Şüuraltı fikirləri təmizləmək mümkündür   |   B6 vitamini xərçəng risqini azaldır   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Xoşbəxtlik qadınları zəif edir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Kişilər yoxa çıxacaq   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Çili bibərləri ağrıkəsicidir   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Başı başqa bədənə köçürüləcək   |   Əlləriniz xarakterinizi göstərir   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   İnsan dərisindən ev   |   Yuxusuzluq kökəldir   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Linza seçərkən diqqətli olun   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Sevgi ürəyə xeyirdir   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Köklük insult riskini artırır   |   Kök kişilər daha sədaqətlidir   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   İdman depressiyanın dərmanıdır   |   Ana südü xərçəngə qarşı   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Kola spermanın tərkibini korlayır   |   Ev işləri erkən doğum risqini artırır   |   Güclü cinsin zəif tərəfləri   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Qadınlar niyə çox danışır?   |   Tüstüsüz siqaret kəşf edildi   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Arıqladan çimərlik paltarı   |   Gəzinti ən yaxşı idmandır   |   
Gözəl görünmək istəyənlərə 12 məsləhət

Yayda dəriyə qulluq
Yayda insanın dərisi daha çox yad təsirlərə məruz qalır və təbii ki, bu təsirlər fəsadsız ötüşmür. Bunun üçün də cildə xüsusi qulluq lazımdır. Bir çoxlarıçətin və bahalı prosedurlar olduğuna görə, buna əhəmiyyət vermir.
Amma evdə əlinizin altında olan məhsullarla özünüz möcüzələr yarada bilərsiniz.

 

Problemsiz dəri
Məhsullar: Təzə nanə, duz
Yarım litr suyu qaynadın və içinə on ədəd təza nanə yarpağı atın. On dəqiqə saxlayandan sonra suyu süzün və bir fincan duzla bərabər vanna qəbul edin.
Nanə rahatladıcı, sakitləşdirici təsiri olan bitkidir. Duz isə pilinq etmə özəlliyi sayəsində dərini ölü hüceyrələrdən təmizləyir.

 

Quru dəri
Məhsullar: Süd, duz, bal.
Plastmas şüşədə bir litr süd, bir fincan duz və yarım fincal balı çalxalayaraq qarışdırın. Əldə edilən köpüklə bədəni masaj edin və yaxalanın. Həftədə bir dəfə edilən bu masajda süd epidermisə zərər vermədən dərini təmizləyir. Duz da ölü dəridən azad olmağa kömək edir.

 

Əllərdəki ləkələr
Məhsullar: Limon suyu, zeytunyağı.
Üç damcı zeytunyağını bir limonun suyu ilə qarışdırın. Qarışığı əllərinizə sürtün. Yarım saatdan sonra pambıqla əllərinizi silin və yaxalayın.
Limon suyundakı C vitamini əllərdəki ləkələrin solmasına, dərinin pilinq olmasına, zeytunyağı isə quruluğun aradan qalxmasına və yumuşalmaya kömək edir.

 

Dırnaqlara qulluq
Məhsullar: Lavanda yağı.
Dırnaqların üzərinə sürtülən bu yağ onları tez tez qırılmalardan və sairə bir çox problemlərdən mühafizə edəcək.

 

Əl maskası
Məhsullar: Zeytun yağı, bal.
Maskanı tədbiq etməzdən əvvəl bir müddət əllərinizi suda yumşaldın. Sonra əllərinizi 5 dəqiqə ilıq zeytunyağı və bir çay qaşığı balın içərisində saxlayın. Bu məhlulla əllərinizi masaj edin.

 

Saçlar
Məhsullar: Yumurta sarısı, adaçayı yağı.
Bir yumurtanın sarısını 4 damcı yağ ilə qarışdırın. Bu məhlulu təmiz saça sürtün. 10 dəqiqə gözləyəndən sonra isə ilıq su ilə yaxalayın. Yumurta saçları yumşaldır, onların daha asan daranmasına yol açır. Adaçiçəyi yağı isə saçlara ipək kimi görüntü verir.

 

Saç maskası
Məhsullar: 2 yemək qaşığı bal, 1 ədəd limon
İki yemək qaşığı balı bir limonun suyu ilə qarışdırın. Maskanı quru saça sürtüb 10 dəqiqə gözləyin. Saçlar həcmli və parlaq görünüş qazanacaq.

 

Üz maskası
Məhsullar: Yumurta sarısı, süd.
İki məhsulldan hazırlanan qarışığı üzə sürtün, maskanın üstünü nazik parça ilə örtərək on beş dəqiqə gözləyin. Sonra maskanı kağız dəsmalla silərək təmizləyin, ilıq su ilə yaxalayın. Qidalandırıcı yumurta və nəmləndirici süd dəriyə gözəllik bəxş edəcək.

 

Qara nöqtələr
Məhsullar: Limon suyu, qatıq
Bir kasa qatığı bir limonun suyu ilə qarışdıraraq maska hazırlayın. Bu maska üzdə on beş dəqiqə qalandan sonra yuyun. Limon suyu dərini dezinfeksiya edir və qara nöqtələri yox edir. Qatıq isə dərini nəmləndirərək, yağın miqdarını tənzimləyir.

Sızanaqlar
Məhsullar: Gül kələm, zeytunyağı.
Səkkiz ədəd kələm yarpağını iki qaşıq zeytunyağı ilə bir yerdə mikserlə çalın. Qarışığı problemli bölgələrin üstünə sürtün. On dəqiqdən sonra üzünüzü ilıq su ilə yuyun.

 

Qırışıqlara son
Məhsullar: Qaymaq, alma.
Qabığı soyulmuş almanı 3 qaşıq qaymaqla mikserlə çalın. Qarışımı dəriyə sürtəndən sonra üzərini təmiz parça ilə örtün. Bir neçə dəqiqədən sonra maskanı silin və üzünüzü ilıq su ilə yuyun.
Qaymaq dərini yumşaldır, nəmləndirir və elastiklik verir, qırışlara qarşı təsirlidir. Alma isə dərinin canlı qalmasına kömək edir.

 

Yağlı dəri
Məhsullar: Bal, süd, limon suyu.
Bir qaşıq bal, bir qaşıq limon suyu və bir miqdar süd qataraq qarışdırın. Qarışığı üzünüzə və boynunuza sürtün. Quruyana kimi gözləyin və nəm dəsmal ilə təmizləyin.
Bu maddələr dərinin yağlılığını tənzimləyir. Artıq yağın səbəb ola biləcəyi sızanaqların qarşısını alır.

Baxış sayı
Ay ərzində: 30
Bütünlüklə: 6194