Qan qrupu xarakterinizdən xəbər verir   |   29 yaşında nənə oldu   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Pul saymaq ağrını azaldır   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Soğan yemək beyini gücləndirir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Saqqız çeynəməyin faydaları   |   Uşaqları öpməyin!   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Linza seçərkən diqqətli olun   |   Ana öpüşü güclü immunitet yaradır   |   Qadınlar, qəhvə için!   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Şokolad qan təzyiqini azaldır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Prostatit və onunla mübarizə   |   Çiyələk gümrahlığı artırır   |   Çili bibərləri ağrıkəsicidir   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Çox gülən qadınlar tez kökəlir   |   Depressiyanın dərmanı - dondurma   |   Həkimlərdən qeyri-adi cəza   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Xərçəng yox olmaq üzrədir…   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Piylənmə və artıq çəki problemi   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Ramazan ayında necə qidalanmalı?   |   B6 vitamini xərçəng risqini azaldır   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Diliniz dərdinizdən danışır...   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Kişilər yoxa çıxacaq   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Sevgi ürəyə xeyirdir   |   Balığın sağlamlığınıza faydaları   |   Qadınların sevimli yaş dövrü   |   
Kişilərin futbol sevgisi

Görəsən, niyə xüsusilə kişilərin həyatında futbol matçlarını seyr etmək, bir futbol komandasının tərəfdarı olmaq bu qədər əhəmiyyətlidir? Niyə kişilər futbolu fanatik olma dərəcəsində bu qədər çox sevib təqib etməyə çalışır, hətta bütün plan və proqramlarını matç saatlarına görə qururlar? Azrkeşlik etdikləri komandanın qazanmalarından çox xoşbəxt olub, itirdiklərində depressiyaya girəcək qədər özlərini pis hiss edirlər?
Bu və digər sualların cavablarını idmansevərlərlə bərabər psixoloqlar illərdən bəri araşdırmaqdadır. Araşdırmalara görə xüsusilə kişilərin matç seyr etməsinin ən əhəmiyyətli səbəblərindən biri fikirlərini dağıtmasıdır. Futbol gərgin iş rejimindən, gündəlik həyatın gətirdiyi məsuliyyətlərdən “qurtuluş” vasitəsidir.
Eyni zamanda, kişi matçı seyr edərkən özünü komandanın, ya da bir oyunçunun yerinə qoyur . Yəni, özünü onunla eyniləşdirir. Azrkeşlik etdiyi oyunçunun, yaxud komandanın  müvəffəqiyyətini öz uğuru kimi qəbul edir. Oyun bitdiyində əgər komandası qazanıbsa, hesabı soruşduğumuzda şəxsin “bacardıq” deməsini yəqin çoxları eşidib. Əslində “bacardıq” kişilərin özlərini komandaları ilə nə qədər eyniləşdirdiklərinin ən güclü dəlilidir.
Necə ki, qadınlar aktrisa və modelləri özlərinə ideal seçərək onlara bənzəməyə çalışır, eləcə də kişilər futbolçuları özlərinə  kumir hesab edirlər. Çünki futbolçu şəxsiyyətinin özü kişiyə şöhrət, güc, pul, rəqabət və dayanıqlılıq kimi hisslər gətirir və kişilərin özlərini daha yaxşı hiss etməsini təmin edir.
Psixologiyada bu məlumatları dəstəkləyən “İctimai şəxsiyyət nəzəriyyəsi” nə görə, özünə inamı olmayan şəxslər özlərini tək və təcrid edilmiş hiss edər, qayğılı hiss edərlər. İdman tərəfdarlığı “birlik”, “bərabərlik” və “bağlılıq” duyğularının kişilərdə yüksəlməsini təmin edir. Həmçinin depressiya riskini azaldır. Eyni zamanda futbol, kişiləri yeknəsəklikdən uzaqlaşdırır. Qadınların həyatı qədər rəngli və dolu olmayan həyatlarına həyəcan və coşğu qatmasına köməkçi olur.
Ayrıca futbol kişilərin içində basdırdıqları aqressiyanı sağlam şəkildə ortaya çıxarmasına fürsət verir. Kişilər xüsusilə matç seyr etdikləri an dünyadan əlaqələrini kəsə bilər, heç kimin düşüncələrinə, söylədiklərinə əhəmiyyət verməzlər.
Kişilər üçün futbol seyr etmək bir növ ictimailəşmə, ünsiyyət formasıdır. Bu zaman azarkeşin içində hər cür strategiya və taktika olur və beyni işlədir. Kişilər üçün futbol bir növ müalicədir . Hörmətlərini gücləndirən, aid olma duyğusunu yaşadan, həyəcan, coşğu və kef verib adrenalin ifraz edən müalicə. Həyatın stress, məsuliyyət və yeknəsəkliyindən qaçış fürsəti təmin edən vasitə sayıla bilər. Futbol yalnız bir oyun deyil, gerçək mənada kişilərə təqdim edilə bilən bir hədiyyədir. Bununla birlikdə, yenə də diqqət yetirməmiz lazım olan nöqtə isə hər şeydə olduğu kimi həyatımızda futbol taraftarlığında da həddindən artığa qaçmamaqdır. Yəni fanatikləşməmək. Nəticədə həyatdakı bir çox şey kimi futbol da asılılığa səbəb ola bilər.

Psixoloq Lalə Bağırova

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 2863