Gəzinti ən yaxşı idmandır   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Sevgi ürəyə xeyirdir   |   Depressiya görməni zəiflədir   |   Yuxusuzluq kökəldir   |   Zəmanə qadınları...   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Kişilərin futbol sevgisi   |   Müasir xanımlar çox yaşayır   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Güclü cinsin zəif tərəfləri   |   Autizm dünyanın sonu deyil   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Suyu az içmək beyni qocaldır   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Ana bətnində 4 gün donduruldu   |   B6 vitamini xərçəng risqini azaldır   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Arıqladan çimərlik paltarı   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   29 yaşında nənə oldu   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Su filtrindən süzülən xəstəlik   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Balığın sağlamlığınıza faydaları   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Şokolad qan təzyiqini azaldır   |   Qaradərili insanlar daha sakit olurlar   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Sadizmə meyilli olan insan portreti   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   
Bölgə xəstəxanalarında gördüklərimiz

Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində şəraitlə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə sentyabrın 23-24-də Göygöl, Yevlax və Gəncəyə press-tur təşkil edib. Hafta.az-ın məlumatına görə, media işçiləri adıçəkilən rayonların mərkəzi xəstəxanalarında olub, vəziyyət barədə məlumat əldə ediblər. Jurnalistlərə xəstəxanalarda mövcud vəziyyət, xəstələrin qəbulu, müayinə və müalicəsi, ayrı-ayrı şöbələrdə yaradılan şərait, müasir tibbi avadanlıqlarla təchizat və sair barədə ətraflı məlumat verilib.
Bildirilib ki, regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması məqsədi ilə bütün növ müayinə və müalicə, həmçinin, ən ağır əməliyyatların icrasına imkan verən müasir səhiyyə müəssisələri yaradılıb.

İlkin olaraq Göygöl Rayon Mərkəzi Xəstəxanasına baş çəkən media nümayəndələri xəstəxanadakı vəziyyətlə tanış olduqdan sonra onları maraqlandıran sualları xəstəxananın baş həkimi Hamlet Ömərov cavablandırıb.

Göygöl Rayon Mərkəzi Xəstəxanasının 1930-cu ildən fəaliyyət göstərdiyini deyən baş həkim Hamlet Ömərov bildirib ki, 2009-cu ildən xəstəxana yeni korpusda fəaliyyət göstərir: “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 2009-cu ilin mayın 25-də xəstəxana kompleksi tikilərək Göygöl sakinlərinin istifadəsinə verildi. Xəstəxanaya 2009-cu ilə qədər 1 ildə 3 minə yaxın xəstə daxil olurdusa, 2015-ci ildə artıq 5800-ə yaxın xəstəyə xidmət göstərilib. Bundan əlavə, 2007-ci illə müqayisədə xəstəxanamızda 1 ildə 400-ə yaxın körpə dünya gəlirdisə, 2015-ci ildə artıq 2 min 38 yeni doğulmuş olub. 2007-ci ildə xəstəxananın cərrahiyyə şöbəsində cəmi 400-500 cərrahiyyə əməliyyatı aparılırdısa, 2015-ci ildə 1670 cərrahiyyə əməliyyatı gerçəkləşdirilib. Cari ildə əhalinin icbari tibbi müayinəsi keçirildi. Rayonun ümumilikdə 62 min əhalisi var ki, onlardan 47 mini 18 yaşdan yuxarı sakinlərdir. Bu il rayon əhalisinin 38 mini tibbi müayinəyə cəlb olundu, aşkarlanan xəstələrin əksəriyyəti ambulator və stasionar müalicəyə cəlb edildi. Cəmi 21 nəfər ixtisaslaşmış yardım almaq üçün Bakıya göndərilib. Ümumiyyətlə, xəstəxananın intensiv və extensiv göstərişlərində irəliləyişlər var”.


“Bir yaşa qədər uşaqların ölüm sayı azalıb”

Gəncə Səhiyyə İdarəsi ilə daima əlaqəli şəkildə işlədiklərini deyən baş həkim deyir ki, xəstəxanada aparılması mümkün olmayan bəzi müayinələr üçün Gəncə Səhiyyə İdarəsinə müraciət edilir.

