Qaradərili insanlar daha sakit olurlar   |   Yaşın fərqi varmış   |   Portağal sümüyü bərkidir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Depressiyanın dərmanı - dondurma   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Xərçəng yox olmaq üzrədir…   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Qadınlar niyə çox danışır?   |   3D ürək bulandırır   |   Kişilər yoxa çıxacaq   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Enli budlar sağlam ürəyə işarədir   |   Qadınlar, qəhvə için!   |   Depressiya görməni zəiflədir   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Linza seçərkən diqqətli olun   |   Yemiş stressin dərmanıdır   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Qadınlar yatanda arıqlayır   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Ana bətnində 4 gün donduruldu   |   İdman depressiyanın dərmanıdır   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Balığın sağlamlığınıza faydaları   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Dişləri düzgün fırçalama texnikası   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   
“Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”

“Ürəyi zəif olanlar baxmasın”, “Dəhşətli görüntülər yayıldı, 18+ ”, “Baş kəsərək, videoya çəkdi”.

Bu və buna bənzər başlıqlı xəbərlərin sayı son zamanlarda getdikcə artmaqdadır.

Buna səbəb isə terror təşkilatlarının bir-biriləri ilə qəddarlıq yarışmasına girmələridir. Demək olar ki, hər gün yeni-yeni vəhşilik nümayiş etdirən terror təşkilatları sırasında ilk pilləni sözsüz ki, İŞİD qruplaşması tutub.

Bu qruplaşma tez-tez tutduqları əsirlərə qarşı qəddarlıq edir, həmin anları kamera ilə lentə alaraq yayımlayır. Buna səbəb isə hər kəsin onlardan qorxmasını istəmələridir.

Bu kimi videoların bizim ölkəmizdə də geniş formada yayılması cəmiyyət arasında birmənalı qarşılanmır. Çünki şiddət əks etdirən bu videolar insanların psixologiyasına mənfi təsir göstərir. Getdikcə baş kəsmə videoları insanlar üçün adiləşir. Bu da cinayətlərin artmasına gətirib, çıxara bilər.

Məsələni daha dəqiq araşdırmaq və bu videoların insanlara hansı formada təsir etdiyini öyrənmək üçün psixoloq Elnur Rüstəmovla əlaqə saxladıq.

Elnur Rüstəmov musavat.com-a verdiyi açıqlamasında bildirdi ki, bu tipli videoların yayılması insanların psixologiyasına mənfi təsir göstərir: “Şiddət əks etdirən videoları yayımlayarkən xəbərin başlığında 18+ qeyd edilsə də, bu, heç də məsələnin həlli deyil. Sizi əmin edirəm ki, belə videolara baxan şəxsin yaşı 18-dən çox olsa da, həmin şəxsin psixologiyasına bu, çox mənfi təsir edir. Bir şeyi nəzərə almaq lazımdır ki, insanlar belə videogörüntülərə baxan zaman onun aqressiyası artmağa başlayır. İnsanlarda bu tipli videolara maraq çoxdur. Çünki bu, insanın psixologiyasında var. Bizə uşaq vaxtı nəyi qadağan edirdilərsə, biz ona daha çox meyl edirdik. Çünki bizim üçün maraqlı idi ki, görəsən niyə qadağan edilir? Və bunu öyrənmək istəyirdik. Bu istək yaş artdıqca azalmır. Eyni hislər yenə də qalır. 18+ yazısını gördükdə ona mütləq baxmaq istəyirik. Sizi əmin edirəm ki, 18+ yazılan videolara baxanların böyük hissəsinin yaşı 18-dən azdır”.

 

“Artıq onun üçün qan, vəhşət, ölüm hadisəsi adiləşib”

Psixoloqun dediklərinə görə, bu tipli videoların yayımlanmasına qadağa qoyulmalıdır: “İnsan zaman keçdikcə bunlara alışır. Və artıq şiddət onlardan asılı olmadan şüuraltına yeridilir. Bu da cinayətlərin artmasına gətirib çıxarır. Misal üçün iki nəfər mübahisə edən zaman onlardan birinin üzərində bıçaq varsa, həmin şəxs özünü müdafiə etmək istəmir, artıq qətl törətmək haqqında düşünür. Artıq onun üçün qan, vəhşət, ölüm hadisəsi adiləşib. Buna görə də, bu tipli videoların yayımlanmasına qadağa qoyulmalıdır. Qadağan edilməlidir. Misal üçün İŞİD terrorçularının videoları yayıldıqdan sonra biz görürük ki, neçə-neçə insanlar vuruşmaq üçün ora getmək istəyirlər. Onlarda aqressiya yaranır”.

 

“Belə hadisələrin bir daha yaşanmaması üçün görülə biləcək tədbirləri işıqlandırmaq lazımdır”

E.Rüstəmov deyir ki, şiddət əks etdirən xəbərlərin sayını mümkün qədər azaltmaq lazımdır: “Təkcə cinayət, vəhşətdən söhbət getmir. Ailə münaqişələri haqqında verilən xəbərlərdə də diqqətli olmaq lazımdır. Bu yaxınlarda bir azyaşlı qızın evindən qaçması və onun bir neçə nəfər tərəfindən zorakılığa məruz qalması haqqında xəbər verilmişdi. Və bu xəbərdə hər şey öz çılpaqlığı ilə yazılmışdı. Bu, düzgün deyil. Bunu oxuyan digər azyaşlı gənclərdə öncədən belə bir fikir yox idisə, artıq yarana bilər. Belə xəbərlərin sayını azaltmaq lazımdır. Və ya bu tipli xəbərləri verən zaman hər şeyi çılpaqlıqla verməkdənsə, azyaşlı qızın evdən qaçmaq səbəblərini araşdırmaq, bu haqda ekspertlərdən rəylər almaq lazımdır. Belə hadisələrin bir daha yaşanmaması üçün görülə biləcək tədbirləri işıqlandırmaq lazımdır”.

 

“İnsanlar zombiləşib”

Psixoloq bunu da qeyd etdi ki, insanların ölüm hadisələrinə alışması pis nəticələrə yol açır: “Bəzən düşünürlər ki, belə xəbərləri qabartsalar, bu, digərlərinə dərs olacaq. Amma elə olmur. Tam əksinə getdikcə vəziyyət daha da pisləşir. Qəzalar getdikcə çoxalır. Və bu haqda bütün xəbərlər verilir. Qəzalar azalırmı? Təbii ki, azalmır. Amma bunun əvəzinə maarifləndirici çarxlar hazırlansa, daha məqsədə uyğun olar. Qəzaların qarşısını almağın yollarından xəbər vermək lazımdır. İntihar hadisələri son zamanlar daha da çoxalıb. Çünki bu da adiləşib. Artıq intihar xəbərləri əvvəlki kimi reaksiya görmür. Çünki insanlar zombiləşib. Ölüm hadisəsi hər kəs üçün adi bir hal alıb”.

Məhəmməd TÜRKMƏN

Baxış sayı
Ay ərzində: 20
Bütünlüklə: 2986