
Yer üzündə kişi cinsinin nümayəndələri gec və ya tez yoxa çıxacaq. Belə bir sensasion açıqlama ilə Avstraliya Milli Universitetinin professoru Cennifer Qreyvs çıxış edib. Onun sözlərinə görə, kişilərin genlərində "Y" xromosomu getdikcə azalır. Onun sözlərinə görə, 300 milyon il əvvəl "Y" xromosomları 1400 gendən ibarət idi. Bu gün isə bu rəqəm 45-ə bərabərdir: "Hadisənin bu cür inkişafının nəticəsində kişi cinsinin yoxa çıxması labüddür. Ümumiyyətlə isə bundan hələlik narahat olmağına dəyməz. Çünki kişilərin yoxa çıxması ən azı 5 milyon ildən sonra baş verəcək. Həmin vaxt isə bəşəriyyətlə nə olacaq, alimlər bunu ancaq güman edə bilərlər". Professor onu da deyib ki, belə bir vəziyyətdə insanların cinsiyyət növü aradan qalxacaq. Onlar da kərtənkələlər kimi həm dişi, həm də erkək rolunu oynaya biləcəklər.
