Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Çiyələk gümrahlığı artırır   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Qadınlar yatanda arıqlayır   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Kök kişilər daha sədaqətlidir   |   Diliniz dərdinizdən danışır...   |   Ana bətnində 4 gün donduruldu   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   3D ürək bulandırır   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Boşanma kişilərə də təsir edir   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Yemiş stressin dərmanıdır   |   Portağal sümüyü bərkidir   |   Körpələrin ağlaması onlara xeyirdir   |   İnternet qocalmanı sürətləndirir   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Pula qarşı allergiyası olan insan   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Sevgi ürəyə xeyirdir   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Köklük insult riskini artırır   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Prostatit və onunla mübarizə   |   Siqaret karlıq yaradır   |   Gəzinti ən yaxşı idmandır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Kişilərin futbol sevgisi   |   Xoşbəxtlik qadınları zəif edir   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   B6 vitamini xərçəng risqini azaldır   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   
Qalxanabənzər vəzin xoşxassəli və bədxassəli düyünləri (2-ci hissə)

Qalxanabənzər vəzin düyünü müəyyən edildikdə diaqnostik testlər baxımından ilk növbədə TSH - tiroid stimullaşdırıcı hormonun səviyyəsi təyin edilir.

Əgər TSH səviyyəsi aşağıdırsa, onda xəstədə xərçəng xəstəliyinin olma ehtimalı azalır. Bu zaman aşağıdakı testlər keçirilir:

*sərbəst tiroksin - fT4, ümumi - T3 və ya sərbəst triyodtironin - fT3 səviyyəsi ölçülür.

*düyünün avtonom funksional olmasını təyin etmək üçün radionüvə müayinəsi (sintiqrafiya) keçirilir:

1. Sintiqrafiya düyünləri hiperfunksional (isti), hipofunksional (soyuq - xərçəng olma potensialı yüksək!!!) və ya qeyri-müəyyən (çoxdüyünlü zob həm isti, həm də soyuq düyünlərin olması ilə xarakterizə edilə bilər) kimi qiymətləndirir.

2. TSH səviyyəsi aşağı olan və qalxanabənzər vəzin düyünü sintiqrafiyaya əsasən hiperfunksional (və ya “isti”) düyün kimi təyin edilən xəstələr hipertiroidizmlə bağlı müayinə edilməlidir. Bu xəstələrdə düyünün nazik(incə) iynə ilə aspirasiyasına (biopsiyasına) ehtiyac yoxdur.

Əgər TSH səviyyəsi yüksəkdirsə, bu zaman həmin xəstələrdə sərbəst tiroksin - fT4 və anti-tiroid peroksidaz anticisimciklərinin (TPOAb və ya antiTPO) səviyyəsi ölçülür. TPOAb - ın səviyyəsi yüksək olduqda və kiçik həcmli və ya diffuz böyümüş və bərkimiş qalxanabənzər vəzə malik olan xəstələrdə autoimmun tiroidit - Haşimoto tiroiditi daha çox ehtimal edilir.

 

İnstrumental müayinələr

Müəyyən səbəbdən aparılmış həm fiziki müayinə, həm də görüntüləmə nəticəsində qalxanabənzər vəzdə müəyyən edilmiş düyünlər bütün hallarda ultrasəslə müayinə - edilməlidir (USM - UZİ).

Ultrasəs müayinəsilə iynə ilə düyünün aspirasiyası palpasiya edilməyən, habelə tiroid vəzinin arxa payında və daha çox kistalı olan düyünlərin müayinəsində istifadə edilir. Sintiqrafiyada hiperfunksional (isti sayılan) düyünlər aspirasiya edilmir. Tapılmış düyünlər ilk öncə USM-lə müayinə edilməli, sonradan isə iynə ilə aspirasiya nəzərdən keçirilməlidir. Müəyyən hallarda qanda kalsitonin səviyyəsinin təyini qalxanabənzər vəzin düyünlərinin araşdırılmasında istifadə edilə bilər. Lakin nəzərə alınmalıdır ki, qanda kalsitonin hormonun artması həm medulyar tiroid xərçəngi, həm də ağciyər və ya mədəaltı vəzin endokrin şişləri, böyrək çatışmazlığı, autoimmun tiroidit və hiperqastrinemiya ilə əlaqədar ola bilər. Ailə üzvlərində MEN 2 sindromu və ya medulyar tiroid xərçəngi qeydə alınmış xəstələrdə kalsitonin səviyyəsinin təyini faydalı ola bilər.

Hamilə qadınların müayinəsi bir istisna olmaqla qalxanabənzər vəzdə düyünü olan digər xəstələrin müayinəsindən fərqlənməməlidir. İstisna isə hamilə qadınlarda radio-nüvə sintiqrafiyasının keçirilməməsidir ki, bu dölün şüalanmasına səbəb ola bilər. Əgər hamilə qadınlarda qalxanabənzər vəzin eutiroid və ya hipotiroid vəziyyətdə olduğu müəyyən edilibsə, incə iynə ilə aspirasion biopsiya (irəlidə izah ediləcək) aparılmalıdır.

Uşaqlarda müəyyən edilmiş düyünlər böyüklərdə olduğu kimi araşdırılmalıdır.

Qalxanabənzər vəzdə düyünlərin MRT və ya KT ilə müayinəsi məsləhət edilmir. Bəzi hallarda əməliyyatdan qabaq düyünün ölçüləri, tənəffüs yollarının kompressiyası və ya düyünlü zobun döş sümüyünə qədər böyüməsini qiymətləndirmək üçün MRT və ya KT tətbiq edilə bilər.

Dietoloq-endokrinoloq Əhədov Səlim

Endokrinoloqa sual ver

 

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 2563