Güclü cinsin zəif tərəfləri   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Çox oturmağın zərərləri   |   3D ürək bulandırır   |   Kök kişilər daha sədaqətlidir   |   Xərçəngi insan yaradıb?   |   Qadınlar, qəhvə için!   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Ana südü xərçəngə qarşı   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Yemiş stressin dərmanıdır   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Çili bibərləri ağrıkəsicidir   |   Nikah gecəsinin sirləri   |   Qaradərili insanlar daha sakit olurlar   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Qadınlar niyə çox danışır?   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Saqqız çeynəməyin faydaları   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   İnsulini sprey əvəz edəcək   |   Balığın sağlamlığınıza faydaları   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   29 yaşında nənə oldu   |   Partenofiliya - bakirə qızlara meyl   |   Qadınlar yatanda arıqlayır   |   Yuxusuzluq kökəldir   |   Su filtrindən süzülən xəstəlik   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Uzunömürlülüyün sirri   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Yaşın fərqi varmış   |   Ana bətnində 4 gün donduruldu   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Dişləri düzgün fırçalama texnikası   |   Ana öpüşü güclü immunitet yaradır   |   Diliniz dərdinizdən danışır...   |   
Hamar qarın üçün 10 QIZIL QAYDA

Hamar qarına sahib olmaq üçün pəhriz saxlamaq kifayyət etmir. Bunun üçün bir çox idman hərəkətlərinə və vərdişlərə əməl etmək vacibdir. Diqqətinizə sizi arzusunda oldugunuz qarına sahib edəcək 10 qızıl qaydanı çatdırırıq...

 

Rahatlanın
Stress – piyin qarın nahiyəsində yığılmasının ilk səbəbidir. O, piyin qarında toplanmasına səbəb olan kortizol hormonunun səviyyəsini artırır. Gərginliyi aradan qaldırmaq üçün belə bir hərəkət yarayar:
Sakit və rahat bir yerdə əyləşin. Ağciyərlərinizə bacardığınız qədər çox hava çəkin və asta-asta nəfəs verin. Dərindən nəfəs alaraq hər nəfəs vermə zamanı "bir” sözü söyləyin. Bu hərəkəti gündə bir-iki dəfə 5-10 dəqiqə ərzində etmək lazımdır.

 

Spirtli içkiləri unudun
Nahar vaxtı qəbul olunmuş bir qədəh şərab – və siz artıq şalvarınıza sığmırsınız. Alkoqol da kortizol səviyyəsini artırmaqla piyin qarın nahiyəsində toplanmasına səbəb olur.

 

Siqaret çəkməyin
Siqaret çəkənlərin əksəriyyəti isbat edir ki, papiros çəkmək arıq qalmaqda onlara kömək edir. Lakin məsələ ondadır ki, papiros çəkənlərin qarın nahiyəsində çəkməyənlərə nisbətən  daha çox piy toplanır.

 

Lifli qidadan daha çox istifadə edin
Bu, çəkinin azalmasına müsbət təsir edir (liflər mədəni doldurur və aclıq hiss olunmur). Eyni zamanda qarın köpünə səbəb ola biləcək qəbzlik törətmir. Hər gün dənli bitkilər, meyvə  və tərəvəz, yaxud qida əlavələri şəklində 25 – 38 q lifli qida yemək kifayətdir. 

 

Çoxlu su için
Menstruasiya önü dövrdə çoxlu su için. Bu, orqanizmin ümumi vəziyyətinə zərər yetirmədən  köpü aradan qaldırmağa kömək edəcək.

 

Sümükləri unutmayın
Osteoporoz – sümükləri zədələyən xəstəlikdir. Zəif onurğa sümükləri orqanizmin çəkisini saxlaya bilmir ki, bu da sonradan belin bükülməsinə gətirib çıxara bilər. Yaşınız 50 və daha çoxdursa, hər gün qida ilə  1200 mq kalsium qəbul etmək lazımdır. Yaşı 50-dən az olanlar üçün gündəlik kalsium norması  1000 mq-dır.

 

Aerobika məşqləri
Nə qədər ki əzələlər piy qatı ilə örtülmüşdür, heç bir fiziki hərəkət qarını düzəltməyə kömək etməz. Ən yaxşı  üsul –həftədə beş dəfə 45-60 dəqiqə ərzində aerobika ilə məşğul olmaqdır.


Qarnınızı çəkin
Təsəvvür edin ki, içərinizdə qarnınızı onurğanıza tərəf çəkən bir maqnit var. Maksimal dərəcədə qarnınızı içəri çəkin və tezliklə bu, nəfəs almaq kimi bir vərdişə çevriləcək. Bunu yada saldığınız hər an etsəniz tezliklə adət edəcəksiniz.

Artıq çəkidən azad olun
Qarşınıza məqsəd qoyun- həftədə iki-üç dəfə fiziki hərəkətlər edin. Qaydalara riayət etsəniz 50 yaşınızda belə 20 yaşınızda geyindiyiniz paltara sığa biləcəksiniz.

Qarın əzələlərini yükləyin
Fiziki hərəkətləri bacardıqca ayaq üstə edin. Bu zaman qarın əzələləri də işləyir. Bu, bədəni müəyyən çəkidə saxlamaq və onu möhkəmləndirməyə kömək edir. Özünüzə fikir verin. Duruşunuz həmişə düzgün, qarın əzələləri isə içəri çəkilmiş olmalıdır.

Baxış sayı
Ay ərzində: 21
Bütünlüklə: 8039