Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Qadınlar niyə çox danışır?   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Qadınlarla kişilər eyni cür düşünür   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Xərçəng yox olmaq üzrədir…   |   İnsan dərisindən ev   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Nikah gecəsinin sirləri   |   2 yaşında 41 kilo oldu   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Boşanma kişilərə də təsir edir   |   Güclü cinsin zəif tərəfləri   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Uşaqları öpməyin!   |   Tənhalıq xərçəngə səbəb olur   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Gəzinti ən yaxşı idmandır   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Ana bətnində 4 gün donduruldu   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   İnsulini sprey əvəz edəcək   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Qadınlar yatanda arıqlayır   |   Çox oturmağın zərərləri   |   Ana öpüşü güclü immunitet yaradır   |   Başı başqa bədənə köçürüləcək   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Sadizmə meyilli olan insan portreti   |   
Sadizmə meyilli olan insan portreti

Sadzmə meyilli insanlar üçün  tam hakimiyyət arzusu ən vacib şərtdir.Kiməsə fiziki  və mənəvi ağrı verməklə nəyi isə əldə etmək sadizmin əlamətlərindəndir.Digər insanı bütünlüklə köməksiz, asılı vəziyyətə salaraq, onu öz əşyasına çevirməklə mütləq qüdrət sahibi olmaq,sadistin daimi arzudur. Bunun ücun o,daimi təhqir və mütiliy səviyyəsinə çatdırma üsulundan istifadə edilir.

 

 

Mütləq hakimiyyətə çatmağın 3 yolu mövcuddur:
1. Digər insanları özündən aslı vəziyyətə gətirməklə tam, sərhədsiz hakimmiyyətə sahib olmaq.Bunun üçün qarşısındakı şəxsə ”Səni mən yaratmışam”,”Sən mənim istədiyim kimi olacaqsan”,”Sən mənim əməyimin və istedadımın nəticəsisən” , “Mənsiz sən hecnəsən”  fikirlərini təlqin edir;
2. Nəinki digərləri üzərində tam hakimiyyətə malik olmaq, hətda onları eksplotasiya edərək istifadə etmək.Bu istəklər digər şəxsi maddi , bəzən mənəvi cəhətdən istifadəyə yönəlir;
3.Digər şəxslərə ağrı , əzab verərək onların  necə əzab çəkmələrindən həzz almaq.Bu halda əzab fiziki və ya qəlb yarası ola bilər.Göstərilən hər üç  halda özünü müdafiə etməy iqtidarında olmayan şəxsə əzab və əziyyət verməklə mütləq hakimiyyətə can atmaq sadizmin birbaşa göstəricisidir.
Karen Xorni bəzi sadistik tipləri təqdim edir və onun köməyi ilə qarşımızdakı şəxsdə belə cəhətlərin olub olmadığını təyin etmək olar.

 

