Peşənə bax, ölümünü bil!   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Stress qadınların beynini zəiflədir   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Qadınlar niyə çox danışır?   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Pul saymaq ağrını azaldır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Depressiya görməni zəiflədir   |   Pula qarşı allergiyası olan insan   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Qadınlar yatanda arıqlayır   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Kişilərin futbol sevgisi   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Prostatit və onunla mübarizə   |   Ana öpüşü güclü immunitet yaradır   |   Sonsuzluq – miflər və faktlar   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Enli budlar sağlam ürəyə işarədir   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Piylənmə və artıq çəki problemi   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   B6 vitamini xərçəng risqini azaldır   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Uşaqları öpməyin!   |   Tüstüsüz siqaret kəşf edildi   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Partenofiliya - bakirə qızlara meyl   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Kişilər yoxa çıxacaq   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   
İSİM Gəncə şəhərində "Sağlamlıq həftəsi" kampaniyasını keçirdi

2016-cı ilin 17-20 may tarixlərində Gəncə şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) "Sağlamlıq həftəsi" adlı kampaniya təşkil etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Tədbirlər planına əsasən həyata keçirilən kampaniya çərçivəsində 4 gün ərzində Gəncənin təhsil və tibb ocaqlarında, Gənclər Mərkəzlərində səhiyyənin aktual problemlərinə çevrilmiş mövzular ətrafında maarifləndirmə tədbirləri aparıldı.

İSİM-in mütəxəssisləri bu günlər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində, Gəncə tibb Kollecində zərərli vərdişlərin profilaktikası, sağlam həyat tərzinin təbliği, piylənmə, tütün çəkmə, narkomaniya, fiziki aktivlik, məişət zorakılığı və digər aktual problemlər ətrafında gənclər arasında görüşlər təşkil edilərək mühazirələr oxudular. Gənclər üçün təhsil mərkəzlərində, Gənclər Evində əhali arasında məişət zorakılığın mənfi tibbi-psixoloji nəticələrini izah edən, məişət zorakılığın qarşısı alınmasına yönəlmış qabaqlayıcı maarifləndirici təqdimatlar etdilər.

Bundan başqa İSİM-in əməkdaşları Gəncə şəhər 2 nömrəli şəhər poliklinikasında, 1,2,3 saylı Gəncə şəhər Uşaq poliklinikalarında məişət zorakılığına məruz qalmış şəxslər üçün tibb müəssisələrinin həkim-mütəxəssislərinə xüsusiləşdirilmiş təlimat üzrə təlimlər keçirdilər.
"Sağlamlıq həftəsi"nin son günü Gəncə Qan Bankında əhali, xüsusilə də, gənclərin iştirakı ilə qan vermə aksiyası baş tutdu.
Hər bir tədbirin yekununda maarifləndirmə materialları paylanıldı, mövzular ətrafında video-çarxlar izlənildi.

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 1888