Ana səsi sakitləşdirici gücə malikdir   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Piylənmə və artıq çəki problemi   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Qaradərili insanlar daha sakit olurlar   |   Kişilər yoxa çıxacaq   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   İnsulini sprey əvəz edəcək   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Sonsuzluq – miflər və faktlar   |   Qadınlar daha ağıllıdır   |   Saqqız çeynəməyin faydaları   |   Balığın sağlamlığınıza faydaları   |   Depressiya görməni zəiflədir   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Əlləriniz xarakterinizi göstərir   |   Kişilərin futbol sevgisi   |   Körpələr yatanda da öyrənir   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Autizm dünyanın sonu deyil   |   Qadınların sevimli yaş dövrü   |   Portağal sümüyü bərkidir   |   Qadınlar niyə çox danışır?   |   Ana öpüşü güclü immunitet yaradır   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Əkizlər ana bətnində dostlaşırlar   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   İnternet qocalmanı sürətləndirir   |   İdman depressiyanın dərmanıdır   |   
Qalxanabənzər vəzin xoşxassəli və bədxassəli düyünləri (1-ci hissə)

Qalxanabənzər vəzin düyünləri həm xoşxassəli, həm də bədxassəli proseslər nəticəsində əmələ gələ bilər. Qalxanabənzər vəzin düyünü ilə bağlı müayinə edilən hər hansı şəxsdə əsas məqsəd xərçəng, yəni bədxassəli prosesin istisna edilməsidir.
Ümumiyyətlə, qalxanabənzər vəzdə düyünlər adətən digər səbəblərdən aparılan fiziki müayinə və ya görüntüləmə (KT, MRT və ya USM) zamanı rast gəlinmiş tapıntı (inçidentalom) kimi müəyyən edilir.


Klinikası:
Xəstələrin müayinəsi zamanı hiper- və hipotiroidizmin simptom və əlamətlərinin müəyyən edilməsinə diqqət yetirilməlidir. Xəstədən çəkisinin artma və ya azalması, saçların tökülməsi, soyuğa və ya istiyə dözümlüyü, ürək döyüntüsünün artması, əsəbilik, apatiya və s. bu kimi simptomlar soruşulmalıdır. Eyni zamanda, disfoniya (səsin dəyişməsi), disfagiya (udmanın pozulması) və ya dispnoe (təngənəfəslik) kimi xəstəliyin əlamətlərinin mövcudluğu öyrənilməlidir. Bundan başqa, xəstənin şüalanmaya məruz qalması, hamilə olub-olmaması, yod (J) tərkibli dərman preparatlarından istifadə edib-etməməsi də soruşulmalıdır.

 

Bədxassəli şişin yaranmasına təkan verən risk faktorları:
* uşaqlıq dövründə baş və boynun şüalandırılması
* sümük iliyinin köçürülməsi məqsədilə bütöv bədənin şüalandırılması
* ailədə qalxanabənzər vəzin xəstəliyi və ya qalxanabənzər vəzin xərçənginin olması
* düyünün sürətlə böyüməsi
* səsin batması.

 

Fiziki müayinə zamanı düyünün xərçəng olması ehtimalını artıran xüsusiyyətlərə aşağıdakılar aiddir:
* fiziki müayinədə düyünün fiksə olunmuş olması, bərk olması və ya sürətli böyüməsi,
* disfoniya, disfagiya və dispnoenin olması,
* boyun limfa düyünlərinin adenopatiyası (LAP).

 

Qalxanabənzər vəzdə düyünün differensial diaqnostikası aşağıdakılardan ibarətdir:
* xoş xassəli çoxdüyünlü zob
* sadə kista, hemorragik kistalar
* tiroidit: yarımkəskin tiroidit və ya xroniki limfositik tiroidit
* tiroid follikulyar adenoma
* tiroid kanseri (xərçəngi):
* follikulyar tiroid xərçəngi
* papilyar tiroid xərçəngi
* medulyar tiroid xərçəngi
* Hurtl hüceyrəli tiroid xərçəngi
* anaplastik tiroid xərçəngi (karsinoması)
* ilkin tiroid limfoması
* sarkoma
* teratoma
* metastatik şiş

ardı var...

Dietoloq-endokrinoloq Əhədov Səlim

Endokrinoloqa sual ver

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 2730