Xəstəxananın su təchizatı üçün 200 kubmetr həcmində içməli su hovuzu və eyni həcmdə də yanğınsöndürmə hovuzu var.
Həkim deyir ki, xəstəxanada yaradılan bu şərait müsbət nəticələr əldə etməyə kömək edib: “Artıq neçə ildir ki, rayonumuzda 1 yaşa qədər uşaqların ölüm sayı azalıb. Son iki-üç ildir ki, xəstəxanada ana ölümü olmayıb. Bundan başqa, xəstəxanamızda digər endokrin xəstəliklərin vaxtında aşkarlanması, müalicəsi, profilaktik müayinələrin aparılması artıq mümkündür. Rayonumuzda uşaqların peyvəndlə əhatəsi 97,8 faiz təşkil edib. Bu günə qədər bizim rayonda qarayara, göyöskürək, tetanus və digər infeksion xəstəliklər müşahidə olunmur. Göygöl rayonunda malyariya xəstəliyi demək olar ki, heç yoxdur”.

Xəstəxananın eləcə də rayondakı həkim məntəqələrinin başlıca problemi həkim çatışmazlığıdır. Hamlet Ömərov deyir ki, xəstəxanada ümumi həkim ştatının sayı 124 olmasına baxmayaraq, cəmi 78 həkim işləyir. 230-a yaxın orta tibb işçisi ştatı var, ancaq 30 tibb işçisi çatışmır. Bundan başqa, rayonda fəaliyyət göstərən 10 həkim məntəqəsinin sadəcə 3-də həkim mövcuddur.


Ürək-damar xəstəliklərinin sayı artıb

Daha sonra Yevlax Şəhəri Mərkəzi Xəstəxanasında olan jurnalistlər xəstəxananın stomatologiya, kompüter-tomoqrafiya, rentgen və digər şöbələrindəki vəziyyətlə tanış olublar.

Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlhami Quliyev bildirib ki, xəstəxana 2013-cü ildə istifadəyə verilib: “176 çarpayılıq xəstəxanada terapiya, cərrahiyyə, reanimasiya, doğum, ginekologiya, travmatologiya, poliklinika və başqa şöbələr fəaliyyət göstərir. Ötən il ərzində xəstəxanaya 3500-4000-ə qədər xəstə qəbul olunub. Bunlardan 94 xəstə ixtisaslaşmış müalicə üçün Bakı və digər regionlara göndərilib. Göndərilənlərin əksəriyyəti vərəm, onkoloji xəstələr olub”.

Baş həkimin sözlərinə görə, Yevlax sakinləri arasında əsasən şəkər, endemik ur ( zob), onkoloji, ürək-damar xəstəliklərinin sayı artıb: “Xəstəxanamıza ən çox bu xəstəliklərlə bağlı müraciət olunur. Artıq 7 ilə yaxındır Yevlaxda ana ölümü qeydə alınmır. Çünki şəhərimizdə qadın məsləhətxanalarının fəaliyyətini gücləndirmişik. Kəndlərdə, eləcə də şəhərin özündə həkim briqadaları var ki, tərkibinə mama-ginekoloq, pediatr, terapevt, laborator mütəxəssislər daxildir. Bu həkim briqadaları hər 3 aydan yerlərdə patologiyalı hamilələri aşkarlayıb, onlar üçün lazımi tədbirləri görürlər. Bu da ana ölümünün qarşısını almağa kömək edir”.

Yevlax Şəhər Mərkəzi Xəstəxanasında 218 həkim, 564 orta tibb işçisi çalışır. Baş həkim bildirib ki, indiyə qədər aparılan nikahdan əvvəl müayinə zamanı 25 nəfərdə talassemiya aşkarlanıb.

Xəstəxanada fəaliyyət göstərən hemodializ şöbəsində 65 xəstə qeydiyyatdadır ki, onlardan 30 nəfər yerli sakinlərdir.


