Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Tənhalıq xərçəngə səbəb olur   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Qadınlar yatanda arıqlayır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Ana öpüşü güclü immunitet yaradır   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Kişilər yoxa çıxacaq   |   Qaradərili insanlar daha sakit olurlar   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Qadınların sevimli yaş dövrü   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Almanı qabıqlı yeyin   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Pul saymaq ağrını azaldır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Çiyələk gümrahlığı artırır   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Su filtrindən süzülən xəstəlik   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Xərçəngi insan yaradıb?   |   İnsulini sprey əvəz edəcək   |   B6 vitamini xərçəng risqini azaldır   |   Autizm dünyanın sonu deyil   |   Suyu az içmək beyni qocaldır   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Soğan yemək beyini gücləndirir   |   Siqaret karlıq yaradır   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Piylənmə və artıq çəki problemi   |   
Bitkilərdən istifadə həyat tərzinə çevrilməlidir

Dünya yaranandan canlı aləm daim axtarışda olduğuna görə müştərək şəkildə təbiətdən yararlanıb. Tarixi bilgilərə görə, bizim eradan 20 min il əvvəl mağaralarda yaşayan insanlar bitkilərdən qida və dərman kimi istifadə etməyi, faydalılarla zərərliləri fərqləndirməyi bacarıblar. Kənd təsərrüfatı ilə məşğul olmağa başlayan insanların bitkilər haqqında bilikləri daha da artaraq daha təkmil forma almağa başlayıb. İnsanların kənd təsərrüfatı bitkilərindən istifadə etməsi eramızdan əvvəl 6000 — 2000-ci illərə təsadüf edir. Bitkilərin təsviri və hesaba alınması, yəni bitki sistematikası ilə eramızdan əvvəl (2 — 3 min il) qədim Çin, Hindistan və Misir alimləri məşğul olublar. Qədim yunan alimləri bitki aləminin ilk təsnifatını verməklə, bitki sistematikası elminin başlanğıcını qoyublar. Bununla da dərman bitkiləri ilə müalicə vasitəsilə bir çox xəstəliklərə mübarizə aparmaq mümkün olub. Fitoterapevt, doktor Elnur Rəhimov bitki möcüzələri ilə şəfa tapmaqdan danışacaq.

 

- Bitkilər vasitəsilə sağlam qalmaq mümkündürmü?

- Bu bizim əlimizdə olduğu halda mümkündür. Əgər gündəlik həyat tərzimizə uyğun təbii vasitələri istifadə edəriksə, xəstəlik yaradan meyarlardan uzaqlaşa bilərik. Hər kəs gündəlik sarımsaq, limon, soğan, yemişan, çuğundur və s. bu kimi digər vasiətləri istifadə etməklə sağlam qala bilər. Orqanizm fərdi olaraq müalicə olunmalıdır və fərdi qaydada sağlamlığının qeydinə qalmalıdır. Necə ki, gözəl deyilib kim ki yüz il yaşamasa günah onun özündədir. Gündəlik 2 litrdən çox maye qəbul edirik və bunun əsas hissəsini zərəli maddələrlə doldursaq bizimçün daha artıq və patoloji vəziyyətə gətirəcək xəstəlik meydana çıxarır. Amma biz bu qəbul etdiklərimizi təbii və profilaktik məqsədlə etsək böyük nəticələr əldə etmiş olarıq.

 

- Tez-tez xəstələnən insanlara nə məsləhət görərdiniz?

- İnsan orqanizmi anadangəlmə və qazanılmış, eləcə də təbii və süni immunitet vasitəsilə yad maddələrə və patogen mikroorqanizmlərə qarşı mübarizə aparır. Son zamanlar daha çox uşaqlarda müşahidə olunan immun zəifliyi problemi get-gedə artır. Hər kəs evində çörək otu toxumu, itburnu meyvəsi, cökə çiçəyi, zəncəfil kökü, andız kimi bitkiləri dəmləmə və ya məcun şəklində istifadə edə bilər. Bu qarışıq immuniteti gücləndirmək üçün yaxşı vasitədir.