Aşağıda mən onlarin qısa məzmunu sizin diqqətinizə çatdırıram
1. Qurbanın “Tərbiyələndirilməsi”
Sadis tipli insanlar həmişə digərlərinin onlara tabe olmasına çalışırlar.Onlara öz istəkləri, hissi, məqsədi olmayan qurbanlar  lazımdır.Bu xarakterli  insanlarda öz “sahiblərinə” iddiyası olmur.Belə “sahib” və onun qurbanı tipli münasibətlərdə ikincinin “tərbiyələnməsi “ aparılır.Yəni” Sənin valdeyinlərin sənə tərbiyəni düzgün verməyiblər, onlar səni boş buraxaraq ərköyün böyüdüblər.Mənsə səni yenidən düzgün tərbiyələndirəcəyəm”.Bu tip insalarda öz övladları ilə münasibət daha dəhşət döğurur, beləki , uşaq tam qula çevrilir.”Tərbiyə “üsulu övlada və ya qurbana  tətbiq  olmağından aslı olmayaraq “nə qədər kritika olarsa daha effəktiv olar” üsulu ilə aparılır.Qarşısındakını tərifləmək  “sahibinə” yaxınlaşmaq ümüdini verə bilər.Buna görədə tərif “tərbiyyə metodu” ola bilməz.Əgər tərif faktı baş versə, arxasıyca daha kəskin tənqid gəlirki, bu da qurbanın özü haqda daha pozitiv düşünməsinin qarşısını alır.Qurban nə qədər dəyərli  xüsusiyyətlərə malik olsa, onun tənqidi daha kəskin aparılır.Sadismə meyilli şəxslər  qurbanın   az əmin olduğu anları, ona əziz şeyləri rahat hiss edir.Buna görədə tənqidə əsasən belə anlar, bu cəhətlər, bacarıqlar tutulur.Həqiqətdə sadist üçün qarşısındakının taleyi heçdə əhmiyyət kəsb etmir.Heç öz həyatıda sadist üçün  sahiblənmək  hissi qədər maraqlı deyil.O öz karyerasından, öz maraqlarından və daha vaçıb şeylərdən imtina edərək nəyin bahasına olursa olsun öz qurbanının  müstəqiliyinin qarşısını alır.
2. Öz qurbanının hisləri ilə oyun
İnsanın hərdən özünündə baş çıxara bilmədiyi hislərə təsir mexanizminə malik olmaq sadistin tam bərqəralı hakimiyətinin sübutudur.Sadizmə meyilli insanlarda qarşısındakının hisslərini tam aydın görmək qabilliyəti olur.Beləki onlar qarşısındakı şəxsdə  sevinc, qəm-qüssə, eləcədə erotik hislərin baş qaldırmasını təlqin etmək gücünüə malik olurlar ki, bunun sayəsində öz hökümlərini   rahat formada tətbiq edirlər.Həmdə onlarda qurbanların reaksiyalarını  çöx ustalıqla özlərinə sərf edən istiqamətə yönləndirmə qabiliyyəti var.Eyni zamnda qurbanın digər şəxslərin hərəkətlərindən  zövq almasına qətiyyən yol vermək olmaz. Ya zövq mənbəyi qurbanın gözündə alçalmalı, ya da qurbanın özünü elə kədər hissinə boğmaq lazımdırki, o ətrafdakı insanları  hiss etməsin.Eləcədə qurban öz istəyi ilə kədərlənə və ya digərlərinə qarşı kədər hissi etməsi qətiyyən yol verilməzdi.Əgər belə hal baş verərsə sadist dərhal yeni kədər mənbəyi yaradaraq qurbanını kənar hislərdən uzaqlaşdırır.Lakin sadist bəzən kənar qəm-kədrdən əziyyət çəkən qurbanının rahatca təsəlli edə bilər.Bunucun o əlindən gələn edərək buna nail olur.Və  çöx hallarda qurbanda  sadist tərəfindən güclü dəstəy gördükdə ona  qarşı dərin minətdarlıq hissi oyanır ki,  bununla sadist oz hakimiyyətini bərqərar edirək insan hislərinə hakim olur. Çox vaxt belə hislərlə oyun şüursuz şəkildə aparılır. Sadizmə meyilli insan özünü bu və ya digər hallrda necə aparmağı gözəl hiss edir,lakin bəzən onun özüdə hərəkətlərini mənasinı dərk etmir.Yəni onun özünədə belə davranışın məqsədi aydın deyil.Çox güman ki, o bunları rasional şəkildə edir.
3. Qurbandan sui-istifadə
Suistifadə özü-özlüyündə sadismin mütləq cəhətlərini daşıyır və  ancaq şəxsi mənafe məqsədi ilə tətbiq olunur.Amma istənilən sadist üçün sonda qazanc olub olmamasından aslı olmayaraq  ən vacib fayda  öz hakimiyyətinin hiss etməkdir.Beləliklə sadist üçün  qarşısındakının necə çalışmasından, nə etməsindən aslı olmayaraq o heç vaxt öz qurbanının tərifləməyəcək və günü-gündən tələblərini artıracaq.Bu azmış kimi qurban tərəfindən edilən bütün sərbəst cəhtlər tənqid olunacaq və çöx vaxt o, sahibinə qarşı piss rəftarda günahlandırılacaq.Əlbəttə ki, belə pis rəftra görə qurban daha ciddi cəhtlə sahibinə qulluq etməlidir.Sadist üçün ən öncə qurbanının heç vaxt onun səviyyəsinə catmayacağı faktını dərk etməsidir.Daha dərin analiz edildikdə görmək olarki, bu sadist tərəfindən qurbandan sui-stifadə edərək   həyatını lazımi  ehtiyaclarla təmin  etmək arzusudur.Bu işdə yüksəliş, karyera, məhəbbət və qayğı, çinsi ehtiyac və s ola bilər.Sadist bunları əldə etmək üçün ancaq bir yol görür ki, bu da qurbanın əziyyəti bahasına ona sərf edəni əldə etsin.
