Həkimlərdən qeyri-adi cəza   |   Zəmanə qadınları...   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Prostatit və onunla mübarizə   |   Suyu az içmək beyni qocaldır   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Soğan yemək beyini gücləndirir   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Kök kişilər daha sədaqətlidir   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Xərçəngi insan yaradıb?   |   Depressiyanın dərmanı - dondurma   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Çiyələk gümrahlığı artırır   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   İnsulini sprey əvəz edəcək   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Qadınların sevimli yaş dövrü   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Kişilər yoxa çıxacaq   |   Qadınlar yatanda arıqlayır   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   29 yaşında nənə oldu   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Uzunömürlülüyün sirri   |   Gəzinti ən yaxşı idmandır   |   Tüstüsüz siqaret kəşf edildi   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Dişləri düzgün fırçalama texnikası   |   Yemiş stressin dərmanıdır   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Depressiya görməni zəiflədir   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Əkizlər ana bətnində dostlaşırlar   |   
Autizm dünyanın sonu deyil

“Autizm diaqnozu dünyanın sonu demək deyil. Bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Autizm hansısa mənada ünsiyyət xəstəliyidir”.  Bu sözləri uşaq psixiatrı, ATU-nun psixiatriya kafedrasının assistenti Dr.İkram Rüstəmov universitetin rəsmi saytına müsahibəsində bildirib. 

Doktor xəstəliyin simptomları barədə məlumat verərək autizmli uşaqların sosial ünsiyyətdə problemlərinin olduğunu deyib: “Yəni, uşaq öz yaşına uyğun olmayan jestlər edir, mimiklərdən istifadə edir. Göz təmasından qaçır, digər uşaqlarla oynamır, bu və bu kimi digər sosial ünsiyyətin komponentlərində  geriləmə, pozğunluq olur. İkinci əlamət, nitq inkişafının  ləngiməsidir. Üçüncüsü, uşağın maraq dairəsi məhdud olur, daha çox yalnız öz ehtiyacları daxilində olanlara maraq göstərir. 

Bu 3 əlamət autistik spektr üçün ana simptomlar sayılır. Amma bunlarla yanaşı, stereotipiya dediyimiz müəyyən ritmik hərəkətlərdə də özünü göstərə bilər.  Məsələn, müəyyən bir müddət sonra nitqi düzələn uşaqlar özləri barəsində üçüncü şəxs qismində danışırlar. “Mən bunu istəyirəm” yox, “Əli bunu istəyir” kimi ifadələrdən istifadə edirlər. Bundan əlavə, belə uşaqlar heç nəyə diqqət vermir, böyüklərin heç bir göstərişini izləmir, heç nə öyrənmək istəmir və s. Bəzən nitq inkişafında ciddi geriləmə olmur, amma çox qeyri-adi qabiliyyətlərə malik olurlar”.  

İkram Rüstəmov qeyri-adiliyin özünü belə uşaqlarda yaşlarına uyğun olmayan həddən artıq informasiyaya sahib olmaqda göstərir: “Məsələn, mənim 6 yaşlı bir xəstəm 600 illik Osmanlı imperiyasının tarixini əzbər bilir. Digəri bütün avtomobilləri xırda detalına kimi tanıyır. Başqa birisi 200-ə yaxın ölkənin prezidentlərinin, liderlərinin adını əzbər bilir. Yəni, kənardan baxanda, bəlkə də bu uşaqlar super istedadlı görünür, amma elə deyil. Bu, zəka məhsulu yox,  açıqlaya bilmədiyimiz bir mexanizmdən qaynaqlanan xüsusiyyətlərdən üstün cəhətlərdir. 

Atipik autistik xüsusiyyətləri olan xəstələr də var. Yəni, konkret olaraq Kanner sindromu diaqnozu ala bilməyən uşaqlar var ki, ola bilər ki, dili açılır, amma sosial təmas qura bilmir”. 

Bunun anadangəlmə problem olduğunu, amma özünü 1,5-2 yaş dövründə göstərdiyini deyən həkimin sözlərinə görə, valideynlər məhz bu dövrdə əlamətləri hiss edirlər. Xəstəliyin müalicəsinə gəlincə, həkim bəzən bunun səhv müalicə olunduğunu vurğulayıb: “Təəssüf  ki, bu növ xəstəliklərin müalicəsində bəzi mütəxəssislər nitqi açan, beyin inkişaf etdirən dərmanlar yazırlar. Amma dünya praktikasında autistik spektr xəstəliklərinin müalicəsi üçün heç bir preparat istifadə olunmur. Preparatlar daha çox yanaşı problemlərə görə yazılır - məsələn, uşağın aqressiyası, hiperaktivliyi,  yuxu pozuntusu, davranış pozuntusu və s. kimi faktorlar varsa, onları aradan qaldırmaq üçün bunlardan istifadə oluna bilər. Onu da deyim ki, autistik spektr xəstəliyinin  müalicəsi üçün erkən diaqnostika vacibdir. İkincisi, psixo-pedaqoji tədbirlər də görülməlidir. Xüsusi psixo-pedaqoqlar tərəfindən belə uşaqlara ABA terapiyası adlandırılan xüsusi terapiya tətbiq olunur. 

Əgər autistik spektr xəstəliyi olan uşaqlarda ciddi yanaşı xəstəlik yoxdursa, çox vaxt onların vəziyyəti müsbətə doğru gedir. Uşağın 6 yaşından tez reablitasiyaya başlaması, bu uşaqlarda nəticələrin daha yaxşı olması ehtimalını artırır. Onların cəmiyyətə qaynayıb-qarışması, bir iş sahibi olması, normal insanların əhatəsində yaşamağı öyrənməsi mümkündür. Təəssüf ki, autistik düşüncə tərzinin tamamilə aradan qalxması, sıfıra endirilməsi mümkün deyil, müəyyən qədər olsa da defisitlər qalacaq”.

Naibə QURBANOVA 

Baxış sayı
Ay ərzində: 22
Bütünlüklə: 3831