 

- Xroniki xəstəliklərdən əziyyət çəkənlər uzun müddət dərman istifadə edə bilmirlər və bunlara bitki müalicəsi ilə kömək etmək olarmı?

- Bu xəstəliyin növündən və gedişindən asılıdır. Bitkilərin möcüzəsini bir sıra xroniki xəstəliklərdə daha çox görmüşəm. Bir çox xəstələrimi də müalicəsində effektiv nəticə əldə etmişəm. Revmatoid artrit, revmatizm, osteoartrit kimi dayaq-hərəkət sistemi xəstəliklərin müalicəsində kompleks effekt almaq olur. Bu zaman qəbul ediləcək dərman preparatları ilə dərman bitkilərinin qarşılıqlı təsirini nəzərə almadan etmək düzgün deyil. Çünki bu zaman bəzən dərmanlar da davam edir və yan təsirləri azaladacaq müalicəni bitkilərlə aparmaq mümkün olur. Eləcə də dərmanların da hansı farmakoloji qrupa aid olmasını diqqətə almaq lazım olur.

 

- Hazırda şiş xəstəlikləri cavanlaşıb. Bitkilərlə bu qəbildən olan xəstəlikləri müalicə etmək mümkündürmü?

- Müəyyən etiologiyaya malik və səbəbi məlum olmayan faktorlar bu problemi daha çox gündəmə gətirir. Bir sıra bitkilər var ki onları şiş xəstəliklərində istifadə etmək olmaz. Tədqiqatdan keçmiş və hələ ixtira mərhələsində olan bitkilər bu işin öhdəsindən gələ biləcək və tam sübutu ilə müalicədə öz əksini tapacaq. Kimyəvi terapiyaya malik bitkilər artıq bir çox ölkələrdə istifadə edilir; quanabana, qara zirə, reyşi göbələyi və sair buna misal ola bilər. Bu siyahı daha böyükdür, amma bunları xəstələrin özlərinə fitoterapevt nəzarətsiz qəbul etməsi doğru sayılmır.

 

- Praktikanızda bitkilərlə müalicədə effektiv nəticə əldə edə bilmisinizmi?

- Bir müddət əvvəl bəzi müalicələrdə öz əksini tapan bitkiləri araşdırmışam və xəstələrdə effektini görmüşəm. Hazırda qadınlarda mastopatiya zamanı , süd vəzi problemlərində effektli təsir göstərən kompleks bitkilərdən ibarət mastopatiya əleyhinə sirop hazırlamışıq. Artıq yüzlərlə pasiyent istifadə edib və müsbət təsirini görüblər. Gündəmdə olan bəzi xəstəliklər üçün də tədqiq edəcəyimiz müalicə üsulları var ki yaxın gələcəkdə onları da təqdim edəcəyik.

 

- Bitkilərlə müalicə son vaxtlar aktuallaşıb. Bu isə qeyri-peşəkarların da sayının artmasına səbəb olub. Bu barədə nə deyə bilərsiniz?

- Xüsusilə də tibb sahəsində qeyri-ixtisas sahiblərinin məşğul olması düzgün deyil. Biz həkim olaraq xəstəni dinlədikdə onun bütün patologiyasına, anamnezinə və sonda diaqnozuna gəlib çıxırıq. Laborator və diaqnostik metodları da tibbi olduğuna görə biz təyin edirik. Bütün bunları cəmlədikdə və diaqnoz təsdiqləndikdən sonra müalicə yolunu seçirik. Yoxsa hər bitkini hər kəs eyni tipli xəstəliyində istifadə edə bilər deyilən bir qanun yoxdur. Elə bitkilər var ki yan təsiri çoxdur və elə bitki müalicəsi var ki hansısa orqanizmə düşməyə bilər.

 

Tibb.az

Baxış sayı
Ay ərzində: 34
Bütünlüklə: 8623