Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Pul saymaq ağrını azaldır   |   Müasir xanımlar çox yaşayır   |   Savadlı ol ürəyin ağrımasın   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Stress qadınların beynini zəiflədir   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Uzunömürlülüyün sirri   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Körpələr yatanda da öyrənir   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Nikah gecəsinin sirləri   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Xoşbəxtlik qadınları zəif edir   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Soğan yemək beyini gücləndirir   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Su filtrindən süzülən xəstəlik   |   Xərçəngi insan yaradıb?   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Suyu az içmək beyni qocaldır   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Dişləri düzgün fırçalama texnikası   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Qadınlar yatanda arıqlayır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Uşaqları öpməyin!   |   Boşanma kişilərə də təsir edir   |   Körpələrin ağlaması onlara xeyirdir   |   
Otit - qulağın iltihabi

Qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır. Burdan belə nəticəyə gəlmək olar ki, insanın qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin də özünəməxsus funksiyaları və xəstəlikləri vardır. Beləliklə, qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür.

 

Qulağa birbaşa aid olan xəstəliklər daxili və orta otitlərdir. Daxili otitlərə az rast gəlinsə də, bu çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən sərbəst əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqdan ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur. Orta otitlər daha çox yayıldığına görə, "otit" termini işlənərkən də əksərən orta qulağın iltihabı nəzərdə tutulur.

 

Səbəbləri və növləri

Orta qulaq iltihabının əmələ gəlməsi tez-tez yuxarı tənəffüs yollarında baş verən iltihabi xəstəliklərlə əlaqədar olur. Qeyd etdiyimiz kimi burada da ümumi infeksion xəstəliklər, məsələn, kəskin respirator virus infeksiyası və immun sistemin zəifləməsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, burun-udlaqda baş verən hipertrofik rinit, adenoid və burun çəpərinin əyriliyi kimi patologiyalar da otitlərin əmələ gəlməsinə zəmin yaradır. Orta qulaq əsasən təbil boşluğundan ibarət olduğundan iltihabın bir səbəbi də bu boşluqda təzyiqin dəyişməsidir. Məsələn, suda üzərkən və ya suya baş vurarkən, hündürlüyə qalxarkən (enərkən) atmosfer təzyiqinin kəskin dəyişməsi təbil boşluğundakı təzyiqə təsir edir və nəticədə buradakı selikli qişanın zədələnməsinə və iltihabi prosesin yaranmasına səbəb olur.

Otitlər, daha çox uşaqlarda müşahidə olunur. Bu da onların burun-udlağının anatomik quruluşundan, immunitetlərinin zəif olmasından və bir sıra digər subyektiv səbəblərdən asılıdır.

Gedişinə görə kəskin və xroniki otitlər ayırd edilir. Kəskin otit dedikdə, eşitmə borusu da daxil olmaqla orta qulağın bütün hissələrində gedən iltihabi proses nəzərdə tutulur.

 

Simptomları

Xəstələrin şikayətləri qulaqda və qulaqətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.

 

Diaqnostikası

Həkim bilavasitə otoskopiya etməklə təbil pərdəsinin vəziyyətinə və şikayətlərə əsasən rəy verməlidir. Əgər yuxarıda sadalanan simptomlar müşahidə olunarsa və bundan öncə xəstə soyuqdəyməyə məruz qalıbsa, o zaman diaqnozu təyin etmək çətinlik törətmir. Şikayətlərdən əlavə mütləq audioqramma aparmaq və bəzən qulaqdan yaxma götürüb mikrobları yoxlamaq lazım gəlir.

 

Müalicəsi

Yerli və ümumi aparılır. Yerli olaraq antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur, qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir. Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid preparatları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur. Bununla yanaşı, burun tutulmasına səbəb olan faktorlar  (adenoidlər, burun çəpərinin əyriliyi, allergik rinitlər və s.) varsa, onlar da aradan qaldırılmalıdır. Əgər aparılan müalicə fonunda yaxşılaşma müşahidə olunmazsa, əksinə, prosesin xronikləşməsi və beyindaxili ağırlaşma əlamətləri müşahidə olunarsa irinin cərrahi yolla xaric edilməsi vacibdir.

Baxış sayı
Ay ərzində: 24
Bütünlüklə: 3175