4. Qurbanın xəyal qırıqlığına uğradılması
Sadizmə məxsus əsas cəhətlərdən biridə başqalarının arzu, istək, planlarının həyata keçməsinin qarşısını almaqdır.Sadizm xüsusiyyətlərini özündə daşıyan şəxs üçün hər kəsin mənafeyinin əksinə getmək, onların sevincini öldürməklə, ümüdlərini itirməyə gətirib çıxarmaq çöx vacibdir.Hətda o öz mənafeyinin əksinə getmiş olsada, heç cürə yol verə bilməz ki, qurbanın adı hansısa uğurlu işdə çəkilsin.Başqalarına zövq verə biləcək istənilən şey dərhal aradn götürülməlidir.Əgər  qurban onunla görüşməyə can atırsa, o qaşqabaqlı, və yaxud cinsi yaxınlıq istəsə  soyuq olacaq.Bunun üçün ondan çox şey tələb olunmur o sadəcə yorğun və pis əhval saçacaq.Əgər sadist görsə ki,kiməsə gördüyü iş zövq verir onda o  var qüvvsəi ilə çalışacaq ki,  iş fəaliyyəti qurban  üçün əzaba dönsün .Misal üçün daima müştərilərlə çalışan konsultantların işini müşahidə etsək görərik ki, sadizmə məxsus insanlar hiss etsələr ki,  qarşısındakı onlarla işləməkdən zövq alır, o saat bütün cəhtlərlə bu prosesi konsultant üçün cəhənnəm əzabına çevirirlər.Belə  fərdlərlə tez-tez psixoloqlarda üzləşir. Məsələn psixoloq  aparılan müalicə metodundan razı qaldığını və müvəfəqiyyət əldə edildıyini bildirdikdə, sadist dərhal bunun əksini sübut etməyə çalışır.Bəzən  bu mütəxəsisin profesionallıq dərəcəsini kölgədə qoyma dərəcəsinə gətirib çıxara bilər.
5. Qurbana hədə qorxu gəlmək və  şəxsiyyətinin alçaldılması
Sadizmə meyilli insan digərlərinin həssas tərəfini dərhal hiss edir və çatışmamzlıqların aşkar edir.Və beləliklə qurbanı qorxu içində saxlamaq üçün onun əlinə  güclü dəlil keçir.Onsuzda qurban necə gözəl xüsusiyyətlərə malik olmasından aslı olmayaraq  həmişə tənqidə tutulacaq ki, o heç vaxt özünü sahibi ilə müqayisə etməsin və ya özünü  heç vaxt dah yaxın olduğu barədə fikir onun ağlına gəlməsin.Məsələn  şən  bir insan həmişə  hiyləgərlikdə, yalanda; istənilən situasiyada baş çıxaran insan daş ürəklilikdə, eqoizmdə  günahlandırılacaq. Sadist həmişə  öz çatışmayan cəhətlərini qurbanın xarakteri kimi ona təlqin  edəcəy.Məsələn elə özü tərəfindən qəzəbləndirilən şəxsə , onun əsəblərinin kövrək olduğunu bildirərək , ürəy yanğısı ilə həkimə müraciət  etməsini tövsiyyə edir.Sadist  həmişə etdiyi hərəkətlərə görə məsuliyyəti qurbanın üzərinə atır.Guya ki, sadist  əslində çox gözəl insandır. Hətda sadist özü belə  bu fikirə  inanır.
6. İntiqam hissi
Sadist təfəkkürünün dərinliyində əmindir ki,o günahsızdır.Amma onun insanlara qarşı  bütün hərəkətləri  tam proqnazlaşmış xüsusiyyət daşıyır. o hamını özü kimi hesab edir.Lakin o özünü heç vaxt dəyərsiz  hesab etmir və özünə qarşı nifrət hiss etmir.Ona görədə  əgər ətrafında onda nifrət yaradan şəxs peyda olan kimi o dərhal qarşısındakına   düşmən kəsilir və əlindən gəldikcə onu təhqir edir, mümkün olduqca iradəsiz şəkilə salır.O hesab edir ki, ətrafdakılara qarşı yeganə qoruma mənbəyi onun hökmü ola bilər.Ətrafdakılar isə   ancaq nifrətə və cəzaya layiqdir.Sadist əmindir ki, istənilən şəxs ona düşmən kəsilə bilər və əlindən gəldiyi qədər o cəld hərəkət edib intiqam almalıdır.Amma özünün yersiz intiqamı haqqında  heç fikirləşmirdə. Ona görə elədiyi hərəkətlər özünü qorumanın yeganə yoludur.Hakimiyyətdə bərqərar olmaq yolunda apardığı mübarizədə zaman-zaman qarşısına çıxan insanları aradan qaldıraraq özün tək olduğunu və bunun qarşısını ala biləcəy şəxsi istənilən yolla aradan qaldıracağını bəyan edir.

