Çili bibərləri ağrıkəsicidir   |   Depressiyanın dərmanı - dondurma   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Su filtrindən süzülən xəstəlik   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   İdman depressiyanın dərmanıdır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Yemiş stressin dərmanıdır   |   Həkimlərdən qeyri-adi cəza   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   B6 vitamini xərçəng risqini azaldır   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Pul saymaq ağrını azaldır   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Portağal sümüyü bərkidir   |   Ramazan ayında necə qidalanmalı?   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Dişləri düzgün fırçalama texnikası   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Depressiya görməni zəiflədir   |   Stress qadınların beynini zəiflədir   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Soğan yemək beyini gücləndirir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   3D ürək bulandırır   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   
Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz

Kompüterli Tomoqrafiya (KT) Nədir?

Kompüterli tomoqrafiya x-şüası istifadə edilməklə orqanizmin incələnilən bölgəsinin dəqiq görüntüsünü çıxartmaq üçün radioloji diaqnostika üsuludur.İncələmə zamanı xəstə kompüterli tomoqrafiya aparatının masasında hərəkət etmədən uzanır.Masa manuel ya da pult ilə cihazın “gantry“adı verilən açıqlığına aparılır. Cihaz bir kompüterə bağlıdır. X-şüası incələnəcək xəstə ətrafında 360 dərəcəlik bir dönüş hərəkəti həyata keçirərkən oyuq və ya gantry boyu düzülmüş təyin edicilər tərəfindən x-şüası bədənə təmas edərək əldə edilən göstəricilər bir kompüter tərəfindən qey olunur. Nəticədə toxumaların bir-birinin ardınca bloklu görüntüləri yaradılır. Yaradılan görüntülər kompüter ekranından izlənə bilər. Bundan başqa, görüntülər lentə köçürülməsi kimi lazım olduqda təkrar kompüter ekranına gətirmək üzrə optik diskdə toplana bilər. Kompüterli tomoqrafiya digər x-şüa incələmələrinə görə, bəzi üstünlüklərə malikdir. Xüsusilə orqanların, yumşaq toxuma və sümüklərin formasını və necə yerləşdiyini olduqca dəqiq göstərir.Ayrıca KT müayinəsi həkimlərə sadə kist (İçində maye və ya yarı maye olan ətrafı əhatəli kisə şəklində şiş) və sərt (solid) şiş (bəzi hüceyrələrin sürətlə çoxalması səbəbindən yaranan toxuma kütləsi) ayrıd edici diaqnozunda köməkçi kimi xəstəliklərin daha yaxşı qiymətləndirilməsini təmin edir. Daha önəmlisi, KT birbaşa grafilerdən daha ətraflı görüntülər yaradaraq xərçəng xəstəliyi yayılımının qiymətləndirilməsinə yardımçı olur. Xərçəng yayılması haqqında əldə ediləcək məlumatlar həkimləri xərçəngə qarşı tətbiq olunacaq müalicə üsulunda istiqamətləndirərək kemoterapi, radyoterapi, cərrahi müalicə və ya bunların müəyyən kombinasiyalarının istifadə edilib edilməyəcəyi ilə bağlı qərar vermələrində yardımçı olur. Beləliklə, sağlam toxumalar, bir çox faydaları olmaqla birlikdə ciddi yan təsirləri ola biləcək müalicə üsullarının lazımsız müdaxilələrindən qorunmuş olur. KT, birbaşa grafilərlə göstərilməyən bədəndə beyin kimi bir çox təbəqənin qiymətləndirilməsini mümkün etmişdir. Həmçinin digər görüntüləmə üsullarından daha tez və düzgün şəkildə bir çox xəstəliyin diaqnozunu təyin etməkdə yardımçı olmuşdur. Xəstəliklər erkən diaqnoz edildikdə daha yaxşı müalicə edildiklərinə görə KT bu kimi üstün xüsusiyyətləri ilə həkimlərin bir çox insanın həyatını xilas etməsinə yardımçı olmuşdur.

 

Hər hansı təhlükəsi varmı?

Müayinə tamamilə ağrısızdır.Müayinə zamanı xəstədənKT cihazının masasında heç bir hərəkət etmədən uzanması tələb olunur. Aparılacaq müayinənin növünə bağlı olaraq xəstəyə qol damarlarından kontrast maddə inyeksiya edilə biləcəyi kimi kontrast maddə içməsi də tələb oluna bilər. Müayinənin bu qismi xəstə üçün bir az narahatlıq yarada bilər. Kontrast maddələr yod tərkibli olduğu üçün bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Xəstənin müayinədən əvvəl radyoloqa bu cür maddələrə qarşı daha əvvəl allergik bir reaksiya göstərib göstərmədiyini və əgər varsa başqa maddələrə qarşı allergiyasını bildirməsi lazımdır. Xəstəyə daha əvvəldən hazırlanmış bir KT müayinəsində, İVP adlanan böyrək müayinəsində və ya ürək və damarların angioqrafiya olaraq da adlandırılan kateterizasiya zamanı kontrast maddə verilmiş ola bilər. KT cihazları X şüalarından istifadə edir.Xəstənin təhlükəsizliyi üçün ən yaxşı şəkildə tənzimlənmiş,müayinə zamanı məruz qalınan radiasiya miqdarı lazımlı minimum səviyyədə olacaq şəkildə hazırlanmışdır. X şüaları ana bətnində inkişaf etməkdə olan fetusa zərər verəcəyindən müayinə hazırlığına başlamazdan əvvəl xəstənin hamiləlik şübhəsi varsa, bu mövzuda həkimə məlumat verilməlidir.

 

Müayinəyə hazırlıq

Müayinə günündə görüş saatından 4 saat əvvəl başlamaq üzrə qatı qida qəbul edilməməlidir. Bununla birlikdə qəhvə, çay, çox qatı olmayan şorbalar və meyvə suyu çox olmamaq şərtilə içilə bilər. Qatı qida qəbulunun məhdudlaşdırılması bir çox tibbi əməliyyatdan əvvəl xəstənin təhlükəsizliyi üçün görülən bir tədbirdir.

 

Müayinənin qiymətləndirilməsi

Başlanğıcdan axıra qədər KT çəkim müddəti orta hesabla 15 dəqiqədir.Müayinə bədənin hansı hissəsi ilə əlaqəlidirsə o mövzuda ixtisaslaşmış radyoloq həkimlər tərəfindən qiymətləndirilir və daha sonra xəstəyə bildirilir.KT müayinəsi aparılan şəxsin xəstəliyi ilə bağlı bir nəticəyə gəlməsini təmin edəcək kifayət qədər məlumatı əldə etdikdən sonra müayinə sona çatdırılır.

Fuad Nəzərov

Baxış sayı
Ay ərzində: 25
Bütünlüklə: 2899