya diskomfort
  - İştihanın azalması və ya itməsi
  - Gəyirmə
  - Ürəkbulanma
  - Qusma
  - Hərarət
  - Yuxululuq
  - Qanqusma

 

Diaqnoz necə qoyulur?

  - Mədənin Rentgen müayinəsi selikli qişada zədənmənin olub-olmamasını üzə çıxarir
  - Mədənin Endoskopik müayinəsi həkimə mədənin selikli qişasını görməyə və rentgen müayinəsinin müəyyən edə bilmədiyi zədələnməni aşkar etməyə imkan verir
  - Helicobacter pylori infeksiyasının olub-olmaması fərqli üsullarla müəyyən edilə bilər: endoskopik müayinə zamanı götürülmüş mədə toxumasının histoloji müayinəsi, nəfəs testi, qan testi və nəcis testi.
Ağırlaşmaları
  - Qastrit müalicə olunmazsa mədə xorasına gətirib çıxara bilər
  - Xroniki qastritin bəzi formaları mədə xərçənginin əmələ gəlməsinə səbəb ola bilər.

 

Müalicəsi

Qastritin müalicəsinin əsas prinsipi qıcıqlandırıcı və zədələyici faktorların aradan qaldırılmasdır:
  - Helicobacter pylori  infeksiyasını aradan qaldırmaq üçün iki antibiotikin və proton nasosu inhibitoru adlanan dərmanlar birgə təyin edilir
  - Antiasidlər (Almagel, Maaloks və s.) mədənin turşuluğunu neytrallaşdırır və onun zədələyici təsirini azaldır
  - Turşu blokatorları adlanan dərmanlar həkiminiz tərəfindən təyin edilə bilər. Bunlara Cimetidine, Ranitidine, Nizatidine, Famotidine kimi dərmanlar aid edilir.  
  - Proton Nasosu İnhibitorları mədənin turşu ifrazını etibarlı şıkildə azalda biləcək yeni nəsil dərmanlardır. Bunlara Omeprazole, Lansoprazol, Rabeprazole kimi dərmanlar aid edilir
  - Dərman müalicəsindən əlavə mədəni zədələyə biləcək faktorlardan – alkoqol qəbulundan, siqaret çəkmədən, stresdən, çox isti qidalar və içkilərdən çəkinmək lazımdır.
  - Qastritdən əziyyət çəkən insanlar çox yağlı, istiotlu yeməklərdən qaçmaları məsləhət görülür.

Baxış sayı
Ay ərzində: 22
Bütünlüklə: 4146