 

Sadizmə meyilli insanlarin əsas xüsusiyyətləri bunlardır.Qeyd  etmək lazımdi ki, sadist istənilən vəziyyəti   özünə sərf edən  istiqamətə yönləndirir. Onuda bildirmək lazimdı ki, əsəb  gərginliyi sadistin əsas qida mənbəyidir. İstənilən kiçik hadisədən böyük qalmaqal düzəldmək onunçun böyük yaşam stimuludur.Normal insan isə belə əsəb gərginliyinə ehtiyac duymur.Yaş artdıqca isə normal insan belə əsəbi vəziyyətlərdən daha çox kənarda qalmaq istəyir.Amma sadist emosional cəhətdən çöx kasıbdır və bəzi  hisslər yox dərcəsindədir.Onda bərqərar olan yeganə emosional hisslər qəzəb və qələbə hissidir.Əgər  insanlar üzərində hökmünü itirsə ancaq onda   özünü yalqız, çılız , köməksiz hiss edər.Sadist tipli insanlar bizim cəmiyyətdə nadir  hadisə deyil.Saydıqlarımıza nəzər  salsaq nə qədər dəhşətli  səhnə yaransa da sizə hər hansı sadistin nə qədər gizlətməyə çalışdığından aslı olmayaraq onun sizin ətrafınızda olmasını aydınlaşdırmağa kömək edəcək.Bəzən sizə daha yumşaq tipli sadist rast gələ bilər.Onlar çöx zaman öz  xəstəlikləri, köməksizlikləri bəhanələri   ilə pərdələnib sizi onların əvəzinə işləməyə məcbur edirlər.Onuda qeyd  edək ki, sadist heç vaxt tək qala bilmir, onun qurbanı gərək həmişə onla olsun.Öz  tənbehlərini isə digər şəxslərə yönləndirərək onu necə əziyyət çəkməyə məcbur etmələri barədə sizə şikayətlər edecək.Aqresiv tipli sadist  isə öz meyilinin açıq bildirir.O açıq şəkildə nifrətini, narazılığını  və tələblərinin  bildirir.Bununla bərabər o hesab edir ki, onun  davranışı  haqlıdır.Soyuq tipli sadistlər öz meyillərini açıq bildirməzlər.Sadəcə onlar ətrafdakıları daima onu  narahat  etdiklərini və istənilən vaxt onun gedə biləcəyi ilə hədələməsi ilə cətin vəziyyətə düşə biləcəkləri ilə təhdit edir.Lakin bəzən siz sadisti heç ayırd edə bilməzsiz.Çünki o böyük mərhəmət və nəvazişlə maskalanmış ola bilər.

