Siqareti tərgitmək üçün nə yeməli?   |   Yaşın fərqi varmış   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Sevgi ürəyə xeyirdir   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Uzunömürlülüyün sirri almadadır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Gəzinti ən yaxşı idmandır   |   Zəmanə qadınları...   |   Körpələr yatanda da öyrənir   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Prostatit və onunla mübarizə   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Tüstüsüz siqaret kəşf edildi   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Soğan yemək beyini gücləndirir   |   Stress qadınların beynini zəiflədir   |   Sonsuzluq – miflər və faktlar   |   Uşaqları öpməyin!   |   Güclü cinsin zəif tərəfləri   |   Balığın sağlamlığınıza faydaları   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Almanı qabıqlı yeyin   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   
Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir
Statıstikaya əsasən, bir çox xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir. Bu fenomenin səbəbini həkimlər hələ ki dəqiq təyin etməyiblər. Alimlər güman edirlər ki, bunun səbəbi insan orqanizmində bioritmlərin kəskin dəyişilməsi ola bilər (günəşli günlərin sayı azalır, gün qısalır, insan daha tez yatmağa gedir və s.). Hər bir dəyişilmə orqanizmi stress vəziyyətinə salır. Bundan əlavə dəyişkən yağışlı hava, daim dəyişilən meteoşərait insanda stresin inkişafına təkan verir. Stress isə immun sistemini zəiflədir. Nəticədə insanda olan xroniki xəstəliklər kəskinləşməyə başılayır. Bu xəstəliklərin arasında: - Ürək-damar sistemi xəstəlikləri. Bu xəstəliklərin bir çox hissəsi payızda kəskinləşir. Arterial təzyiqinizə fikir verin, düzgün qidalanın, güclü fiziki və emosional gərginliklərdən uzaq olun, tez-tez açıq havada gəzin. Kardioloqun profilaktik müayinəsindən keçin. Lazım olduqda həkim müalicə kursu təyin edəcək. - Nəfəsalma sistemi xəstəlikləri (xroniki bronxitlər, bronxial astma). Hərarətin kəskin enməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə xəstəliklərin inkişafına əlavə təkan verir. Bu xəstəliklər zamanı isə ilk növbədə bronxlar zədələnir. Xəstəliyin ilk simptomlarında həkimə müraciət edin. Müalicədən əlavə insan çoxlu ilıq maye içməlidir ki, bu bronxlardan bəlğəmin çıxmasını asanlaşdırır. İlıq süd, yarıbayarı borjomla qarışdırılmış süd, biyan kökü və gülxətmi kimi otların dəmləmələri, soğan şirəsi çox yaxşı təbii bəlğəmgətirici vasitələrdir. - Həzm sistemi xəstəlikləri (xroniki qastrit, xora xəstəliyi). Bu xəstəlikləri olan insanların bir çoxusunu payızda qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır. Mütləq qastroenteroloqa müraciət edin və lazım olan müalicə alın. Müalicədən əlavə pəhriz də çox önəmlidir. Qızarmış, yağlı, kəskin qıdalar, turşular, təzə çörək, hisə verilmiş məhsullar, qəhvə, qazlı sular və s. pəhrizdən çıxarılmalıdır. Qidanı az miqdarlarda və daha tez-tez (gün ərzində 4-5 dəfə) qəbul etməyə çalışın ki, bu mədəni artıq yükləmədən qoruyacaq. Profilaktika məqsədi ilə dazı otu, kətan toxumları, tozağacı tumurcuqları dəmləmələri, çaytikanı yağı qəbul etmək olar. - Artrit, artroz. Bu xəstəliklər də payızda tez-tez kəskinləşir. Xəstələrdə oynaqda ağrılar, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır. Həkimə müraciət edin və lazım olan müalicə kursu alın. Profilaktika məqsədi ilə daha isti geyinmək, tamdəyərli qidalanmaq, C vitamini qəbul etmək lazımdır (bu vitamin qığırdaq toxumasının bərpasına kömək edir). - Bəzi ginekoloji və uroloji xəstəliklər. Payız aylarında qadınlarda tez-tez xroniki sistit kəskinləşir. Xəstədə sidik ifrazı tezləşmiş və ağrılı olur. Lazım olduqda həkim xəstəyə iltihabəleyhinə və antibakterial preparatları təyin edir. Sistitit profilaktikası üçün özünüzü soyuqlamadan qoruyun, intim gigiyena qaydalarına ciddi riayət edin, idmanla məşğul olun. Bundan əlavə daha çox maye için (adi təmiz su), duzlu və kəskin qidaları rasiondan çıxardın. - Psixiki pozulmalar. Payız aylarında insanlar depressiyalara, nevrozlara çox meyilli olurlar. Bu vəziyyətlərin profilaktikası üçün daha çox açıq havada gəzmək, idman və bədən tərbiyyəsi ilə məşğul olmaq, tamdəyərli qidalanmaq, polivitamin kompleksləri və sakitləşdirici prepartaları (həkim təyin edir!) qəbul etmək lazımdır. Payızda bəzi xroniki dəri (psoriaz və s.), onurğa sütunu (osteoxondroz) və bəzi digər xəstəlikləri də kəskinləşir.
Baxış sayı
Ay ərzində: 22
Bütünlüklə: 1740