Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Uzunömürlülüyün sirri   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Pula qarşı allergiyası olan insan   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Partenofiliya - bakirə qızlara meyl   |   Saqqız çeynəməyin faydaları   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Depressiyanın dərmanı - dondurma   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Kök kişilər daha sədaqətlidir   |   Qadınlar yatanda arıqlayır   |   Portağal sümüyü bərkidir   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Kola spermanın tərkibini korlayır   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Piylənmə və artıq çəki problemi   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Ana bətnində 4 gün donduruldu   |   Çili bibərləri ağrıkəsicidir   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Kişilər yoxa çıxacaq   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Soğan yemək beyini gücləndirir   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Stress qadınların beynini zəiflədir   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Güclü cinsin zəif tərəfləri   |   Çox oturmağın zərərləri   |   Autizm dünyanın sonu deyil   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   
Hıçqırıq hansı xəstəliklərə işarədir?

Gün ərzində tez-tez hıçqırır, gördüyünüz bütün tədbirlərə baxmayaraq, bu vəziyyətdən xilas ola bilmirsiniz? Həkimlər bildirirlər ki, səbəbsiz baş verən və uzun müddət davam edən hıçqırıqlar beyin və vacib orqan olan ürəkdə baş verən xəstəliklərin xəbərçisi ola bilər. İstanbul Memorial Ataşəhər xəstəxanası terapiya şöbəsindən həkim Birsel Kavaklı hıçqırıq haqqında maraqlı məlumatlar verib. Çox sürətli yemək, həddindən artıq spirtli içki içmək və siqaret çəkmək hıçqırmağa səbəb ola bilər. "Hıçqırıq, sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran və diafraqma adı verilən əzələnin spazmından sonra səs tellərinin olduğu qırtlaq bölgəsinin birdən bağlanmasıyla meydana gəlir və bu zaman spesifik hıçqırıq səsi eşidilir. Dəqiqədə 10-30 dəfə təkrarlanan bu sıxılmalar diafraqmadan başqa qabırğalar arasındakı əzələlərdə də ola bilər. Hıçqırıq çox vaxt qısamüddətli və zərərsizdir. Sağlam şəxslərdə müvəqqəti bir narahatlıq olaraq ortaya çıxa bilir. Körpələrdə və çox sürətli yemək yeyən, bu sırada hava udanlarda rast gəlinir. Həddindən artıq güldükdə, əsəb pozğunluğu kimi hallarda da müvəqqəti hıçqırıqlar ortaya çıxır. Ancaq hıçqırıq bəzən günlərlə-həftələrlə davam edə, xəstəni ciddi şəkildə narahat edə bilər. Bu zaman təhlükəli xəstəliklərdən şübhələnmək lazımdır. Sinir sistemi və mədə narahatlıqları ehtimalını nəzərdən qaçırmaq olmaz. Uzun müddət davam edən hıçqırıqlar xəstənin yemək yeməyinə, yuxusuna mənfi təsir göstərir, danışmasına mane olur”. Həkim belə hıçqırığın mərkəzi sinir sistemi xəstəliklərindən mədə xəstəliklərinə qədər çox fərqli səbəbləri ola biləcəyini vurğulayıb: "Hıçqırıq meningit, beyində olan daxili qanaxma, beyin şişləri və beyindəki yaşlılıqla əlaqədar dəyişikliklər kimi mərkəzi sinir sistemi xəstəliklərinin əlaməti ola bilər. Mədə reflüksü xəstələrində hıçqırıq daha tez-tez müşahidə edilir. Ağ ciyərin hər iki tərəfi arasında qalan və içində ürəyin də olduğu döş qəfəsi adı verilən bölgənin xəstəliklərində də hıçqırıq inkişaf edə bilər. Buradakı limfa düyünlərinin vərəm, xərçəng və ya başqa səbəblərlə əlaqədar böyüməsi, sinir zədəsi, ürəyin böyüməsi, ürək çatışmazlığı (infarkt) və yemək borusunda olan tıxanmalar bu xəstəliklərdəndir. Sətəlcəm və ağ ciyər pərdələri arasında maye toplanması da hıçqırığa səbəb ola bilər. Diafraqma əzələsinin yırtıqları, qara ciyərdə şiş və mədə xərçəngi, dalaq infarktı, bağırsaqda olan tıxanmalar, kəskin pankreatit kimi xəstəliklər zamanı da fasiləsiz hıçqırıqlar müşahidə edilə bilər”. Həkim hıçqırığı kəsmək üçün asan üsullar olduğunu bildirib. Bunlar aşağıdakılardır: * Nəfəsinizi tutun. Bu diafraqmanı yanıldır və hıçqırığı kəsir. *Buzlu su, limon suyu və ya sirkə içmək də hıçqırığa səbəb olan spazmı aradan qaldıra bilər. *Burna qara istiot sürtdükdə diafraqma əzələlərinə təsir göstərir və hıçqırıq dayanır. * 2-3 ədəd qənd və ya 1 qəhvə qaşığı duz yemək də müsbət nəticə verə bilər. *Açqarına bir neçə ədəd mixək çeynəmək, xüsusilə yaşlı insanlarda müşahidə edilən hıçqırığı kəsir. *Yemək yeyərkən tələsməyin və danışmayın. Çünki danışarkən hava uda bilərsiniz. Bu isə hıçqırığa səbəb olar. *İçkiləri qabında içməyin, mütləq stəkana süzüb için. *Həddindən artıq gülməyin. Bütün bunlara rəğmən, hıçqırırsınızsa, həkimə müraciət etmək lazımdır.

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 2551