K.Xorni “gizli sadizmin” bir necə cəhətini bizə təqdim edir.: ” Sadist heç  vaxt yol verməz ki, qurbanın hissləri  təhqir olunsun.O intuitiv olaraq  nəisə  yaxşı bir söz deyərək , onu  daha da işə həvəsləndirəcək.Yeri gəlsə bəzən o günahı da öz üzərinə götürəcək.Əgər o nəyisə ənqid etməli olsa belə , çalışacaq ki bu mümkün qədər  yumşaq  tərzdə olsun.Bununla belə o öz  təsirini çox gizli formada aparır. Bu bəzən məsləhət  formasın da ola bilər. Bəzən işlər  onların istədiyi kimi getmədikdə sadistdə qəfil “baş, qarın  və ya digər ağrılar” baş qaldırır.Amma belə halda belə ö özündən çıxmır.necə istəsə belə hisslərini biruzə vermir ki, öz hökmünü itirməsin.Belə sadistlərdə  sevgiyə, şəfqətə  meyil normal tipli insanlarlardakına  çox bənzəyir. Amma təcrübəli insan sadistin hərəkətlərinə diqqət etsə onu dərhal aşkarlayar.Adətən sadistlərdə  şüuraltı olsada digər şəxsləər qarşı nifrət hisssi olur.Bəzən müxtəlif situasiyalarda qurbanlarda müxtəlif reaksiya verə bilərlər.Məsələn bir halda  sərhədsiz  səbrli olsa belə digər situasiyada eksplotasiyanı, təzyiqə və alçaldılmaya kəskin reaksiya verə bilər.Bəzən bu səbr nə vaxtsa öz sadist hakiminə nə vaxtsa qalib gəlmə ümüdü ilə bağlı olur.
Sadistik  xüsusiyyətlər insanda necə yarana bilər? Sadist xarakteri həyat modeli kimi valdeyinlərdən övlada keçə və ya tərbiyyə prosesində yarana bilər.İstənilən halda bu dərin qəlb tənhalığının, dünyaya, ətraf mühitə inamsızlığın  və təhlükənin nəticəsində yarana bilir.

 

Sadizmə meylin yaranma şərtləri:
1. Erkən uşaq vaxtı yaranan  emosional  tənhalıq hissi.Nə səbəblə olmasından aslı olmayaraq valdeyinlər uşaqlara emosionla yaxınlıq göstərə bilmədikdə belə nəticə meydana gələ bilər. Bu İş gərginliyi, xəstəlik uzaqda yaşama halları olsa belə uşaq tərəfindən bağişlanmır.
2. Emosional və ya fiziki təhqir, cəza və ələsalma.Yeri gəlmişkən cəza çox kəskin olarsa  və  uşağın  etdiyi hərəkətin müqabilində   ağır olan zaman .Bəzən valdeyinlər  uşağdan  hecnədən, sadəcə hirs tökmək üçün obyekt kimi istifadə edirlər.Bu zaman  cəza fiziki formada və ya  qəddar təhqir formada olmasından aslı olmayaraq dərin qəlb yarası vura bilər.
3. Valdeyinlərdən birinin psixi pozuntusunun olması  uşağa həm emosional tənhalıq və qəddar  rəftarla nəticələnə bilir.Alkoqoldan və narkotikadan istifadə edən valdeyinlərin  uşağla davranışı bəzən aqresiya formasında ola bilər.Bu da uşağın psixi sağlamlığına ağır zərbə vurur.
4. Valdeyinlərin psixi cəhətdən ziddiyətli rəftarı.Məsələn eyni həkətə görə bir dəfə cəza alması, ikinci dəfə  mülayim rəftar, üçüncü dəfə isə tam  laqeyid davranış.
5. Valdeyinlərin” Sən hec kimsən.Mən istədiyim vaxt sənlə maraqlanıram, isməsəm  fikir vermirəm”,”Sən  mənim tabeliyimdəsən və mən istədiyim sənlə edə bilərm”,” Səni dünyaya mən gətirmişəm, və həyatın məndən aslıdır”, “ Sənin işin başa düşmək yox, mənə itaət etməkdir”,” Hər şeyin günahkarı sənsən” fikirləri.
6. Uşağın gördüyü rəftardan gəldiyi “Mən o qədər pisəm ki, sevilməyə layiq deyiləm”, Mən o qədər pisəm ki, elədiyim hər şeyə görə cəzaya layiqəm”, “Mən öz həyqatımı idarə edə bilmərəm ,Həyat çox qorxulu və dəhşətlidir”

 

Yuxarıda sayılan və digər göstərilməyən həyat təcrübəsi nəticəsində  sadistdə aşağıda təqdim olnan insan portreti yaranır:
“ Mənə ancaq cəza vermək istədikdə diqqət edirlər.Mənə diqqət etmələrinin yeganə yolu  cəzaya layiqli hərəkətlər etməkdir”
“Məni əhatə edən insanlar  təhlükə mənbəyidir”
“İnsanlar məhəbbətə və hörmətə layiq deyillər”
“Məni cəzalandırırlar və məndə cəzalandıra bilərəm”
“ Təhqir, alçaldma  üçün hər hansı səbəbin olması vacib deyil”
“Yaşamaq üçün mübarizə aparmalıyam”
“ Yaşamaq üçün digərlərinin fikrini, hərəkətlərini, hislərini kontrolda saxlamaq lazımdır”
“Yaşamaq üçün digərlərini səndən qorxmağa məcbur etmək lazımdı”
“Digərlərindən gələ biləcək ağrıdan, aqressiyandan  qorunmaq üçün onları qabaqlamaq lazımdı ki, onlar məndən qorxsunlar”
“ Digərlərini özümə tabe etməliyəm ki, onlar mənə ağrı verə bilməsinlər”
“Zorakılıq  yaşaya bilmək üçün yeganə yoldur”
“ Mən insanları ancaq dərd çəkdikləri zaman anlayıram, əgər mən onları daima başa düşmək istəyirəmsə onda daima dərd çəkmələrinə səbəb olmalıyam”
“ Başqalarının həyatı çox dəyərsizdir”