Gəncədə 1915 onkoloji xəstə qeydiyyatdadır

Press-turun sonuncu günü jurnalistlər Gəncə şəhərinin Səhiyyə İdarəsində keçirilən konfransa qatılıb.

Konfransda çıxış edən Gəncə Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev bildirib ki, hazırda idarənin tabeliyində 35 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdən 16-sı stasionar, 19-u poliklinik tiplidir: “Şəhərdə ixtisaslaşmış sahələr üzrə Psixiatriya xəstəxanası, Endokrinoloji Xəstəxana, Vərəm Əleyhinə Xəstəxanası, Oftalmoloji Xəstəxana, Yoluxucu xəstəliklər xəstəxanası, Kardioloji Xəstəxana, Onkoloji Xəstəxana, Narkoloji Dispanser və Psixonevroloji dispanser ixtisaslaşmış tibbi xidmət göstərir.

Abbas Səhhət adına 1 saylı şəhər xəstəxana, terapiya, cərrahiyyə, urologiya, travmatologiya, anesteziologiya-reanimasiya, doğum şöbələrindən, bundan başqa, şüa diaqnostikası, laboratoriya, fizioterapiya bölmələrindən ibarətdir. 2013-cü ildən xəstəxananın nəzdində fəaliyyətə başlayan 40 çarpayılıq hemodializ şöbəsində hazırda 250 nəfərədək xəstə proqramlı hemodializ olunur. Gəncədə hazırda 1915 onkoloji xəstə qeydiyyatdadır”.

Akif Zərbəliyev bildirib ki, bu il mayın 13-də Səhiyyə Nazirliyinin akademik Z.Əliyeva adına Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutunun Gəncə şəhərində filialı istifadəyə verilib. Səhiyyə İdarəsinin tabeliyində olan tibb müəssisələrində 794 həkim, onlardan 1 tibb elmləri doktoru, professor, 12 tibb elmləri namizədi, 1636 tibb bacısı işləyir.


Yoluxucu xəstəliklər azalıb

Konfransda çıxış edən Gəncə Şəhəri Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi Namiq Nəbiyev deyib ki, stansiyanın şəhərin müxtəlif 4 müxtəlif istiqamətlərində bölmələri var: “Stansiyamıza gün ərzində 240-270, ay ərzində 70-75 min, il ərzində isə 90-95 min çağırış daxil olur. Bu ilin yanvar-iyul ayları ərzində Təcili Tibbi Yardıma 46126 müraciət daxil olub, onlardan 1660-ı uşaqlarla bağlı olub. Müraciət edənlərdən 604 nəfər stasionar müalicə üçün xəstəxanalara yerləşdirilib. İxtisaslaşdırılmış tibbi yardım göstərilənlərin sayı 4176 nəfər olub. Bu il ərzində stansiyamıza 3265 kardioloji, 211 isə psixiatrik problemlə bağlı çağırışlar daxil olub. Bu ilin yanvar-iyul ayları ərzində stansiyamıza doğum və hamiləlik patologiyası ilə bağlı 197, bədbəxt hadisələrlə bağlı 309 müraciət daxil olub. Onlardan 26-sı nəqliyyat hadisəsi ilə əlaqəli olub. Nəticəsiz çağırışların sayı isə 283-dür”.

Gəncə Şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Hüriyyə İsmayılova çıxışında bildirib ki, hazırda Gəncədə yoluxucu xəstəliklərin sayı kəskin azalıb, malyariya xəstəliyinə rast gəlinməyib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən verilən tapşırığa əsasən, bu ilin aprel ayından Azərbaycanda vətəndaşların xəstəxanalara qəbulu yeni qaydada həyata keçirilir. Nazirlikdə hesab edirlər ki, son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, kompüter tomoqrafiya, MRT müayinələrin aparılması əsas verir ki, qaydalara bir qədər də ciddi əməl olunsun və nəticədə regionlardakı əhalinin şəhərə axın etməsinin qarşısı alınsın.

Naibə Qurbanova
Bakı-Göygöl-Gəncə-Yevlax-Bakı

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 2791