İmmunitet intellektual səviyyədən asılıdır   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Sevgi ürəyə xeyirdir   |   Ramazan ayında necə qidalanmalı?   |   Suyu az içmək beyni qocaldır   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Prostatit və onunla mübarizə   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Su filtrindən süzülən xəstəlik   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Ana bətnində 4 gün donduruldu   |   Partenofiliya - bakirə qızlara meyl   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Çox oturmağın zərərləri   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Köklük insult riskini artırır   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Ev işləri erkən doğum risqini artırır   |   Uzunömürlülüyün sirri   |   Saqqız çeynəməyin faydaları   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   İnsulini sprey əvəz edəcək   |   Xərçəng yox olmaq üzrədir…   |   Xərçəngi insan yaradıb?   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Xoşbəxtlik qadınları zəif edir   |   Qadınların sevimli yaş dövrü   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Zəmanə qadınları...   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Almanı qabıqlı yeyin   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Uşaqları öpməyin!   |   
Süni mayalanmada hansı risklər ola bilər

Hər bir müalicədə mütləq bu və ya digər risklər mövcuddur. Lakin, götürülən yumurtaların və spermaların laboratoriya şəraitinə mayalandırılaraq qadına köçürülməsi yolu ilə həyata keçirilən süni mayalanma müalicəsi zamanı istifadə edilən dərmanlar və proseduraların əks təsir göstərməsi çox nadir hallarda müşahidə olunmuşdur. İstifadə edilən dərmanların mümkün əks təsiri aşağıda qeyd olunduğu şəkildə ola bilər:
Dərmanların əks təsiri:
Süni mayalanma müalicəsində yumurtaların bir və ya daha artıq yumurta əmələ gətirməsini təmin edən xəbərdarlıqlı dərmanlara ehtiyac duyulur. Bu zaman istifadə edilən dərmanların aşağıdakı əks təsirlər göstərə bilər:
Əhval-ruhiyyədə  dəyişiklik, allergik reaksiyalar, qarın ağrısı, ishal, qusma və ürək bulantısı;
İnyeksiya edilən sahələrdə az miqdarda göyərmə və ağrı.
Yumurtalığın hiperstimulyasiyası sindromu (OHSS, Ovarian hyperstimulation syndrome) süni mayalanma müalicəsində xəstələrin bir qismində müşahidə oluna bilər. Bu özünü narahatlıq, ürək bulantısı, qusma, çəki artması, şişkinlik şəklində təzahür etdirə bilər. Ümumiyyətlə öz-özlüyündə yaxşılaşan ağırlaşmadır və çox nadir hallarda bunun üçün dərman lazım olur. Müalicə prosesi üçün istirahət və bol zülal tərkibli qidalanma kifayətdir.
Yumurta toplama prosedurasının riskləri:
Yumurta toplama prosedurası anesteziya tətbiq edilərək xəstə yuxuda olarkən həyata keçirilir və yumurtalar uzun və nazik iynə vasitəsi ilə götürülür. Yumurta toplama prosedurası zamanı meydana çıxa bilən risklər aşağıdakılardır:
Prosedura zamanı və ya proseduradan sonra orta dərəcədə narahatlıq hiss oluna bilər.
Pelvik damarlarda və ya yumurtalıqlarda yüngül qanamalar müşahidə oluna bilər. Bu vəziyyət çox nadir hallarda müdaxilə əməliyyat tələb edə bilər və qorxulu hal deyildir.
Olduqca nadir hallarda yüngül və ya şiddətli pelvik infeksiya müşahidə
oluna bilər. Bunu həkiminizin verəcəyi antibiotiklərlə müalicə edə bilərsiniz.
Embrion köçürməsinin əks təsirləri:
Embrion köçürülməsindən sonra çox nadir hallarda qanama, yüngül ağrı və ya ləkələnmə müşahidə oluna bilər. bunun üçün hər hansı bir dərman və ya müalicəyə ehtiyac yoxdur. Antibiotik müalicəsinə ehtiyac duyulacaq infeksiya çox nadirən müşahidə oluna bilər.
Bir neçə uşaq olma ehtimalı:
Süni mayalanma müalicəsinin ən mühüm risklərindən biri bir neçə uşaq olması ehtimalıdır. Adından da göründüyü kimi bir övlad nəzərdə tutarkən əkiz və ya daha artıq övlada hamilə qalma halıdır. Bu hamiləlik özü ilə yanaşı bir sıra risk daşıyır. Bu risklərdən bəziləri bunlardır:
Hamiləlik diabeti (gestasionel)
Erkən doğuş
Yüksək qan təzyiqi
Uşaqlığın qanaması
Ən minimum sayda embrion köçürülməsi bir neçə uşağa hamilə qalma ehtimalını azaldır.
Anadangəlmə qüsur ehtimalı:
Süni mayalanma müalicəsi ilə dünyaya gələn körpələrdə anadangəlmə qüsur ehtimalı yoxdur. Süni mayalanma müalicəsi ilə dünyaya gələn körpələrdə risk normal yolla dünyaya gələn körpələrdə olan risklərlə eynidir. Anadangəlmə qüsur ehtimalı 3%-5%-dir.
Körpənin düşməsi ehtimalı:
Anadangəlmə qüsur ehtimallarında olduğu kimi körpənin düşməsi ehtimalı də normal yolla dünyaya gələn körpələrdə nə qədərdirsə süni mayalanma yolu ilə dünyaya gələn körpələrdə də eynidir. Uşağın düşməsi ehtimalı yuxarı yaşlarda daha çox müşahidə olunur. 40 yaşlarında olan qadınlarda uşağın düşməsi riski orta hesabla 50%-dir.

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 2785