 

Əlbətdə belə nəticəyə şüuraltı səviyyədə əmələ gəlir, bununla belə hazır proqram kimi insan həyatina təsir etməyə başlayır.
Nəticədə:

Səbəb və nəticə barəsində  təsvirin pozulması
Yüksək həyacan
Ətrafdakılara qarşı neqativ münasibət
Oz hərəkətlərinin idarə edə bilməmək
Emosional qeyrisabitlik
Qəti prinsiplərin olmaması
Dominantlıq hissi və total formada kontrola can atma
Şüurlu özünə böyük dəyərin verilməsi,əslində şüuraltı formda özünə qarşı çöx neqativ münasibət.
İncikliyə meyillik
Qisasa meyil
İşgəncəyə meyil və aqresivlik
Başqalarını  nəyəsə məcbur etməkdən həzz hissi
Yaxınlarına  əzab vermə yolu ilə onlara öz dəyərini bildirməyə can atma
Başqa şəxsləri ancaq özü görmək istədiyi formada formalaşdırmaya can atma
Özünü təsdiq üçün Alkaqol, narkotik,  qumar oynuna  və çinsi əlaqayə hətdan artıq meyil
Kimdənsə aslı münasibətlərə meyil
Həyata qarşı laqeyid münasibət.Ucuruma aparan həyat tərzi.

Qeyd etmək yerinə düşər ki, şüuraltı olsa da hər bir insanda işgəncəyə meyil var.Bunda qorxulu hecne yoxdu.İş burasındadıkı , normal şəxslərdə hər hansı ekstrimal hal baş verməsə bu hiss  baş qaldırmır.Məsələn müaribə iştirakçısı olan insanları misal çəkmək yerinə düşər.
Bəzən sadist tipli insanlara qurbanların tamailə öz istəkləri ilə ondan aslı olması  kifayət etmir.Belə qurban onunçün heç bir maraq kəsb etmir.Onuncün aslılıqdan çox, müstəqilliyin tədricən qurbanın əLindən  alması daha vacıbdir.Çünki ancaq bu proses zamanı o öz  hakimiyətinin bərqərar olmasından, digər şəxsin onun təsir gücünüə düşməsindən  ləzzət alır.Ancaq müstəqilliy  üçün çırpınan qurbanın qəlb ağrısı sadistə qazandığı müvəfəqiyyətdən feyziyab olmağa imkan yaradır.Bu ona enerji verir.Belə hissi  ancaq çinsi əlaqə zamanı alına biləcək hisslə müqayisə oluna bilər.Çünki ən zəif iradəli insan belə öz azadlığı üçün az da olsa  mübarizə aparmağa cəhd edir. Beləliklə onun bu azdıq çırpıntısı  sadist üçün  həzz anlarının pik nöqtəsidir.Bir qurban üzərində tam qalibiyyət onu yeni qurbanların  axtarışına ruhlandırır.Bəzən sadist özü qurbana  yaxından bağlana bilər.Bu çox vaxt sadistin özü istəmədən alınır.Məsələn  Sadist xarakterli  ər arvadına işgəncə verərək istədiyi vaxt onu tərk edə biləcəyi ilə hədləyir.Lakin qadın həqiqətən onu tərk etmək fikrinə düşərsə, onda sadist ər müxtəlif üsullarla, hətda ona yalvarmaqla  da olsa onun gedişinin qarşısını alır.Lakin eləki qurban onu tərk etməkdən imtina edir, oyun yenidən başlayır.Bu proses sonsuz formada davam edə bilər.Bəzən sadist öz qurbanını əldə saxlamq üçün müxtəlif üsullardan: hədiyələrdən, sevgi etirafından, tərifdən istifadə edir və hər cür qayğı göstərməyə hazır olduğunu bildirir.
Əlbətdə ki, o qurbanı əldə saxlamaq üçün hər nə desən ona verməyə hazırdır, bircə onun müstəqilliyindən başqa.
Bəzən belə münasibət valdeyin-övlad arasındada baş verə bilər.Burda hakimiyyət forması qayğı, valdeyinlərin öz uşağlarını  pis şeylərdən qorumaq formasında baş verir.Uşağ  müstəqilliydən başqa  müxtəlif baş aldadıcı şeylərlə əhatələnir.Nəticə etibari ilə belə ailədə böyümüş uşaq həmişə qayğı və məhəbbətdən qorxur.Çünki məhəbbət onuncun qul olma prosesini xatırladır.

