Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Qadınlar niyə çox danışır?   |   Peşənə bax, ölümünü bil!   |   Qaradərili insanlar daha sakit olurlar   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Savadlı ol ürəyin ağrımasın   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Güclü cinsin zəif tərəfləri   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   B6 vitamini xərçəng risqini azaldır   |   Sevgi qurban tələb edir   |   Köklük insult riskini artırır   |   Enli budlar sağlam ürəyə işarədir   |   Kişilər yoxa çıxacaq   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Kök kişilər daha sədaqətlidir   |   Xərçəngi insan yaradıb?   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Kola spermanın tərkibini korlayır   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Oturaq iş qadınları qocaldır   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Başı başqa bədənə köçürüləcək   |   Uzunömürlülüyün sirri almadadır   |   Nikah gecəsinin sirləri   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Tənhalıq xərçəngə səbəb olur   |   Ev işləri erkən doğum risqini artırır   |   Çox oturmağın zərərləri   |   Xoşbəxtlik qadınları zəif edir   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Sadizmə meyilli olan insan portreti   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Xərçəng yox olmaq üzrədir…   |   İnsulini sprey əvəz edəcək   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Dişləri düzgün fırçalama texnikası   |   Saqqız çeynəməyin faydaları   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   
Tibb müəssisələrində kliniki psixoloqlar fəaliyyət göstərəcəklər

20.10.2015-ci il tarixində Azərbaycan Respublikasi Səhiyyə Naziri 86 saylı əmr imzalamışdır. Əmrə əsasən ilk dəfə olaraq Azərbaycanda tibb müəssisələrində klinik psixoloqlar fəaliyyət göstərəcəklər.

 

Ölkədə psixi sağlamlıq xidmətlərinin daha yaxşı təşkil edilməsi üçün klinik psixoloqların tibb müəssisələrində çalışması olduqca vacibdir. Psixoloqlar insanların psixi sağlamlıqla bağlı müxtəlif tələbatlarını və problemlərini aşkarlayır.

 

Belə ki, insanlar xəstəliklər zamanı təkcə fiziki baxımdan deyil, eyni zamanda müxtəlif psixoloji problemlər və emosional halətlərlə qarşılaşırlar. Bu problemlərin vaxtında aşkar olunması və həll edilməsi şəxslərin psixososial adaptasiya imkanlarını genişləndirir. Məsələn, sonsuzluqdan uzun müddət müalicə alan qadının motivasiya və tələbatlar sisteminin, əhval-ruhiyyəsinin, şəxsiyyətlərarası münasibətlər sferasının və s. qiymətləndirilməsi və psixoloji müdaxilənin təşkil edilməsi onun həyat keyfiyyətlərini yüksəldəcəkdir.

 

Psixoloqlar eyni zamanda müxtəlif psixoloji müayinə üsulları ilə yardım göstərirlər. Məsələn, hansısa ağır və xroniki xəstəliklər zamanı təkcə farmakoloji müalicə deyil, həmçinin psixoloji müdaxilə təşkil olunmalıdır (psixoloji konsultasiya, böhran hallarında müdaxilə və s. ).

 

Psixoloji problemlər təkcə psixi xəstəliklər zamanı rast gəlinmir. Belə ki gündəlik həyat şəraiti zamanı bəzən biz gözlənilmədən krizis vəziyyəti ilə üzləşə bilərik. Bu zaman psixoloqların xidməti əvəzsizdir. Beynəlxalq tədqiqatlar göstərir ki, ağır və xroniki xəstəliklər zamanı əsas müalicə ilə yanaşı psixoterapiya da aparılarsa, nəticə daha uğurlu olur. Bəzi pozuntular (post-trvamatik stress pozuntusu, obsessiv-kompulsiv pozuntu, sosial fobiya və s.) zamanı isə medikamentoz müalicənin effektivliyi nisbətən aşağı qiymətləndirilir. Bu pozuntuların aradan qaldırılmasında psixoterapiya daha səmərəli olur.

 

Psixoloqların müxtəlif səhiyyə xidmətlərində çalışmasının digər vacib aspekti maarifləndirmə işlərinin aparılmasının zəruriliyi ilə bağlıdır. Psixi sağlamlığın dəstəklənməsi və psixi xəstəliklərin profilaktikası üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir.

 

Maarifləndirmə tədbirləri təkcə xəstələri deyil, eyni zamanda ailə üzvlərini də əhatə edir. Ailə üzvləri adətən psixi xəstəliklər zamanı şəxsə necə yanaşmalı və rəftar etməli olduqlarını bilmirlər. Məhz bununla bağlı onlar stress keçirə bilərlər. Psixoloqlar ailələr və pasiyentlərlə bir yerdə işləyəndə məsələnin həlli yolları ilə bağlı cox yaxşı qərarlar qəbul edə və problemdən çıxış yolları tapa bilərlər.

 

Psixoloq fəaliyyətinin digər aspektlərindən biri də burda bəzi diaqnostik alətlərin və instrumentlərin mövçudluğudur ki, bunlar başqa sahələrdə yoxdur. Bu alətlər yalnız diaqnoz qoymaq üçün istifadə edilmir. Onlar eyni zamanda pozuntunun ağırlıq dərəcəsini, həyat keyfiyyətlərini, adaptasiya səviyyəsini, şəxsi xüsusiyyətlərini, qabiliyyətləri və s. qiymətləndirir. Bu səbəbdən sağlam insanların işə yararlılığının qiymətləndirilməsi, çağırışçıların hərbi-tibbi ekspertizası, və ya məhkəmə ekspertizası zamanı psixoloqların rolu əvəzsiz ola bilər.

 

Adətən psixiatr və psixoloq peşəsi qarışıq salınır. Psixiatriya və psixologiya ayrı-ayrı ixtisas sahələri olub pasiyentlərə yanaşma istiqamətlərinə görə bir-birlərindən fərqlənirlər. Psixiatr həkimdir, onlar psixi pozuntuların bioloji aspektlərinə daha çox önəm verərərək psixofarmakoterapiyadan istifadə edirlər. Lakin həmin xəstələrin digər problemləri də ola bilər.

 

Məsələn, şəxsiyyətlərarası münasibətlərdə problemlər, təhsillə bağlı olan problemlər, aşağı özünüqiymətləndirmə və aşağı motivasiya, stressin qarşısının alınması kimi məsələlərin həll edilməsi psixoloji müdaxilələr vasitəsilə həyata keçirilir.

 

Sadalanan problemlərin aradan qaldırılması psixiatrik, medikamentoz müdaxilə ilə mümkün deyildir. Psixoloq psixiatr olmasa da, bu problemləri necə həll edilməsi ilə bağlı biliklərə malikdir. Ən yaxşı nəticələr o zaman özünü göstərir ki, psixoloqlar psixiatrlarla əməkdaşlıq edir və insanlara kompleks şəkildə yardım göstərirlər.

 

Məhz bu səbəbdən Elmi Tədqiqat İnstitutlarında, Tibb mərkəzlərində, Akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Respublika Perinetal Mərkəzində və s. yerlərdə Səhiyyə Nazirliyi tərəfindən psixoloq ştatı açılacaq və klinik psixoloqlar burada fəaliyyət göstərəcəkdir. Bu müəsissələrdə psixoloqların fəaliyyət göstərməsi ilə müalicəyə müasir və hərtərəfli yanaşma həyata keçiriləcəkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

Baxış sayı
Ay ərzində: 18
Bütünlüklə: 1150