
6 ildir Azərbaycanın özəl tibb sektorunda fəaliyyətini davam etdirən “Vip Lachın Hospital”da 2015-ci ilin sonlarına həsr edilmiş Açıq Qapı günü keçirilib.
Ölkənin tanınmış Kütləvi İnformasiya Vasitələrinin (KİV) də iştirakı ilə keçirilən görüşdə klinikanın rəhbəri Xuraman Muradova tibb ocağı haqqında geniş məlumat verib. O, klinikanın uşağı olmayan yüzlərlə ailələrə övlad sevinci bəxş etdiyini, üçlü sinir ağrılarından əziyyət çəkən yüzlərlə xəstənin müalicəsini həyata keçirdiklərini deyib.
Klinika rəsmisi tibb ocağının yeni il də də öz uğurlu fəaliyyətini davam etdirəcəyini bildirərək, “Vip Lachın Hospital”ın qapılarının hər zaman jurnalistlərin və onların ailə üzvlərinin üzünə açıq olduğunu deyib:
“Biz Azərbaycanda ən son avadanlıqlarla təchiz edilmiş klinikalardan biriyik. İstərdik ki, jurnalistlərimiz səhiyyəmizdə baş verən ən son yeniliklərlə, naliyyətlərlə bağlı hər zaman yazılarında, müsahibələrində qeydlər etsinlər. Lachin Hospital olaraq jurnalistlərimizi yeni il münasibəti ilə təbrik edir və onlara can sağlığı arzulayırıq. Və bildirmək istərdim ki, klinikamızın qapıları hər zaman dəyərli jurnalistlərimizin üzünə açıqdır”.
X.Muradova “Vip Lachın Hospital”ın yeni icraçı direktoru olan Bayram Küçüyü görüş iştirakçılarına təqdim edib.
Tədbir iştirakçılarını salamlayan B.Küçük “Vip Lachın Hospital”dakı fəaliyyətləri ilə bağlı məlumat verib:
“Özəl sektor olmağımız bizim üzərimizə daha artıq məsuliyyət qoyur. Biz Lachın Hospital olaraq xidmət sektorunda öz sözümüzü deməyə iddialıyıq. Bunun üçün dünyanın bir çox məşhur klinikalarında icra edilən spesifik xidmət sahələrini yaradaraq müştərilərimizin məmnuniyyətini təmin etməyə çalışırıq. İnanırıq ki, yeni ildə həyata keçirəcəyimiz yeni layihələrlə biz Azərbaycanda öz sözümüzü deyən klinika olduğumuzu bir daha sübuta yetirmiş olacağıq”.
Daha sonra çıxış edən hospitalın həkim nevropatoloqu Dr. Hüseyn Sultanov bəzi işbazlara görə bu gün səhiyyəmizdən üz döndərib xarici ölkələrdə pənah axtaran xəstələrin aldadıldığını deyib:
“İstərdim ki, jurnalistlərimiz həm də səhiyyəmizin inkişafından danışsınlar və yazsınlar. Bu gün dünya səhiyyə sistemində baş verən irəliləyişlər Azərbaycan səhiyyəsində də özünü göstərir. Bu gün bizim klinikamızda şəkərli diabet xəstələrinin ən müasir üsullarla müalicəsi, onurğalardakı yırtıqların ağrısız kiçik əməliyyatlarla aradan qaldırılması həyata keçirilir. Bu gün çox insan bizdə 3-lü sinir xəstəliklərinin müalicəsinin ağrısız birdəfəlik müalicə edilməsindən xəbərsizdir. Buna görə də onlar xarici ölkələrə gedirlər və bir neçə dəfə artıq qiymətə xəstəlikdən qurtulmağa çalışırlar. Bizsə insanlarımızın aldadılmasının, onların xarici ölkələrə öz pullarını tökmələrini istəmirik”.
Sonda klinikanın bütün əməkdaşları jurnalistləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik ediblər.