 

Manyakı qətil törətməyə nə vadar edir?
Silsilə qətillər  və ya hansıza qətl törəndikdə  bu sual həmişə meydana çıxır.Qətlin səbəbi nədir? Səbəb həmişə müxtəlif ola bilər: kasıbçılıqdan giley güzar dan tutmuş, qisas hissi, psixi pozuntular və s. Bu məqalə vasitəsi ilə biz “manyak” adlandırılan qatiləri qətl törətməyə nə vadar etdiyini aydnlaşdırmağa çalışacağıq.Bir çox qatillər öz hərəkətlərinə ”qana hərislik” həvəsi kimi  bəhanə gətirirlər. Məsələn Albert Fiş törətdiyi qətilləri belə motivə edir. Yəni manyak qətli ancaq qətl törətmək həvəsinə görə törətdiyini etiraf edir.Bu əlbətdə ki, qətl törətməyə əsas ola bilməz və manyakın düşüncəsində gəldiyi nəticə  və bəhanədən başqa bir şey deyil.Qeyd etmək lazımdı manyakın nə deməsindən aslı olmayaraq onu qətl törətməyə nə isə həvəsləndirir.Bəzən qətlin motivi  onun tam özünədə aydın deyil.Əvvəlcədən qeyd etmək lazımdı ki, manyak tərfindən törədilmiş istənilən qətlin birinci motivi seksual xarakter daşıyır.Başlanğıcda bu  o qədərdə nəzərə çarpmasada danılmaz fakdır. Məsələn : heteroseksual manyakların qurbanı əks cinsin nümayəndələri olur. Ted Bandini misal çəkmək olar.Homaseksual qatillərdə isə qurbanlar öz çinsinin üzvləri olur. Bunun misalı kimi Con Qeysi göstərmək olar.Yuxarıda adları çəkilən hər iki manyak-qatil seksual manyaklardır və hər ikisi öz qurbanlarını çinsi istismar edirdi .Əlbətdə bəzən törədilən  qətllərin dəhşətliyi qarşısında seksual mötiv ikinci plana keçsədə, çinsi ehtrisın bu qətillərdəki  rolu danılmazdır
.Bəzi manyakların formalaşmasında ətraf mühit və ailə böyük rol oynayır.Onlardan bir çoxu uğursuz ailələrin övladı olur.Məsələn Edvard Qeynin atası-alkoqol düşgünü, anası-dini fanatizmə dücar olan qadın idi.Qenri Li Lyukasın anası isə yarımağıllı içki düşgünü və fahişə idi.Qadın oğlunu qadın geyimi geyməyə məcbur edib,onu ələ salır və döyürdü.Edmond Kemperin valdeyinləri öz aralarında  dava edərkən anası on yaşlı oğlunu saraya bağlayırdı və onun həmişə baclılarına qarşı cinsi zor tətbiq edəciyindən qorxurdu.Ona görədə təsədufi deyil ki, Edmond qatil oldu və öz anasınıda öldürdü.Yuxarıda adı çəkilən Fişin isə bütün yaxın qohumları  müxtəlif  psixi pozuntulardan əziyyət çəkirdilər.Normal ailə şəraitində, valdeyinlərinin qayğısı ilə böyümüş Ted Bandinin misalında isə görmək olar ki, pis ailə şəraiti manyak olmaq üçün yeganə səbəb deyil.
Gələcək qatilin formalaşmasında onun uşağlığ həvəsi və maraqlarıda böyük rol oynayır.
