Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Ana öpüşü güclü immunitet yaradır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   İdman depressiyanın dərmanıdır   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Çili bibərləri ağrıkəsicidir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Peşənə bax, ölümünü bil!   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Su filtrindən süzülən xəstəlik   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Enli budlar sağlam ürəyə işarədir   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Oturaq iş qadınları qocaldır   |   Depressiyanın dərmanı - dondurma   |   Çox oturmağın zərərləri   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   3D ürək bulandırır   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Qadınların sevimli yaş dövrü   |   Yuxusuzluq kökəldir   |   Boşanma kişilərə də təsir edir   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Ramazan ayında necə qidalanmalı?   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Çox gülən qadınlar tez kökəlir   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Ana südü xərçəngə qarşı   |   Qadınlar niyə çox danışır?   |   Körpələrin ağlaması onlara xeyirdir   |   29 yaşında nənə oldu   |   B6 vitamini xərçəng risqini azaldır   |   
Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar

Böyük ehtimalla sizin də ətrafınızda “kaş ki, böyrəyim, qaraciyərim xəstə olardı, amma bu xəstəlik məndə olmazdı” deyən yaxınlarınız var.Yəqin bir çoxunuzun beynində bunun hansı xəstəlik olduğu sualı yarandı. Bu  son vaxtların ən çox rast gəlinən xəstəliklərindən olan “panik atak”dır.

Panik atak nədir?
Panik atak şəxsin gözləmədiyi halda anidən ortaya çıxan, 15-20 dəqiqə müddətində getdikcə artaraq ən yükək səviyyəyə çatan şiddətli qorxu tutmasıdır. Bu tutmanı keçirən şəxs həmin anda infarkt keçirərək öləcəyini, dəli olacağını, bayılaraq yıxılacağını və ya özünə nəzarəti itircəyinə inanaraq dəhşətli qorxu hissi keçirir. O, bu qorxunun təsiri altında sürətli bir şəkildə təcili yardım xidmətinə və ya ən yaxındakı həkimə müraciət edirlər.

Panik atakın əlamətləri hansılardır?
Aşağıda sadalanacaq 13 psixoloji və fizioloji əlamətdən ən az  4 əlamətin olması panik atak diaqnozu qoymaq üçün yetərlidir.

1.  Ürək döyüntülərinin sayının artması
2. Tərləmə
3.  Titrəmə
4. Boğulma
5. Nəfəsin kəsilməsi
6. Sinədə ağrı
7. Ürək bulanması və ya qarında ağrı
8. Gözlərin qaralması, başın fırlanması, huşun itməsi
9. Ətrafı hiss etməmək (sanki hər şeyi yuxuda görür)
10. Özünə nəzarəti itirmək
11. Ölüm qorxusunun yaranması
12. Bütün duyğuların ölməsi
13. Eyni zamanda bir neçə hissi yaşamaq (üşütmə, tərləmə və s.)

Bu əlamətlərin müşahidə olunduğu şəxslərdə panik atak diaqnozu qoymazdan əvvəl pasiyent ətraflı müayinə olunmalı, ürək, ağciyər, tiroid, beyin mənşəli problemlərin olub olmamasını dəqiqləşdirmək lazımdır.
Qeyd etməklazımdır ki, panik atak xəstəliyi zamanı laborator və instrumental müayinələr (qan analizləri, KT, MRT və sair) zamanı heç bir patologiya aşkar olunmur. Bir çox xəstə bu müayinələrin nəticəsinə inanmayaraq başqa həkim və klinikalara müraciət edirlər.
İlk panik tutma adətən səbəbsiz baş verir. Bir neçə dəfə təkrarlandıqdan sonar şəxsdə “Birdən yenə olar?”, “Görəsən birdə nə vaxt olacaq?” tipli növbəti panik atakı gözləmə həyəcanı yaranır. Bu düşüncələr artdıqca xəstə “birdən yenə panik atak olar və mənə heç kim kömək etməz” fikiri ilə iri ticarət mərkəzlərinə, metroya və digər qapalı yerlərə getməkdən çəkinirlər. Özlərinə məxsus güvənli məkanlar seçirlər ki, həmin məkandan kənara çıxmırlar. Bu panik atakın aqrofobiyalı forması adlanır.

Müalicəsi
İlk öncə xəstədə paralel olaraq hansısa somatik xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün bəzi müayinələr aparılmalıdır. Əksər hallarda xəstələrdə heç bir problem ortaya çıxmır. Müalicənin məqsədi panik atakı tam aradan qaldırmaq yox, xəstənin panic ataka münasibətini dəyişmək, psixoloji problemləri aradan qaldırmaq və panik atak haqqında tam məlumat verməkdir. Bu səbəbdən xəstələrə dərman terapiyasi ilə yanaşı psixoterapiyanın aparılması da zəruridir.
Dərman terapiyası zamanı ilk seçim preparatı müasir qrup antidepressantlar olmalıdır. Bəzən parallel olaraq yüngül sakitləşdiricilərdən də istifadə etmək olar.
Xəstəliyin əlamətləri azalan kimi dərmanı kəsmək lazım deyil. Özünüzü yaxşı hiss etdiyiniz andan etibarən müalicə 4-6 ay davam etməlidir. Dərman dozasını və növünü mütləq həkim təyin etməlidir. Panik tutma zamanı qəbul edilən dərmanlar bəzən xəstəyə təsir etməyə bilər.

Panik tutma zamanı nə etmək lazımdır?
Xəstələr mütləq əvvəlcədən bilməlidirlər ki, bu adi bir panik tutmadır və bu tutmaya görə onlara heç vaxt heç nə olmayacaq. Həyəcanlanmadan sakit bir şəkildə oturub tutmanın keçməsini gözləmək lazımdır. Bu zaman dərindən nəfəs almaq şikayətlərinizi artıra bilər. Bu səbəbdən də bu tip hərəkətlərdən çəkinin. Təcili yardım və ya həkim çağırmağınız, spirtli və kofeinli içkilər qəbul etməyiniz, siqaret çəkməyiniz məsləhət deyil.

 

Psixiatra sual ver

Həkim psixiatr Orxan Fərəcli

Baxış sayı
Ay ərzində: 31
Bütünlüklə: 4286