Bir çox silsilə qətl törətmiş cinayətkarlar məsələn, Berkoviç, Li Lyukas uşaqlıqda yanğın törətməyə meyilli olublar.Gənc qızları qəddarcasına zorlayan Bandi isə pornaqrafiya həvəskarı olub.Qeyn isə öncə yerli qəzetlərdə çıxan nekroloqlara, sonra qəbiristanlığa həvəs  göstərib.Sonradan bu maraq meyidlərin qəbiristanlıqdan oğurlamağa kimi gətirib çıxarıb. Bir çox manyakları ilk qurbanları heyvanlar olur.İnsanları öldürən qatillərin yarıdan çoxu uşaqlıqda  heyvan ölümünə böyük maraq göstərmişlər. Lakin qeyd etmək lazımdı ki, hər heyvana əziyyət verən , yanğın törədən uşaq manyak qatil ola bilməz.Burda bir çox faktorlar rol oynayır və barədə növbəti məqaləmdə diqqətinizə çatdıraram.
Bəzən hər hansı əşya manyak-qatil üçün əsil fetişə çevrilə bilir.Məsələn məhşur Anatoliy Slivko üçün bu pioner geyimi,  əsasəndə ayaqqabılar idi.O  qətilə yetirməni kameraya çəkirdi və öldürdüyü qurbanın əşyalarını yandırırdı.Tər-təmiz təmizlənmiş ayaqqabılar onu  cuşa gətirirdi. Yuxarıda qeyd elediyimiz seksual aspekt . Əlbətdəki burda da uşaqğlığda baş vermiş bir hadisə ona təsirsiz ötüşməyib.O uşaq olarkən  yeniyetmə-pionerin ölümünün şahidi olmuşdur.Ölüm anında onun ən çox yadında qalan şey isə mərhumun ayaqqabıları olur.
Bəzi manyaklarda öldürmək həvəsi  uzun müddət özləri üçündə gizli qalır və aşkarlanma anı onlar üçündə sürpriz olur.Bəzən  bu həvəs dərakkə hüdudlarınından kənara çıxır, və öldürmək hissi  ağıla qalıb gəlir.Əksinədə ola bilər, vicdan hissi öldürmək həvəsi üzərində mübarizə aparır.Amma istənilən manyak qətil törədirsə ona elə gəlir ki, o törətdiyi qətillə nə isə xeyirli iş görür.Bəzən onlar kiminsə naminə , məsələn, İsa Məsihin, yaxın adamlardan kiminsə və s. Xətrinə qətil törədiklərini bildirirlər.Burda biz yenidən Albert Fişi misal gətirəcəyik.Onun sözlərinə görə  Tanrının özü ondan öldürdüyü  uşaqları qurban gətirməsini tələb etmişdir.Manyak  törətdiyi qətillərdən  və sonra qurbanların ətini yeməsindən böyük həzz alırdı.  tanrının əmri altında gətirdiyi bəhanələr isə onun  paranoid fikirlərindən başqa şey deyil.Belə fikirlər əsas verir ki, bu adamın normal insan olmamasını təsdiq olunsun.Elə burdada məqaləmizin əsas fikirinin sizə əyani göstəririk ki, manyak qatillərin hərəkətləri,onların ağıl cəhətdən xəstə olmalarının göstəricisidir.Əlbətdə ki, ağlı başında olan adam heç vaxt belə qətilər törədə bilməz.Belə qatillər üzərində məhkəmələr zamanı xüsusi tibbi kamissiya , müxtəlif kreteriyalar əsasında onların ağıl dərəcəsini müəyənləşdirir.Bəzən cəmiyyəti və qurbanların yaxınlarını  komisiyanın qərarı ilə manyakların daha ağır cəzadan kənarda qalması qəzəbləndirir.Əlbətdə xəstə insan öz hərəkətlərinə görə məsuliyyət daşımır.Yeri gəlmişkən bir çox situasiyalarda bundan geniş bəhrələnən vəkillər qatillərin daha asan cəza almasına müvəffəq olurlar.Lakin qatilin bütövlüklə tam xəstə olub olmamasını hecdə  dəqiq aydınlaşdırmaq olmur.İnsan əti ilə qidalanan Albert Fişin  sonacan xəstə olması təsdiqlənmədi və o ölüm cəzası aldı.

 

Psixiatra sual ver

 

Dr.D.İ.Rzayev

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 3151